Dəniz blokadası İranın ixracatını 23% azaldıb
Pezeşkian Moskvadadır
KİV: Yəməndə SEPAH-ın Qüds Qüvvələri komandiri öldürülüb
Reuters: Hizbullah İsraillə mümkün yeni qarşıdurmaya hazırlaşır, İrandan on milyonlarla dollar alıb
“Məkkə Sazişi” ölkələrinin yüksək səviyyəli rəsmiləri İranda səfərdədir
Səudiyyə Ərəbistanı təyyarəsi Tehran hava limanına eniş edib
Müharibə repressiyaları gücləndirib- Mai Sato
Şəbistərdə silahlı insident- Ölən var
SEPAH İraqın şimalında kürd bazalarını vurdu
Ərəb koalisiyası Husilərin raket anbarlarını məhv etdi
Prezident İlham Əliyev BMT-nin Sivilizasiyalar Alyansının ali nümayəndəsini qəbul edib
Azərbaycan sülh sazişi məsələsində son nöqtəni qoymağa hər zaman hazırdır
Azərbaycan QHT-ləri Pezeşkiana müraciət etdi
Azərbaycanla Özbəkistan arasında iki saziş təsdiqlənib
İranın birinci vitse-prezidenti azərbaycanlı qızlarla bağlı fərman verdi
Prezident İlham Əliyev Niderlandın xarici işlər nazirini qəbul edib
Ocanda əfqanistanlılar həbs edilib
ETN: İranlı nazirin Azərbaycanda təhsillə bağlı açıqlaması tamamilə yersizdir, ölkəmizin daxili işlərinə müdaxilə cəhdidir
Nazirlik: İranda Azərbaycan dilində məktəb yoxdur, azərbaycanlılar öz ana dillərində təhsil almaq hüququndan məhrum edilirlər
ABŞ qüvvələri İrana hücum üçün Trampın əmrini gözləyir- CNN
Müharibəyə görə İranda daha dörd nəfər həbs edildi
Zəncanda iş qəzası- Bir nəfər həlak oldu
İbrahim Kalın İrana səfər edəcək
İran ABŞ-yə Pakistan vasitəsilə yeni təklif göndərib
Səmərqənd ətrafında diplomatik gərginlik: Özbəkistan İrana rəsmi etiraz notası verdi
Tahir Nəqəvi məcburi etiraf üçün təzyiqlərlə üzləşir
Salar Taher Əfşarın ikinci doğum günü həbsxanada keçir
Pezeşkian: “Nə müharibə, nə sülh” vəziyyəti insanları çörək dərdinə salıb
Təbriz meriyasının sürücüləri maaş əvəzinə işdən çıxarılmaqla hədələnirlər
Tramp: Ya İran razılaşacaq, ya da işi bitirəcəyəm
“The Hill”: ABŞ ordusu İrana yenidən zərbə endirmək üçün variantlar hazırlayıb
Xəzər dənizinin şimalında bir sıra adalar materiklə birləşib
Bu gün, 25 oktyabr — Azərbaycan Respublikasında Qubadlı Şəhəri Günüdür
BƏƏ Rəs əl-Xeymə əmirliyinin bütün çimərliklərini növbəti xəbərdarlığadək bağlayıb
Qalibaf Hindistanda BRICS-in parlamentlərarası toplantısında iştirak etməyəcək
Almaniya İranın Hamburqdakı Bank Saderat filialının ləğvi barədə qərar verib
Türkiyədə 13 ölkədən 33 şair və yazıçının iştirakı ilə görüş keçirilib: Güney Azərbaycanı təmsil edən şairlər Talasda
“Ayrılıq” şairinin həsrətləri: Şərifə Cəfərinin Fərhad İbrahimi haqqında xatirələri
İranın dəstəklədiyi terrorçuların Məkkə və Mədinəyə raket hücumu
Səkkiz aydır görüntü və səs yoxdur; İran rəsmiləri Müctəba Xamenei ilə görüşdüklərini bildirirlər
Rusiyalı nüvə alimləri İrandan təxliyə edilib?
İranda daxili təyyarə biletləri 45 faiz bahalaşıb
İranda dollar 400 min tümənə yüksələ bilər: hökumət 80–90 faizlik inflyasiyani qəbul edib
"Avropa Birliyi, ABŞ və keçmiş sosialist ölkələri Rusiyanın niyyətlərini daha yaxşı başa düşməyə başlayıblar" Rusiyanın baş naziri Vladimir Putin NATO-nun genişlənməsinin kollektiv təhlükəsizlik baxımından faydasız olduğunu, bunun yeni vəzifələri həll etmədiyini və xüsusi bölgülər yaratdığını bəyanlayıb. O, Ukraynaya satılan qazın qiymətlərinin Avropa standartlarıyla tənzimlənməsinin tərəfdarı olduğunu da söyləyib. Politoloq Qabil Hüseynli Rusiyanın tipik imperiya dövləti olduğunu və Vladimir Putinin də bu dövlətin təfəkkürünün daşıyıcısı kimi çıxış etdiyini bildirdi. Bu mənada da hazırkı baş nazir, eks-prezident yalnız Rusiyanın maraqlarını, strateji niyyətlərini imperialist ölkəyə uyğun olan normal hal kimi qavrayır. Tural NATO isə son vaxtlar öz sıralarına 10 keçmiş sosialist dövlətini qatıb, həmin ölkələr Avropa Birliyinə də qəbul olunublar. İndi bu ölkələrdə həyat səviyyəsi, əmək haqları və digər iqtisadi göstəricilər Rusiyadakından da yaxşıdır. NATO bu ölkələrə təhlükə də gətirməyib, əksinə, onları Rusiya təzyiqindən qoruyan bir təşkilata çevrilib. Digər tərəfdən, Alyans həmin ölkələrə demokratiya və insan haqlarıyla bağlı normativlər də gətirib. Bu da NATO-nun siyasi imicini daha da artırıb. Bu normativlər də həmin ölkələrdə siyasi sistemin və cəmiyyətin təşkilində əhəmiyyətli rol oynayır. Ona görə də NATO-nun genişlənməsi Moskvanın qeyri-sağlam və yeni dünya düzəninə uyğun gəlməyən maraqlarına mənfi təsir edə bilər və Vladimir Putin də bunu təhlükəli saya bilər". Bu məsələdə NATO-nun tərkibinə daxil olan xalqlar və onların siyasilərinin necə düşünməsinin də sual doğurduğunu deyən Qabil Hüseynli bildirdi ki, Vladimir Putinin belə fikirləri nəzərə almaq istəmədiyini bildirdi. Başqa sözlə, bu baxışlar Rusiyanın keçmiş prezidenti, indiki baş nazir üçün əhəmiyyətli sayılmır: "Vladimir Putin başqa xalqların hansı yolu seçməsinə hörmətlə yanaşmalıdır. Xalqlara nəsihət vermək, onlara yol göstərərək həmin millətlərə nəyin uyğun gəlib gəlmədiyini təlqin etməyə çalışmaq, köhnə imperialist ədasıdır. Bu mənada baş nazirin söylədikləri NATO-nun oynadığı müsbət rola kölgə sala bilməz". Ukraynaya satılan qazın qiymətinin qaldırılması və onun dünya bazarı qiymətinə uyğunlaşdırılması məsələsinə gəlincə, Qabil Hüseynli Rusiyanın hər vasitəylə bu ölkəyə təzyiq göstərməyə çalışdığını söylədi. Çünki Ukrayna faktiki olaraq GUAM-ın liderlərindən, lokomotivlərindən biridir. GUAM isə getdikcə nüfuzunu artıran və MDB-nin özündən belə nüfuzlu quruma çevrilən beynəlxalq bir təşkilatdır. Ukraynanın bir çox addımları-enerji daşıyıcıları məsələsində tutduğu mövqe, xüsusən "Nabucco" və TRASECA layihələri çərçivəsindəki bir sıra iqtisadi layihələrə dəstək verməsi, GUAM-ın sıralarının artırılmasına xüsusi qayğı göstərməsi və Azərbaycanla ikitərəfli münasibətləri surətlə inkişafı Rusiyanın xoşuna gəlmir. Ona görə də imperialist ölkə öz əlində olan enerji dəyənəyindən istifadə etməyə çalışır: "Qazın qiymətləri məsələsində Rusiyanın siyasəti təkcə Ukraynanın yox, bütün Avropa Birliyini narahat edir. Çünki Rusiya bu sahədə inhisarçı mövqeyə malikdir və qaz amilindən siyasi niyyətlərini həyata keçirmək üçün yararlanır. Bu səbəbdən də "Nabucco" və buna bənzər digər layihələr ideya və praktiki həll şəklində meydana çıxıb və Rusiyanı da bu narahat etməyə bilməz. Amma qonşu ölkənin bu sahədə atdığı addımlar çətin ki, öz