SON XƏBƏRLƏR

Şəx­siy­yət­lə­rə qar­şı mən­fi ba­xış­lar də­yiş­di­ril­mə­li­dir.Na­dir şa­hın 320 il­li­yi­nin yük­sək sə­viy­yə­də qeyd edil­mə­si tək­lif olu­nur

2021.10.20, 07:36
Şəx­siy­yət­lə­rə qar­şı mən­fi ba­xış­lar də­yiş­di­ril­mə­li­dir.Na­dir şa­hın 320 il­li­yi­nin yük­sək sə­viy­yə­də qeyd edil­mə­si tək­lif olu­nur

Gunaz.tv
Şəx­siy­yət­lə­rə qar­şı mən­fi ba­xış­lar də­yiş­di­ril­mə­li­dir Na­dir şa­hın 320 il­li­yi­nin yük­sək sə­viy­yə­də qeyd edil­mə­si tək­lif olu­nur "Na­dir şa­hı fars hökm­da­rı ki­mi təq­dim et­mək bi­zim ta­rix­şü­nas­lı­ğı­mız­da kök sa­lıb. Bu mü­na­si­bət Qa­car­la­ra da gös­tə­ri­lir. Hət­ta bir qə­dər irə­li ge­də­rək bə­zən on­lar fars­la­ra xid­mət edən hökm­dar­lar ki­mi təq­dim olu­nur. Dü­şü­nü­rük ki, bu mə­sə­lə­lər za­man keç­dik­cə həl­li­ni ta­pa­caq". Bu söz­lər "Müa­sir İn­ki­şaf" İc­ti­mai Bir­li­yi­nin Azər­bay­can türk hökm­da­rı Na­dir şah Əf­şa­rın ana­dan ol­ma­sı­nın 320 il­li­yi­nə həsr et­di­yi "də­yir­mi ma­sa"da səs­lən­di­ri­lib. Bey­nəl­xalq Mət­bu­at Mər­kə­zin­də ger­çək­lə­şən təd­bir­də bir­li­yin İda­rə He­yə­ti­nin səd­ri Mü­ba­riz Aşır­lı bil­di­rib ki, Na­dir şa­hın ümum­türk ta­ri­xin­də bö­yük xid­mət­lə­ri olub. Onun söz­lə­ri­nə gö­rə, Na­dir şa­hın İs­lam di­nin­də ba­rış­dı­rı­cı­lıq hə­rə­ka­tı­nı ya­rat­ma­sı al­qış­lan­ma­lı və araş­dı­rı­la­raq cə­miy­yə­tə çat­dı­rıl­ma­lı­dır: "Bu is­ti­qa­mət­də mü­əy­yən iş­lər gö­rü­lüb. Am­ma is­tər­dik ki, ta­rix­çi­lər, zi­ya­lı­lar, mü­əl­lim­lər, jur­na­list­lər, cə­miy­yə­tin bü­tün tə­bə­qə­lə­ri bu mə­sə­lə­lə­ri düz­gün şə­kil­də araş­dı­rıl­dıq­dan son­ra təb­liğ et­sin­lər. Na­dir şa­hın fəa­liy­yə­ti­nin düz­gün şə­kil­də araş­dı­rıl­ma­sı ilə bi­zim Bü­töv Azər­bay­can­la bağ­lı mə­sə­lə­lər də ay­dın­la­şa bi­lər. Onun Os­man­lı döv­lə­ti ilə dost­luq mü­na­si­bət­lə­ri­nə can at­ma­sı ya­rat­maq is­tə­di­yi­miz Türk Bir­li­yi üçün ta­ri­xi is­ti­nad nöq­tə­si ola bi­lər. Düz­dür, Na­dir şa­hın os­man­lı­lar­la dö­yüş­lə­ri olub. Am­ma bu, məc­bu­riy­yət­dən do­ğan çə­kiş­mə olub. Ey­ni za­man­da in­di­ki İran ad­lan­dı­rı­lan əra­zi­də bö­yük türk döv­lət­lə­ri­nin ol­du­ğu­nu unut­ma­ma­lı­yıq". Rəh­bər­lik et­di­yi təş­ki­la­tın bu tip möv­zu­lar­la bağ­lı dis­kus­si­ya­lar ke­çir­di­yi­ni de­yən M.Aşır­lı mü­tə­xəs­sis­lə­rin təd­bir­lər­də iş­ti­rak edə­rək fi­kir­lər səs­lən­dir­dik­lə­ri­ni diq­qə­tə çat­dı­rıb: "Bu mə­sə­lə­lə­ri yal­nız təd­bir­lər­də söy­lə­mək ki­fa­yət de­yil. Ey­ni za­man­da dis­kus­si­ya­lar­dan çı­xan nə­ti­cə­lə­ri son­ra­dan öz fəa­liy­yə­ti­miz­də əks et­dir­sək, xey­li say­da yan­lış­lıq­la­rı dü­zəl­də bi­lə­rik". Azər­bay­can Mil­li Elm­lər Aka­de­mi­ya­sı­nın Ta­rix İns­ti­tu­tu­nun şö­bə mü­di­ri Ha­cı Hə­sə­nov Na­dir şah haq­qın­da fi­kir söy­lə­yər­kən bil­di­rib ki, o, tək­cə Azər­bay­can yox, bü­tün türk dün­ya­sı­nın gör­kəm­li si­ma­la­rın­dan­dır: "Na­dir şah çox qı­sa bir müd­dət ər­zin­də ha­ki­miy­yə­tə sa­hib ol­sa da, Azər­bay­can ya­şa­dıq­ca onun da adı ya­şa­ya­caq. O şah­lıq tax­tı­na çı­xan­da Azər­bay­ca­nın tor­paq­la­rı tu­tul­muş­du, mər­kə­zi ha­ki­miy­yət yox də­rə­cə­sin­də idi. Rus­lar, əf­qan­lar və os­man­lı­lar tor­paq­la­rı iş­ğa­la mə­ruz qoy­muş­du­lar. Be­lə bir du­rum­da Na­dir şah tax­ta çı­xa­raq tor­paq­la­rı düş­mən­lər­dən tə­miz­lə­di, əra­zi bü­töv­lü­yü­nü tə­min et­di, döv­lə­tin Şərq­də tut­du­ğu la­yiq­li möv­qe­yi­ni bər­pa et­di. So­vet və rus ta­rix­çi­li­yi­nin tə­si­ri nə­ti­cə­sin­də biz­də bu şəx­siy­yət İran döv­lət­çi­li­yi­nin nü­ma­yən­də­si ki­mi təq­dim edi­lib". Na­dir şa­hın Azər­bay­can tor­paq­la­rı­nı iş­ğal edən bir hökm­dar ki­mi ta­nın­ma­sı­nın na­ra­hat­lıq do­ğur­du­ğu­nu de­yən ta­rix­çi qeyd edib ki, o, öl­kə­ni düş­dü­yü də­rin qu­yu­dan çı­xa­rıb: "Na­dir şah for­mal ola­raq İran şa­hı ad­la­na bi­lər­di. Bu, İran döv­lə­ti de­mək an­la­mı­nı ver­mir. O, qur­du­ğu, ge­niş­lən­dir­di­yi Azər­bay­can türk döv­lə­ti­nin hökm­da­rı idi". Na­dir şa­hın Bor­ça­lı­nı Gür­cüs­ta­na ver­mə­si ki­mi fi­kir­lə­rin yan­lış ol­du­ğu­nu de­yən H.Hə­sə­nov bil­di­rib ki, bu mə­sə­lə­də hə­lə də Na­dir şah gü­nah­lan­dı­rı­lır: "O, Bor­ça­lı­nı Gür­cüs­ta­na yox, öz mə­mu­ru