CNN-in Azərbaycanla bağlı yazısı uydurma çıxdı
Xaməneinin dəfn olunacağı tarix açıqlandı
Pakistanın Baş naziri: ABŞ-İran sülh sazişi 24 saat ərzində imzalana bilər
İran dörd bankın fəaliyyəti iflic oldu
İranda daha 5 məhbus edam edildi
Əli Əsədov Şimali Kiprin Baş naziri ilə görüşüb
İranda quraqlıq- Daha 4 əyalət...
İran məhkəmə hakimiyyətinin rəhbəri: ABŞ-la qarşıdurma bitməyəcək
1 ildə İranda 200-dən çox qadın öldürülüb
İki Azərbaycan fəal həbs edilərək Təbriz həbsxanasına köçürülüb
Hörmüz boğazı açılmayacaq - Keyhan
Xorasan qəzeti: ABŞ-la razılaşma yalnız “son döyüşü” təxirə salacaq
Azərbaycan xalqı Təbrizdə yerləşən Şazda Bağı kompleksinin açılışını alqışlayıb
İsfahanda 100 nəfərin əmlakının müsadirə olunmasına göstəriş verilib
SEPAH-la kürd silahlıları arasında qarşıdurma olub
ABŞ ordusu Ərəb körfəzindən gündəlik 7 milyon barel neftin çıxarılmasına kömək edir
Səməd Bəşirli: "Azərbaycan və TDT ölkələri arasında qarşılıqlı investisiyalar 40 milyard dollara yaxınlaşıb"
İsrael Katz: İsrail İrana qarşı hərəkət azadlığını qorumalıdır
CNN: ABŞ uran ehtiyatlarını ələ keçirmək üçün İranda quru əməliyyatını müzakirə edib
ABŞ Hörmüzə doğru gedən bir neçə İran PUA-sını vurub
Azərbaycanlı müəllimə qarşı yeni ittihamlar irəli sürülüb
İrana təhdidinə qarşı fəaliyyət apara bilməliyik - Katz
Şahbaz Şərif: ABŞ və İran sülh sazişinin mətnini yekun olaraq razılaşdırıblar
İran televiziyasında qəfil atom partlayışı görüntüsü yayımlandı (Video)
İran dörd pilotun taleyini bilmir
Lindsi Qraham İranla əldə olunacaq razılaşdırmada zənginləşdirməyə imkan verilməməsi barədə xəbərdarlıq edib
Əraqçi: İran və ABŞ memorandumun imzalanmasına heç vaxt olmadığı qədər yaxındır
Netanyahu Prezident İlham Əliyevə təbrik ünvanlayıb
İran və ABŞ G7-də görüşəcək
Tramp: İranın sızdırdığı razılaşma şərtlərinin həqiqətlə əlaqəsi yoxdur
CENTCOM: Hörmüzün blokadası başlayandan bəri ABŞ 136 gəminin marşrutunu dəyişdirib
Netanyahu: Baş nazir olduğum müddətcə İranın nüvə silahı olmayacaq
İranda daha 19 nəfərin əmlakı müsadirə olundu
ABŞ ilə hər hansı razılaşma qəti deyil- "Fars"
İrandan Azərbaycana PUA ilə narkotik keçirilməsinin qarşısı alınıb
Həmədanlı idmançı dünya üçüncüsü oldu
İranda mina partladı- Ölən var
Deputat: Tehran regional müttəfiqlərindən imtina etməyəcək
İrana bağlı hakerlər Kaliforniyanın su təchizatı şirkətlərinə hücum edib
Qərbi Azərbaycanda elektrik çatışmazlığı- 208 idarə işıqsız qaldı
Təbriz–Məşhəd sərnişin qatarı yoldan çıxıb, 14 nəfər yaralanıb
OPEC: İranın neft hasilatında kəskin azalma var
İctimai qınaq nəticə verdi - farsdilli sənətçinin Təbrizdəki açılış mərasimində çıxışı ləğv edildi
