SON XƏBƏRLƏR

ÖCALANI MİN ƏSGƏR QORUYUR

2021.10.20, 07:36
ÖCALANI MİN ƏSGƏR QORUYUR

Gunaz.tv
ÖCALANI MİN ƏSGƏR QORUYUR PKK liderinin İmralıdakı həyatının hər anı kameralarla qeydə alınır 1269.jpg PKK lideri Abdullah Öcalan Türkiyənin İmralı adasındakı həbsxanada Hollivud filmlərinin qəhrəmanları kimi həyat sürür. Yerli mətbuatın xəbərlərinə görə, onun həbsxanadakı həyatının hər anı sutkanın 24 saatı boyu 165 təhlükəsizlik kamerası ilə izlənilir. 1999-cu ildən bu yana həmin həbsxanada tək məhbus olaraq saxlanılan Öcalanın kamerasında şərait pis deyil. Kamera görüntülərindən məlum olur ki, əliqanlı terroçu burada vaxtını kitab və qəzet oxumaqla, televizora baxmaqla və çay içməklə keçirir. Onun təhlükəsizliyini təmin etmək üçün 1000-ə yaxın əsgər və xüsusi təyinatlı adada yerləşdirilib. Lakin onların arasında PKK ilə döyüşlərdə şəhid olanların qohumları və ailə üzvləri yoxdur. Bununla belə, terrorçunun təhlükəsizliyini təmin etmək üçün Baş Qərargaha bağlı “bordo beretlilər” , SAS komandosları, jandarma və Ədliyyə Nazirliyinin hərbçiləri ayrılıb. Öcalana ərzaq hərbçilərin mətbəxindən ayrılır, yəni o, hər gün yüksək kalorili qidalar qəbul edir. Gigiyenik məsələlərə də xüsusi diqqət ayrılır və PKK liderinə hər gün yeni plastik çəngəl-bıçaq dəsti verilir. Vəkilləri isə müntəzəm olaraq onunla görüşüb istər Türkiyə, istərsə də PKK daxilində gedən proseslərlə bağlı məlumatlandırırlar. Bundan əvvəl dəfələrlə Öcalanın vəkilləri vasitəsilə PKK-ya təlimatlar göndərdiyi haqda faklar aşkar olunub. Xəbər xidməti musavat

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar