SON XƏBƏRLƏR

Dəniz Baykal Rəcəb Tayyib Ərdoğanı diktatura qurmaq cəhdində ittiham edib

2021.10.20, 07:36
Dəniz Baykal Rəcəb Tayyib Ərdoğanı diktatura qurmaq cəhdində ittiham edib

Gunaz.tv
Dəniz Baykal Rəcəb Tayyib Ərdoğanı diktatura qurmaq cəhdində ittiham edib Ankara – APA. Türkiyənin ana müxalifət lideri, Cümhuriyyət Xalq Partiyasının (CHP) sədri Dəniz Baykal baş nazir Rəcəb Tayyib Ərdoğanı diktatura qurmaq cəhdində ittiham edib. APA-nın Türkiyə xəbər agentliklərinə istinadən verdiyi məlumata görə, CHP-nin parlament fraksiyasının toplantısında çıxış edən D. Baykal Türkiyənin tarixi bir yolayrıcından keçdiyini bildirib: “Kütləvi həbslər, cəmiyyətin ən hörmətli insanlarının içəri atılması hüquqi dövlətdə mümkün olan şeylər deyil. Bir ildir bu proses ittiham aktı olmadan davam etdirilir. AKP-yə yaxın media da bu işin içindədir. Böyük bir kampaniya aparılır. Mən daha əvvəl də demişdim: AKP öz dərin dövlətini qurur”. D. Baykal kütləvi həbslərin, sürgünlərin adətən çevriliş baş verən dövrlərdə müşahidə olunduğunu xatırladıb: “Faşist Almaniyasında Hitlerin hakimiyyətə gəlməsindən sonra 1934-cü il iyunun 30-dan iyulun 1-nə keçən gecə hücumlar təşkil olundu. Ertəsi gün həbslər başladı. Sosialistlər, rahiblər, qaraçılar, şəxsi düşmənlər həbs olundu. Sonra bu proses rejim dəyişikliyinə qədər getdi. SSRİ-də də bənzər dəyişikliklər oldu, İranda da molla rejimi qurularkən oxşar hadisələr baş verdi. Bu gün isə Türkiyədə atatürkçülər, dünyəvi respublikanı müdafiə edənlər hədəfdədir”. apa

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar