KİV: Yəməndə SEPAH-ın Qüds Qüvvələri komandiri öldürülüb
Reuters: Hizbullah İsraillə mümkün yeni qarşıdurmaya hazırlaşır, İrandan on milyonlarla dollar alıb
“Məkkə Sazişi” ölkələrinin yüksək səviyyəli rəsmiləri İranda səfərdədir
Səudiyyə Ərəbistanı təyyarəsi Tehran hava limanına eniş edib
Müharibə repressiyaları gücləndirib- Mai Sato
Şəbistərdə silahlı insident- Ölən var
SEPAH İraqın şimalında kürd bazalarını vurdu
Ərəb koalisiyası Husilərin raket anbarlarını məhv etdi
Prezident İlham Əliyev BMT-nin Sivilizasiyalar Alyansının ali nümayəndəsini qəbul edib
Azərbaycan sülh sazişi məsələsində son nöqtəni qoymağa hər zaman hazırdır
Azərbaycan QHT-ləri Pezeşkiana müraciət etdi
Azərbaycanla Özbəkistan arasında iki saziş təsdiqlənib
İranın birinci vitse-prezidenti azərbaycanlı qızlarla bağlı fərman verdi
Prezident İlham Əliyev Niderlandın xarici işlər nazirini qəbul edib
Ocanda əfqanistanlılar həbs edilib
ETN: İranlı nazirin Azərbaycanda təhsillə bağlı açıqlaması tamamilə yersizdir, ölkəmizin daxili işlərinə müdaxilə cəhdidir
Nazirlik: İranda Azərbaycan dilində məktəb yoxdur, azərbaycanlılar öz ana dillərində təhsil almaq hüququndan məhrum edilirlər
ABŞ qüvvələri İrana hücum üçün Trampın əmrini gözləyir- CNN
Müharibəyə görə İranda daha dörd nəfər həbs edildi
Zəncanda iş qəzası- Bir nəfər həlak oldu
İbrahim Kalın İrana səfər edəcək
İran ABŞ-yə Pakistan vasitəsilə yeni təklif göndərib
Səmərqənd ətrafında diplomatik gərginlik: Özbəkistan İrana rəsmi etiraz notası verdi
Tahir Nəqəvi məcburi etiraf üçün təzyiqlərlə üzləşir
Salar Taher Əfşarın ikinci doğum günü həbsxanada keçir
Pezeşkian: “Nə müharibə, nə sülh” vəziyyəti insanları çörək dərdinə salıb
Təbriz meriyasının sürücüləri maaş əvəzinə işdən çıxarılmaqla hədələnirlər
Tramp: Ya İran razılaşacaq, ya da işi bitirəcəyəm
“The Hill”: ABŞ ordusu İrana yenidən zərbə endirmək üçün variantlar hazırlayıb
Xəzər dənizinin şimalında bir sıra adalar materiklə birləşib
Bu gün, 25 oktyabr — Azərbaycan Respublikasında Qubadlı Şəhəri Günüdür
BƏƏ Rəs əl-Xeymə əmirliyinin bütün çimərliklərini növbəti xəbərdarlığadək bağlayıb
Qalibaf Hindistanda BRICS-in parlamentlərarası toplantısında iştirak etməyəcək
Almaniya İranın Hamburqdakı Bank Saderat filialının ləğvi barədə qərar verib
Türkiyədə 13 ölkədən 33 şair və yazıçının iştirakı ilə görüş keçirilib: Güney Azərbaycanı təmsil edən şairlər Talasda
“Ayrılıq” şairinin həsrətləri: Şərifə Cəfərinin Fərhad İbrahimi haqqında xatirələri
İranın dəstəklədiyi terrorçuların Məkkə və Mədinəyə raket hücumu
Səkkiz aydır görüntü və səs yoxdur; İran rəsmiləri Müctəba Xamenei ilə görüşdüklərini bildirirlər
Rusiyalı nüvə alimləri İrandan təxliyə edilib?
İranda daxili təyyarə biletləri 45 faiz bahalaşıb
İranda dollar 400 min tümənə yüksələ bilər: hökumət 80–90 faizlik inflyasiyani qəbul edib
Livan şiələri Hizbullahın silahları barədə nə düşünür?
Pezeşkian Moskvaya səfər edəcək
Bu gün Milli Azadlıq Hərakatının lideri, eks-prezident Əbülfəz Elçibəyin doğum günüdür. Hər şeyi zamanın öhdəsinə buraxan, özü ilə bəlkə də dünya boyda sirlər aparan Elçibəy haqqında təmtəraqlı sözlər, ifadələr yazmaqdan çox uzağam. Çünki ən dürlü sözlər, bədii ifadələr onun millətə sevgisini, vətənə bağlılığını, şəxsi keyfiyyətlərini belə açmaqda yetərli olmaz. Hər bir millətin içərisindən 50-100 il ərzində yetişən tarixi şəxsiyyətlər olur. Həmin şəxsiyyətlər millətin önündə gedərək milləti arzu olunan zirvəyə qaldırır. Əbülfəz Elçibəy də belə şəxsiyyətlərdən biri idi. Dünən haqqı danılan, bu gün haqqını dandığımız üçün bundan peşimançılıq hissi keçirən bizlər sabah yəqin ki, Elçibəyin tarixi şəxsiyyət kimi əsl qiymətini verə biləcəyik. Elçibəyin tarixi şəxsiyyət və siyasi xadim kimi gördüyü işlər bir yazıya sığmadığından, mən sadəcə eşitdiyim və şahidi olduğum faktları qeyd edəcəyəm. Arzu Şirinova Tarixi şəxsiyyət Elçibəy haqqında universitetdə təhsil aldığım vaxtlarda müəllimlərimdən eşitmişdim. Həmin vaxtlar onun fəaliyyətinin tam təfsilatıyla danışmaq yasaq idi. Ancaq buna baxmayaraq Elçibəyin kimliyi haqqında danışan müəllimlərimiz onun fəaliyyəti, ümumilikdə bütün millətin arzusunda olduğu azadlıq və müstəqillik barədə bizə gizli də olsa bilgi verirdilər. Açığını deyim ki, bəzən auditoriyada çox sevdiyim mülləmlərimdən-rəhmətlik Qulu Xəlilovdan, Şirməmməd Hüseynovdan elə fikirlər eşidirdim ki, heyrətə gəlirdim. Azadlıq və müstəqillik mənə əl çatmaz, ün yetməz zirvə kimi görünürdü. Onu da etiraf edim ki, həmin söhbətlər biz tələbələrin gözünü açır, sovet cəmiyyətinin iyrəncliklərini görməkdə yardımçımız olurdu. Təsadüfü deyildi ki, jurnalistika fakültəsini qurtaran məzunlar hadisələrə fərqli yanaşır, tamamilə fəqrli dünyagörüşə sahib olurdular. Nəhayət, müəllimlərimin söylədikləri məqam gəlib çatdı. Milli Azadlıq Hərəkatı başladı. Mən də, həyat yoldaşım Akif Amal da bu hərakata qoşulanların öncüllərindən olduq. Sovet rejimi çökdü, Azərbaycan müstəqilliyini elan elədi. Azərbaycanı bir-birinin ardınca dünya dövlətləri tanımağa başladı. Yetmiş illik bir müddətdə sovet rejiminin girovuna çevrilmiş, müstəqillik və azadlıq acı olan bir millət bundan sonra sabahını fikirləşməli, səhvlərə yol verməməli, tarixi şansı göz bəbəyi kimi qoruyub saxlamalıydı. Ona görə də dövlətin başına qul psixologiyasından uzaq, millətin və dövlətin maraqlarını hər şeydən uca tutan bir şəxsiyyət gətirilməliydi. Bu da təbii ki, seçkilər yoluyla həyata keçirilməli, millətin seçiminə buraxılmalıydı. Həmin vaxt siyasət meydanında olanlar Elçibəyin üzərində dayandılar. Elçibəy vəzifə hərisi deyildi. Onun üçün başlıca məqsəd millətinin və dövlətinin azad, müstəqil olmasıydı ki, bu məqsədinə də çatmışdı. Prezident seçilməmişdən xeyli əvvəl fikirlərini Sumqayıt cəbhəçilərilə bölüşən Elçibəy bütün bunları tam çılpaqlığıyla açıb bildirdi. Millətin azadlıq, müstəqillik ideoloqu, saf, təmiz bir şəxs-Əbülfəz Elçibəy prezident seçildi. Bir il ərzində Elçibəy dövləti və milləti üçün çox şeylər elədi. Birinci olaraq sovet qoşunlarının ölkədən çıxarılmasına nail oldu. Milli valyutanın dövriyyəyə buraxılmasını reallaşdırdı. Rüşvət yoluyla ali məktəblərə daxil olmağın qarşısını almaq məqsədilə test imtahanları keçirilməsinin bünövrəsini qoydu. Bir çox layihələrin, o cümlədən Bakı-Tiflis-Ceyhanın gerçəkləşməsi üçün əməli fəaliyyətə başladı. Bu zaman dünyanın super güclərini məcbur edirdi ki, Azərbaycanın maraqlarıyla hesablaşsınlar. Elçibəy ən başlıcası öz fəaliyyətilə əsil demokratiyanın, fikir plüralizminin nə olduğunu bu xalqa göstərdi. Millət sevdalısı Nə yazıq ki, Elçibəyin bu keyfiyyətlərini zamanında anlaya bilmədik. Mübaliğəsiz deyirəm, Elçibəy öz düşüncələri, dünya görüşü, demokratikliyi və şəxsi keyfiyyətləri ilə millətdən xeyli irəlidə gedən bir şəxs idi. Bəzən deyirlər ki, Elçibəy hardasa 20-30 ildən sonrakı Azərbaycana rəhbərlik etməliydi. Çünki onun ideyaları, düşəncləri zamanı qabaqladığı üçün sovet rejimindən qurtulmuş bir millətə rəhbərlik etməsi mümkün deyildi. Birdən-birə azadlıq, müstəqillik, demokratiya qazanmış bir milləti idarə etmək olduqca çətin idi. Bu işi tədricən görmək, azadlıq, müstəqillik, demokratiyanı zərrə-zərrə millətə dadızdırmaq lazımıydı. Ancaq Elçibəy millətini sevdiyindən azadlığın, müstəqilliyin, demokratiyanın qapılıarını bu xalqın üzünə tabatay açmışdı. Bizlər nə etdik? Hər birimizin məişətdə belə qarşılaşdığımız problemin səbəbkarı kimi Elçibəyi gördük. Başladıq onun idarəçiliyinə şübhə etməyə, ideyalarını ələ salmağa və s. Pambıq biznesilə məşğul olan Surət Hüseynovun qiyamına haqq qazandırıb, millətinin fədaisi olan bir şəxsin hakimiyyətdən devrilməsini sadəcə seyr etdik. Elçibəyi müdafiə etmək üçün cəsarətimiz çatmadı. Bunu isə sonralar Ulu Tanrı bizə bağışlamadı. Elçibəy vətəndaş müharibəsinin baş verməməsi üçün hakimiyyətdən getdi. Biz bir millət olaraq yenə də bunu dərk etmədik. Çoxlarımız onu qorxaqlıqda və acizlikdə, dövləti idarə edə bilməməkdə qınadıq. Çox sonralar bütün bunlara görə əzab çəkəcəyik. Artıq bunun başlancığı qoyulub. Əbülfəz Elçibəy məni fəal cəbhəçi və "Haray" qəzetinin baş redaktoru kimi tanıyırdı. Kələkidən qayıdandan sonra onunla müsahibə götürmək istəyimi bildirdim. Görüşdük, bir saata yaxın söhbətimiz oldu. Müsahibədən kənar çox məsələlərdən danışdıq. Açığı, millətimi həqiqətləri görmədiyi üçün qınadım. Mənim bu qınağımla Elçibəy razılaşmadı. Onun haqqında yerli-yersiz nələrin deyilməyinə baxmayaraq, milləti öz tutarlı arqumentlərilə göylərə qaldırdı. Düzü dediyimə peşiman oldum. Elçibəy bilirdi ki, mən işğal altından qalan Qubadlı rayonundanam. Söhbət zamanı məcburi köçkünlərin nə fikirləşdiyindən, onların qayğılarından danışmağı xahiş etdi. Əvvəlcə Elçibəyə öz hislərimi danışdım və məcburi köçkünlərin yaşadıqları acı həyatı nəql etdim. Görünür hislərə qapılıb, necə danışmışdımsa Elçibəy təsirlənmişdi. Söhbətin sonunda bildirdi: "Mən bu rayonların işğal olunacağını bilsəydim, Kələkiyə getmək qərarını verməzdim". Bütöv Azərbaycan ideyasının müəllifi Elçibəy Azərbaycanı bütöv görmək istəyən şəxsiyyətlərdən birincisi idi. Azərbaycanda Milli Azadlıq Hərakatı başlayan ərəfədə Əbülfəz Elçibəy rayonlara gedər, yerlərdə