hədəfinə çatsın. Çünki artıq həm Avropa Birliyi həm də ABŞ və o cümlədən də keçmiş sosialist ölkələri və bu gün NATO-ya daxil olan ölkələr Rusiyanın niyyətlərinin əvvəlkindən daha yaxşı başa düşməyə başlayıblar. Bu səbəbdən də Ukraynanı təcili surətdə NATO-ya assosiativ üzv qəbul etmək haqda məsələ qaldırıblar. Bu Polşa və Norveçin təklifidir". Rusiyanın Boris Yeltsinin zamanında da NATO-nun genişlənməsi məsələsi ətrafında öz səsini kəskin şəkildə qaldırdığını deyən ekspert sonralar Kremlin bununla barışdığını bildirdi: "Bu Yeltsinin və Putinin dövründə belə olub və olduğu kimi də davam edəcək. Hətta hay-küyünün bir səmərə vermədiyini Rusiya NATO-ya daxil olmaq haqında ideya da qaldırıb. Bu quruma xüsusi bir statusla qəbul olunmaq haqqında məsələ qaldırılarkən həmin təklifi NATO qəbul etmədi. İndi isə Rusiya Yeltsinin dövrüylə müqayisədə neft və qazın pulları hesabına müəyyən qədər güclənib. Bunun hesabına da NATO-nun genişlənməsinə xüsusi müqavimət göstərilir. Çünki bu Alyans genişləndikcə Rusiyanın ətrafında Qərbmeylli xüsusi bir dövlətlər qrupu yaranır ki, bu da qonşu ölkənin özünün təfəkkür tərzinə görə strateji maraqlarına uyğun gəlmir. Amma bu ölkə əgər dünya düzəninə uyğunlaşsa, ümumi dəyərləri qəbul edib digər xalqlarla siyasi və iqtisadi inteqrasiya yolunu seçsə, baş verənlərə soyuqqanlıqla yanaşmalı və özü də bu proseslərin fəal iştirakçısı olmalı idi. Gələcəkdə Rusiyanın NATO-nun genişlənməsilə bağlı ciddi etirazlar edəcəyini də düşünmürəm". xalqcebhesi
Ocanda əfqanistanlılar həbs edilib
ABŞ qüvvələri İrana hücum üçün Trampın əmrini gözləyir- CNN
Zəncanda iş qəzası- Bir nəfər həlak oldu
İbrahim Kalın İrana səfər edəcək
Türkiyə Yunanıstanı Qərbi Trakya türklərinin iradəsinə hörmət etməyə çağırıb
Kürd partiyasının düşərgəsi vuruldu- SEPAH
BMT-nin İrandakı xüsusi məruzəçisi: Müharibə ölkədə repressiyaları daha da gücləndirib
İranda bir ayda 79 məhbus edam edilib
Əhvaz ərəblərinin təşkilatı Azərbaycana dəstək bəyanatı yaydı
Pezeşkian Moskvaya gedir
ABŞ Türkiyə-Livan təklifinin mövcudluğunu təkzib edib: İranın dəstəklədiyi Hizbullah tərksilah olunmalıdır
Urmiya gölünün son vəziyyəti açıqlandı
İranda hicaba görə daha on səkkiz iaşə obyekti bağlandı
İranda daha səkkiz məhbus edam edildi
İki ay ərzində İranda 38 qadın və uşaq öldürülüb
ABŞ diplomatlarını regiondan çıxarır
İranla bağlı Çin və Rusiya ilə əməkdaşlıq edirik- Tramp
İran aviasiyası iflic olub- Səbəb
Həmədanda iş qəzaları- 327 nəfər...
İraq da İranla sərhəddi bağladı
Beynəlxlq Əfv Təşkilatı İranda edamlarla bağlı bəyanat yaydı
Qəzvin əyalətində daha 39 nəfər həbs edildi
Sualtı internet kabelləri İranın hədəfinə çevrilə bilər- SEPAH
Həmədanda iş qəzaları- 327 nəfər...
İran aviasiyası iflic olub- Səbəb
Traxtur klubundan federasiyaya təcili məktub: Etnik şüarlara və futbolçuların ailələrinə qarşı təhqirlərə baxılsın
İki ay ərzində İranda 38 qadın və uşaq öldürülüb
İraq müxalif kürdləri İrana təhvil verəcək- İran səfiri
Təbrizdə iki hüquqşünas həbs edilib
İraq da İranla sərhəddi bağladı
ABŞ diplomatlarını regiondan çıxarır
İranda daha səkkiz məhbus edam edildi
İranla bağlı Çin və Rusiya ilə əməkdaşlıq edirik- Tramp
Rəcəb Tayyib Ərdoğan Azərbaycan Prezidenti İlham Əliyevə zəng edib
İranda dollar yenidən bahalaşmağa başladı
Türkiyədə 13 ölkədən 33 şair və yazıçının iştirakı ilə görüş keçirilib: Güney Azərbaycanı təmsil edən şairlər Talasda
TƏCİLİ | İranın cənubunda bir neçə partlayışın baş verdiyi bildirilir
İranın dəstəklədiyi terrorçuların Məkkə və Mədinəyə raket hücumu