Sabit Bağırov: “Elçibəy şəxsən mənim üçün ideal rəhbər olub” «Insanların mənliyinə toxunmadan onlarla davranmaq ilahi bir qabiliyyətdir və hər kəsə məxsus deyil» Bu gün Əbülfəz Elçibəyin 70 illik yubileyidir. “Azadlıq” olaraq, Milli Azadlıq Hərəkatının lideri ilə bağlı müsahibələri davam etdiririk və budəfəki qonağımız ARDNŞ-in sabiq prezidenti Sabit Bağırovdur. - Sabit bəy, Əbülfəz Elçibəyin 70 illiyi gəlir. Siz bir vaxtlar onun komandasında ən vacib postlardan birində - ARDNŞ-in prezidenti vəzifəsində çalışmısınız. Əbülfəz bəylə tanışlığınız nə vaxtdan idi və onun sizə ilk tapşırıqları nədən ibarət olub? - Səhv etmirəmsə, Əbülfəz bəyi ilk dəfə 1988-ci ildə Üzeyir bəy Hacıbəyovun ev muzeyində görmüşəm. Burada Azərbaycan Xalq Cəbhəsinin yaradılması məsələləri müzakirə edilirdi. Həmin toplantıda bir sıra tanınmış ziyalılarımız iştirak edirdi. Bunların arasında rəhmətlik Xudu Məmmədov da var idi. Bir-birimizlə isə 1989-cü ilin mart ayında tanış olmuşuq. 1988-ci ilin ikinci yarısı və 1989-cu ilin birinci rübü dövründə Azərbaycan Xalq Cəbhəsinin yaradılması prosesləri gedirdi və bu istiqamətdə mənə məlum olan ən azı üç qrup formalaşmaqda idi. Mən bunlardan birinə qoşulmuşdum. Bu qrup əsasən Bakı alimlər klubunun üzvlərindən ibarət idi. Qrup bir neçə istiqamət üzrə fəaliyyətə başlamışdı: AXC Proqram və Nizamnaməsi layihələrinin hazırlanması, AXC Iqtisadi islahatlar konsepsiyasının hazırlanması, müəssisə və təşkilatlarda AXC özəklərinin yaradılması və sair. Eyni işlər başqa qruplarda da aparılırdı. Başqa qruplardan biri “Varlıq” cəmiyyəti idi. Əbülfəz bəy bu qrupda idi. 1989-cu ilin əvvəlində iki qrupun nümayəndələri görüşərək birləşmə məsələsini müzakirə etdilər. Daha sonra iki qrup birləşərək mart ayında AXC Müvəqqəti Təşəbbüs Mərkəzini yaratdı. Bu qrupa 30-dan çox xalq hərəkatı fəalları daxil idi, o cümələdən Elçibəy. Mən də bu qrupdaydım və məhz burada Əbülfəz bəylə tanış oldum. Martın 13-də AXC Müvəqqəti Təşəbbüs Mərkəzi Ali Sovetə və Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinə qeydiyyatla əlaqədar müraciət etdi. O zamankı qanunlara əsasən bu müraciətə 1 ay ərzində baxılmalıydı. Bir ay keçdi, rəsmi cavab gəlmədi, lakin Mərkəzi Komitənin rəhbəri AXC Əlaqələndirmə Şurası üzvlərinin hamısını aprelin 14-də görüşə dəvət etdi. Bu görünməmiş hadisə idi və artıq AXC-nin gücünün etirafı idi. Nəhayət, bir çox hadisələrdən sonra 1989-cu il iyulun 16-da AXC-nin təsis konfransı keçirildi və Əbülfəz bəy AXC-nin sədri seçildi. Əbülfəz bəyin ölkə prezidenti seçildiyinə qədər onun mənə hər hansı tapşırıq verməsini xatırlamıram. Mən AXC-nin rəhbər orqanının üzvü olmuşam və buradakı fəaliyyətim Idarə Heyətinin qərarları əsasında olub. Bu orqanda qərarlar sədr tərəfindən deyil, üzvlərin səsverməsi nəticəsində qəbul edilirdi. Mən Elçibəyin prezident seçkilərində AXC seçki komissiyasının rəhbəri olmuşam və hətta bu dövrdə onun tapşırıq verməsini xatırlamıram. Halbuki, tez-tez görüşərdik. Lakin sakitcə mənim məlumatımı dinləyər və təşəkkür edərdi və ya deyərdi ki, elə də əziyyət çəkməyim. Təbii ki, bu çox qəribə səslənir. Ancaq belə olub. Əbülfəz bəy çox nəcib insan idi və tapşırıq vermək, əmr etmək xasiyyəti, adəti ona xas deyil idi. Onun prezidentliyi dövründəki əksər hallarda qərarın bu və ya başqa variantı müzakirədən sonra seçilirdi və beləliklə gələcək icraçı sanki qərarın müəlliflərindən birinə çevrilirdi. Qeyd edim ki, bu üslub müasir idarəçilik üslubları arasında ən səmərəlilərdən sayılır. Çünki icraçı sanki başqasının deyil, öz doğma qərarını həyata keçirir və əlindən gələni edir. Demək istəmirəm ki, Elçibəy ümumiyyətlə heç kəsə əmr etmirdi. Yəqin ki, belələri var idi. Çünki, elə insan xarakteri var ki, məhz əmr eşitmək istəyir və bunu aldıqda özünü xoşbəxt sayır. Mənimlə onun davranışı başqa tərzdə idi. Tək mənimlə deyil. Başqalarının da adını çəkə bilərəm. Misal üçün Nəcəf Nəcəfov, Hikmət Hacızadə, Isa Qəmbər, Tofiq Qasımov, Sabir Rüstəmxanlı və bir çox başqa AXC liderləri var idi ki, onlarla münasibətlər tapşırıq vermək anlayışından uzaq idi. Elçibəyin ölkə prezidenti olduğu dövrdə mənə verdiyi tapşırıqlar daha çox bu və ya başqa təklifimə razılıq verməsi formasında idi. Və bu da onun nəcibliyindən irəli gəlirdi. - Əbülfəz bəy ölkə iqtisadiyyatının inkişaf yolunu və neft siyasətini necə görürdü? Marqaret Tetçer öz kitabında yazırdı ki, Əbülfəz Elçibəy neftin hər qəpiyinin söhbətini edirdi. Doğurdanmı beləydi? - ARDNŞ-ə prezident təyin edilməyim mənim təklifim və ya ideyam deyil idi. Bu təklifin müəllifləri Isa bəy və Pənah bəy idi. Sentyabrın birinci on günlüyünün sonu idi. Elçibəyin köməkçisi mənə zəng edib prezidentin yanına dəvət etdi. Gəldim gördüm ki, Elçibəyin otağında, onun iş masası ətrafında Isa bəy və Pənah bəy əyləşib. Dəqiq yadımda deyil söhbəti kim açdı, lakin mənə təklif olundu ki, ARDNŞ-nin prezidentliyinə razılıq verim. Təbii ki, əsaslandırmalar da səsləndi. Əsas səbəblərdən biri də məhz neft kontraktlarının hazırlanması məsələsi idi. Mənə deyildi ki, sən aramızda yeganə mühəndis və iqtisadçısan, başqa inandığımız adamımız yoxdur. Razı olmalısan. Mən də razı oldum. Bəlkə də səhv etdim. Hələ də ara-sıra bu barədə düşünürəm. Çünki o zaman mən Strateji Proqramlar üzrə dövlət müşaviri kimi çox vacib olan iqtisadi islahatlarla məşqul idim və bu islahatlar yeni-yeni gerçəkləşirdi. ARDNŞ-nin prezidenti təyin edildiyimdən sonra bir müddət buradakı vəziyyətlə tanış oldum və təəssüratlarım barədə prezidentə məruzə etdim. Müzakirələrdən sonra qərar belə oldu ki, fəaliyyətimi üç əsas istiqamətdə qurmalıyam: - neftin və qazın hasilatının stabilləşdirilməsi və tədricən artırılması; - ARDNŞ-nin müasir şirkətə çevrilməsi istiqamətində islahatların aparılması; - neft şirkətləri ilə danışıqların sürətləndirilməsi və Azərbaycanın mənafələrinə cavab verən müqavilənin hazırlanması. Bu istiqamətlərə dair görülən işlər barədə Elçibəyi müntəzəm şəkildə məlumatlandırırdım və onun rəyini öyrənib işimi davam etdirirdim. Marqaret xanımın kitabını təəssüf ki oxumamışam, lakin onu qeyd etməliyəm ki, Elçibəy tələsikliyin tərəfdarı deyil idi və tövsiyəsi də belə idi ki, müqavilə Azərbaycanın mənafelərinə maksimum cavab verməlidir. Iqtisadi islahatlara gəldikdə isə onu qeyd etməliyəm ki, Elçibəy liberal iqtisadiyyatın qurulması tərəfdarı idi və bizim qrupumuzun (Vahid Axundovla birlikdə) hazırladığı bütün islahat tutumlu təkliflərini qəbul edir və təsdiq edirdi. Çox qısa müddətdə biz yeni bazar tutumlu institusional islahatlara başlamışdıq. Yeni dövlət qurumları yaradıldı, sahibkarlığın inkişafı, xarici investisiyalar, özəlləşdirmə, torpaq islahatı istiqamətlərində vacib qərarlar qəbul edilmişdir. Məsələn, Azərbaycan manatının dövriyyəyə buraxılması məsələsində Əbülfəz bəy çox böyük rol oynayıb. Heç xatirimdən çıxmaz. Məni çağırdı və soruşdu ki, sən manatın dövriyyəyə buraxılmasına necə baxırsan? Bir problem çıxmaz ki? Mən də bir sıra dəlillər gətirərək bildirdim ki, bu mümkün və hətta qaçılmazdır. O mənə geniş səlahiyyətlər verdi, Nazirlər Kabinetinin və Milli Məclisin rəhbərlərinə bu məsələni dəstəklədiyini bildirdi və xahiş etdi mənə kömək etsinlər. - AXC hakimiyyəti devrilən vaxt - 1993-cü il iyun ayında böyük kontraktın imzalanacağı bildirilirdi. AXC devriləndən sonra isə bəzi ekspertlər bildirdilər ki, Elçibəy hakimiyyətinin də devrilməsində həmin kontraktın imzalanmamasında maraqlı olmayan qüvvələrin əli olub. Siz nə düşünursüüz? - Kontraktın hazırlanması 1993-cü ilin avqust-sentyabr aylarında tamamlana bilərdi. Iyun ayında kontrakta dair yalnız bir sıra texniki, hüquqi, təşkilati məsələlər razılaşdırılmışdı. Əsas olan Kommersiya şərtləri isə iyunun ikinci yarısında müzakirə edilməyə başlamışdır. Ona görə qeyd etdiyiniz mülahizənin heç bir əsası yoxdur. Iyun ayında şəxsən mən hər hansı kontraktı imzalamağa hazırlaşmırdım. Kontrakt hələ hazır deyil idi. Bəlkə kimsə hazırlaşırdı? Ola bilər. Lakin belə hazır olmayan sənədin imzalanmasından Azərbaycan nə udacaqdı? Bəlkə düşünürsünüz ki, bu halda hadisələr başqa tərzdə gedəcəkdi? O zaman rəhbərlikdə olan bir sıra dostlarımız bu hadisələrin qabağını ala bilmədilər. Və bunun həm obyekiv həm də subyektiv səbəbləri var. Kontraktın buna dəxli yoxdur. - Sabit bəy, Əbülfəz bəylə münasibətləriniz yalnız işgüzar xarakter daşıyıb, yoxsa dostluğunuz da olub? - Daha çox yəqin ki, işgüzar xarakterli olub. Mənə inanırdı və həmişə hörmətlə davranırdı. Mən bunu heç vaxt unutmayacam və buna görə ona minnətdaram. Məni özünə dost sayırdımı? Hər halda, əminəm ki, mənim xəyanətimi gözləmirdi. Bilirdi ki, bu mümkün olan iş deyil. Lakin hər sirri də mənimlə bölüşdüyünü qeyd edə bilmərəm. Bunula belə onu da qeyd etməliyəm ki, üçlükdə - Nəcəf bəy də daxil olmaqla elə söhbətlərimiz də olub ki, düşünürəm belə söhbətləri yalnız ən inandığın adamla edərsən. - Əbülfəz bəy bir əqidədaş, dost, rəhbər kimi necə insan idi? - Biz əksər məsələlərdə əqidədaş idik. Dostluğumuz barədə qeydlərimi bildirdim. O ki qaldı onun rəhbərliyinə, qeyd edə bilərəm ki, şəxsən mənim üçün ideal rəhbər olub. Çünki bütün təşəbbüslərimi dəstəkləyib, faydalı tövsiyələr verib, inanıb mənə. Heç vaxt səsini ucaltmayıb, həmişə hörmətlə davranıb. Indiki rəhbərlərin bir çoxuna fikir verdikdə görürsən ki, bunlar tabeçiliyində olan insanları alçaltmağı özlərinə rəva bilirlər. Sanki