Tif­lis bəy­lər­bəy­li­yi­nin rəh­bə­ri­nə ve­rib. Hə­min vaxt Tif­lis in­zi­ba­ti əra­zi va­hi­di Na­dir şa­hın ha­ki­miy­yə­ti­nə ta­be olub". "Olay­lar" İn­for­ma­si­ya Agent­li­yi­nin baş di­rek­to­ru və ey­ni­ad­lı qə­ze­tin baş re­dak­to­ru Yu­nus Oğuz Na­dir şa­hın uni­kal bir şəx­siy­yət ol­du­ğu­nu qa­bar­da­raq, onun uşaq yaş­la­rın­dan şah ola­na qə­dər­ki fəa­liy­yə­ti ba­rə­də mə­lu­mat ve­rib: "Ta­ri­xi araş­dır­ma­lar­da gös­tə­ri­lir ki, Na­dir tax­ta çıx­dıq­dan son­ra öz oğ­lu­nun göz­lə­ri­ni çı­xart­dı­rıb. Yə­ni onun bir qəd­dar hökm­dar ol­du­ğu bil­di­ri­lir. Nə­zə­rə al­maq la­zım­dır ki, oğ­lu üç də­fə Na­dir şa­ha sui-qəsd edə­rək tax­ta çıx­maq is­tə­yib. Bu sə­bəb­dən o öz oğ­lu­nu kor edib. Bu sərt­li­yi ha­ki­miy­yə­ti sax­la­maq üçün edib. Çün­ki Na­dir şah bir hərb­çi idi və hərb­çi də hə­mi­şə sərt olur. Am­ma onun xalq qar­şı­sın­da çox bö­yük xid­mət­lə­ri olub. Di­ni dö­züm­lü­lü­yü və öl­kə­də İs­lam di­ni­nin möh­kəm­lən­mə­si­nin əsa­sı­nı məhz Na­dir şah qo­yub". Y.Oğu­zun qə­naə­tin­cə, Na­dir şah Türk-İs­lam Bir­li­yi­nin ol­ma­sı­nı is­tə­yib: "Onun Azər­bay­can üçün et­dik­lə­ri­ni yad­dan çı­xar­ma­ma­lı­yıq. Bə­zən biz öz ta­ri­xi şəx­siy­yət­lə­ri­mi­zə sa­hib dur­maq is­tə­mi­rik. Am­ma keç­mi­şi­ni unu­da­nın gə­lə­cə­yi ol­maz". AMEA Ta­rix İns­ti­tu­tu­nun əmək­da­şı El­nur Hü­sey­nov Na­dir şa­hın öl­kə­də feo­dal döv­lət ya­ra­da­raq pə­ra­kən­də­lik et­mək is­tə­yən­lə­rin qar­şı­sı­nı al­dı­ğı­nı söy­lə­yib: "Ta­rix­də Na­dir şa­hı tez-tez qı­naq ob­yek­ti­nə çe­vi­rir­lər. O, Sə­fə­vi­lər döv­lə­ti­ni bər­pa edib­sə, bu bö­yük iş­dir". E.Hü­sey­nov Na­dir şa­hın ha­ki­miy­yə­ti döv­rün­də gör­dü­yü iş­lər­dən, at­dı­ğı ad­dım­lar­dan da­nı­şıb: "O, sərt­li­yi döv­lə­ti qo­ru­maq üçün edib. Ona öz döv­rü­nün tə­ləb­lə­ri ba­xı­mın­dan qiy­mət ver­mək la­zım­dır". "Müa­sir İn­ki­şaf" İc­ti­mai Bir­li­yi­nin sədr müa­vi­ni Tar­yel Fa­zi­loğ­lu Na­dir şa­hın or­ta mək­təb dərs­lik­lə­rin­də qəd­dar fars hökm­da­rı, des­pot şəx­siy­yət ki­mi ta­nı­dıl­ma­sı­nın na­ra­hat­lıq do­ğur­du­ğu­nu bil­di­rib: "Gənc­li­yi­mi­zə