fəallarla görüşlər çeçirərdi. Günlərin bir günü İranla sərhəd bölgələrin birinə səfər edən Elçibəy ürəyində baş qaldıran arzusuna qarşı çıxa bilmir. Yaxın ətrafı ilə sərhədə yaxınlaşır. Sərhədi qoruyan əsgərlərdən xahiş edir ki, 5 dəqiqəliyə də olsa, keçid məntəqəsindən keçməklə Azərbaycanın Cənubuna ayaq bassın. Sərhədçi Elçibəyin bu arzusunu reallaşdırır. Elçibəy bunu gözləyirmiş kimi sərhəd məntəqəsindən keçərək, Araz çayının lap yaxınlığına gəlir. Əllərini açıb Ulu Tanrıya dualar edir və dizlərini yerə qoyub əyilərək torpağı öpür. Bəlkə də həsrətini soyutmaq üçün Araz çayına yaxınlaşıb ovcunu su il dolduraraq üzünə-gözünə çırpır. Elçibəyin Vətən həsrətini seyr edən əsgərin belə gözləri dolur. Bəli, Elçibəy bu həsrətlə, bu yanğıyla Bütöv Azərbaycan Birliyini yaratdı. Bu təşkilatı bütün təşkilatların fövqünə qaldırdı. Qələm dostlarımın yaxşı yadındadır, BAB-ın iclasları haylı-küylü keçirilər, mühüm qərarlar qəbul olunar və bundan da Tehran rejimi əndişələnərdi. İndi isə nəinki BAB, o cümlədən bütün müxalifət yetim qalıb. Səmimi insan, böyük ürək sahibi Bunu təkcə mən demirəm, çoxlarının fikridir ki, Elçibəy kimsəni özündən incik salmazdı. Çalışardı ki, hamıya yaxşılığı dəysin. Bu yaxşılığı da heç vaxt bildirməzdi. Elçibəyin şəxsi sürücüsü danışır ki, günlərin bir günü maşınla keçərkən bir nəfər gözləri tutulmuş qocanı görürlər. Elçibəy maşını saxlamağı bildirir. Və maşından düşərək qocaya yaxınlaşır. Məlum olur ki, qocanın kimsəsi yoxdur və o, evinin yolunu itirib. Sürücü qocadan ünvanı öyrəndikdən sonra onu evinə qədər gətirirlər. O gündən Elçibəy qocaya əl tutur. Ancaq özünün kimliyini qocaya bildirmir. Hərdən də qocanın evinə gələrək onunla həmsöhbət olur. Elçibəy dünyasını dəyişəndən sonra qocanın qulaqları səsdə olur ki, onun qəlb sirdaşı, qəlbinə məlhəm bildiyi şəxs yenə də gələcək. Ancaq qoca bunun əvəzinə, bir gün sürücünün Elçibəyin yasından gətirdiyi plovla qarşı-qarşıya qalır. Hər şeyi başa düşür. Bilir ki, bu qoca yaşında onun könlünü alan, ona dayaq duran bir insanı itirib. Qiymətini bilmədiyimiz insan ABŞ-da dünya türklərinin yürüşü keçiriləcəydi. Elçibəy də həmin yürüşə qatılmalıydı. O vaxtlar xəstələnmişdi və bir müddət müalicə alırdı. Ancaq xəstə olmasına baxmayaraq yürüşə qatılacağını bəyanlamışdı. Neçə saatlıq yürüşdə ayaq üstə yürüyən Elçibəy Azərbaycan türklərini təmsil edirdi. Səfərdən qayıdandan sonra mətbuat konfransı keçirdi və təəssüratlarını jurnalistlərlə bölüşdü. Necə fəxrlə, necə coşqu ilə danışırdı. Xəstəliyi də yadından çıxmışdı. Həyatının son aylarını yaşayırdı. Olurdu ki, müalicə aldığı üçün günlərlə qərargaha gələ bilmirdi. Bundan istifadə edənlər (kisənin adını çəkib Elçibəylə bağlı yazdığım yazıya xələl gətirmək istəmirəm-A.Ş.) Əbülfəz Elçibəyə qarşı hücuma keçdilər. Para verdikləri mirzələri qəzetlərdə Elçibəyin ünvanına hədyanlar yağdırmağa başladılar. Nəhayət, ona etimadsızlıq məsələsi qaldırıldı. Elçibəy bundan heç də narahatlıq keçirmədi. Ali Məclisin iclasına gəldi, şişmiş ayaqlarıyla güclə kürsüyə qalxdı və ona etimad məsələsinin qoyulmasını israr etdi. Cəbhəni parçalamağa çalışanlar, əvvəlcədən etimadsızlıqla bağlı təbliğat aparanlar elə zənn edirdilər ki, istəklərinə çatacaqlar. Ancaq cəbhəçilər kimsənin fitvasına uymayaraq Elçibəyin xeyrinə olmaqla-ona etimad göstərməklə, onunla birgə olduqlarını sübut edərək səs verdilər. ...Elçibəyin hakimiyyətdən devrilməsinə təxminən bir aydan da az vaxt qalırdı. Qələm dostum, Elçibəy ideyalarının daşıyıcısı Sevda Sunər bir gün məni çağıraraq dərdləşmək istədiyini bildirdi. Həmin vaxt biz hər ikimiz hakimiyyətdə təmsil olunanların müxtəlif partiyalar yaratmasına qarşı çıxırdıq və bildirirdik ki, bu, hakimiyyətin iflası ilə nəticələnə bilər. Sevda mənə gördüyü yuxunu danışdı: "Gördüm ki, çoxlu sayda insanlar Elçibəyi əllərində çubuq döyürlər. Ancaq birdən Elçibəyi döyənlər, Bəyi əlləri üzərində göylərə qaldırdılar". Yuxular çox vaxt gerçək olur. Bu gerçəklik arzusuyla da bütün Elçibəy sevərləri, türk millətini Milli Azadlıq Hərakatının lideri Əbülfəz Elçibəyin 70 illiyi münasibətilə təbrik edirəm. Qoy Ulu Tanrı Elçibəy ideyalarının gerçəkləşməsində yardımçımız olsun. xalqcebhesi
Ocanda əfqanistanlılar həbs edilib
ABŞ qüvvələri İrana hücum üçün Trampın əmrini gözləyir- CNN
Zəncanda iş qəzası- Bir nəfər həlak oldu
İbrahim Kalın İrana səfər edəcək
Türkiyə Yunanıstanı Qərbi Trakya türklərinin iradəsinə hörmət etməyə çağırıb
Kürd partiyasının düşərgəsi vuruldu- SEPAH
BMT-nin İrandakı xüsusi məruzəçisi: Müharibə ölkədə repressiyaları daha da gücləndirib
İranda bir ayda 79 məhbus edam edilib
Əhvaz ərəblərinin təşkilatı Azərbaycana dəstək bəyanatı yaydı
Pezeşkian Moskvaya gedir
ABŞ Türkiyə-Livan təklifinin mövcudluğunu təkzib edib: İranın dəstəklədiyi Hizbullah tərksilah olunmalıdır
Urmiya gölünün son vəziyyəti açıqlandı
İranda hicaba görə daha on səkkiz iaşə obyekti bağlandı
İranda daha səkkiz məhbus edam edildi
İki ay ərzində İranda 38 qadın və uşaq öldürülüb
ABŞ diplomatlarını regiondan çıxarır
İranla bağlı Çin və Rusiya ilə əməkdaşlıq edirik- Tramp
İran aviasiyası iflic olub- Səbəb
Həmədanda iş qəzaları- 327 nəfər...
İraq da İranla sərhəddi bağladı
Bahalıq Allahın və mələklərin işidir? İqtisadi məsuliyyətdən dini bəhanələrlə yayınmaq
Tehranda Azərbaycana qarşı aksiya keçirilib
ABŞ-nın İrana hücumu mümkündür - Əraqçı
İran–Pakistan sərhədində ticarət dayandırılıb: minlərlə yük maşını keçid məntəqələrinin açılmasını gözləyir
Beynəlxlq Əfv Təşkilatı İranda edamlarla bağlı bəyanat yaydı
Qəzvin əyalətində daha 39 nəfər həbs edildi
İran Kəşfiyyat Nazirliyi əməliyyat keçirib- Həbs edilənlər var
Sualtı internet kabelləri İranın hədəfinə çevrilə bilər- SEPAH
Həmədanda iş qəzaları- 327 nəfər...
İran aviasiyası iflic olub- Səbəb
Traxtur klubundan federasiyaya təcili məktub: Etnik şüarlara və futbolçuların ailələrinə qarşı təhqirlərə baxılsın
Bəjestan adına milli qeydiyyata alınan “doşab bişirmə” ənənəsi: Güney Azərbaycan əyalətlərinin mədəni irsinə laqeydlik
İki ay ərzində İranda 38 qadın və uşaq öldürülüb
İraq müxalif kürdləri İrana təhvil verəcək- İran səfiri
İraq da İranla sərhəddi bağladı
Təbrizdə iki hüquqşünas həbs edilib
ABŞ diplomatlarını regiondan çıxarır
İranda daha səkkiz məhbus edam edildi