Allahdan xüsusi icazə alıblar. Insanların mənliyinə toxunmadan onlarla davranmaq ilahi bir qabiliyyətdir və hər kəsə məxsus deyil. Ölkə rəhbərliyinə gəldikdə isə, onu qeyd etməliyəm ki, hamımızın təcrübəsi bu səhədə az olub. Təcrübəni toplamağa isə vaxtımız çatmadı. Təəssüf ki, cəmiyyətimiz də bu cür idarəçiliyi dəyərləndirməyə və müdafiə etməyə hazır olmadı. - Bir ziyalı, onu yaxından tanıyan şəxs kimi Əbülfəz bəyin Azərbaycanın siyasi və iqtisadi tarixindəki rolunu necə qiymətləndirirsiniz? - Elçibəy Azərbaycanın 20-ci əsirdə ən böyük siyasi liderlərindən biri olub. Allah ona rəhmət eləsin. Onun Azərbaycan tarixində oynadığı rol getdikcə daha da anlaşılacaq və dəyərləndiriləcək. Mən buna şübhə etmirəm. Xəyal Şahinoğlu azadliq
Əli Əsədov Şimali Kiprin Baş naziri ilə görüşüb
İran məhkəmə hakimiyyətinin rəhbəri: ABŞ-la qarşıdurma bitməyəcək
İki Azərbaycan fəal həbs edilərək Təbriz həbsxanasına köçürülüb
Hörmüz boğazı açılmayacaq - Keyhan
İsfahanda 100 nəfərin əmlakının müsadirə olunmasına göstəriş verilib
ABŞ ordusu Ərəb körfəzindən gündəlik 7 milyon barel neftin çıxarılmasına kömək edir
İrana təhdidinə qarşı fəaliyyət apara bilməliyik - Katz
Əraqçi: İran və ABŞ memorandumun imzalanmasına heç vaxt olmadığı qədər yaxındır
İranda daha 19 nəfərin əmlakı müsadirə olundu
İranda mina partladı- Ölən var
İrana bağlı hakerlər Kaliforniyanın su təchizatı şirkətlərinə hücum edib
OPEC: İranın neft hasilatında kəskin azalma var
5 şəhərdə 8 məhbus edam edilib
Reuters: ABŞ iranlıları Mərkəzi Afrika Respublikasına deportasiya etməyi planlaşdırır
ABŞ və İran arasında danışıqlar Xameneinin olduğu yer gizlədildiyi üçün uzanır
Axios: İranla memorandum ABŞ-ın bütün tələblərini qarşılayır
KİV: ABŞ Hörmüz boğazı istiqamətində uçan iki İran dronunu vurub
İran və BƏƏ-nin yüksək səviyyəli rəsmiləri görüşdü
Tramp: ABŞ Xarq adasını ələ keçirmək niyyətindədir
Sadiq Zibakəlam həbs edilib
İranın etnik qrupları güc balansını dəyişə bilər – RƏY
ABŞ Küveytə 1,98 milyard dollarlıq antidron sistemlərinin satışını təsdiqləyib
Bəhreyn İranın Bəhreyn və Küveytə raket hücumlarını qınayıb
Elyar 27 günlük hüquqi mübarizədən sonra doğum haqqında şəhadətnamə ala bilib
İran, Rusiya və Çin nümayəndələri Qrossi ilə görüşüb
Təbrizdə qadın məhbus edam edilib
Azərbaycanlı vəkilə qarşı yeni ittiham irəli sürülüb
Müctəba Xameneinin səhhəti ilə bağlı yeni etiraf
KİV: Uitkoff və Kuşner nüvə mütəxəssisləri ilə görüşüblər
İranda məişət texnikasının qiyməti yenidən artdı
“Rosneft” rəhbəri: İran müharibəsindən ən çox ABŞ neft şirkətləri faydalanır
Küveyt İranın hücumlarını suverenliyin pozulması kimi qiymətləndirib
İsrail ABŞ-ın yüksəkvəzifəli rəsmilərini dinləyib
Tramp: İran raket arsenalının təxminən 22 faizini qoruyub saxlayıb
ABŞ İranın hərbi hədəflərinə zərbələr endirib
ABŞ İran milli komandasının məsullarına viza vermədi
Güneyli məhbuslarla bağlı yeni imza kampaniyası; 81 ildən çox həbs cəzasına etiraz
Hindistan səfirliyi çağırış etdi: İranı tərk edin