ta­ri­xi şəx­siy­yət­lə­ri­miz düş­mən ki­mi təq­dim olu­nur. Gənc­lik keç­mi­şi­ni də­qiq və düz­gün bil­mir­sə, gə­lə­cə­yi­nə inan­ma­ya­caq. Döv­lət­çi­lik ta­ri­xi­mi­zi, ta­ri­xi şəx­siy­yət­lə­ri öy­rə­nə­rək bu­nun­la fəxr et­mək la­zım­dır. Han­sı ki, Na­dir şah döv­lət­çi­lik ənə­nə­lə­ri­mi­zin məh­vi­nin qar­şı­sı­nı alıb". AMEA Ar­xeo­lo­gi­ya və Et­noq­ra­fi­ya İns­ti­tu­tu­nun əmək­da­şı Bəh­mən Fa­zi­loğ­lu Na­dir şa­hın ha­ki­miy­yət­də ol­du­ğu dövr­də ma­raq­lı və la­zım­lı ad­dım­lar at­dı­ğı­nı diq­qə­tə çat­dı­rıb: "Bun­la­rı öy­rən­mə­li­yik. Çün­ki ta­rix hər bir mil­lə­tin ya­şam qay­na­ğı­dır. Keç­mi­şi öy­rən­mə­sək, gə­lə­cə­yi qu­ra bil­mə­rik". Ru­si­ya-İran mü­ha­ri­bə­si ki­mi təq­dim olu­nan Rus-Azər­bay­can mü­ha­ri­bə­si­nə to­xu­nan ta­rix­çi qeyd edib ki, mü­ha­ri­bə za­ma­nı rus­la­rın qar­şı­sı­nı fars­lar yox, türk­lər kə­sib­lər. AMEA Ta­rix İns­ti­tu­tu­nun əmək­da­şı, bir­li­yin Araş­dır­ma şö­bə­si­nin səd­ri Pər­viz Ağa­la­rov ta­ri­xi­mi­zə kon­sep­tu­al ba­xı­şın də­yiş­mə­li ol­du­ğu­nu vur­ğu­la­yıb: "Or­ta mək­təb dərs­li­yi üçün ha­zır­la­nan ta­rix ki­ta­bın­da ya­zı­lıb ki, Na­dir şah döv­lə­ti qur­du, am­ma ye­nə də azər­bay­can­lı­lar azad ol­ma­dı. Bil­di­ri­lir ki, azər­bay­can­lı­lar ye­nə də fars feo­dal döv­lət­lə­ri­nin əsa­rə­tin­də qa­lıb. Am­ma Na­dir şa­hın ha­ki­miy­yə­ti döv­rün­də heç bir fars feo­dal döv­lə­ti ol­ma­yıb. Bu, ta­ma­mi­lə səhv olan bir ya­naş­ma­dır. Səhv ya­naş­ma­lar bi­zə xe­yir gə­tir­mə­yə­cək. Bu cür şəx­siy­yət­lə­rə qar­şı mən­fi ba­xış­la­rı or­ta mək­təb­dən də­yiş­mək la­zım­dır. Or­ta mək­təb sə­viy­yə­sin­də iş apa­rıl­ma­lı­dır. Dərs­lik­lər də­yiş­di­ril­mə­li­dir". Təd­bi­rin so­nun­da iş­ti­rak­çı­lar Na­dir şah Əf­şa­rın ana­dan ol­ma­sı­nın 320 il­li­yi­nin ke­çi­ril­mə­si üçün Təh­sil Na­zir­li­yi­nə, Azər­bay­can Mil­li Elm­lər Aka­de­mi­ya­sı­na, Mə­də­niy­yət və Tu­rizm Na­zir­li­yi­nə, Qaf­qaz Mü­səl­man­la­rı İda­rə­si­nə mü­ra­ci­ət et­mə­yi qə­rar­laş­dı­rıb­lar. Anar Bay­ra­moğ­lu sherg

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar