Səudiyyə Ərəbisttəyyarəsi Tehran hava limanına eniş edib
Müharibə repressiyaları gücləndirib- Mai Sato
Şəbistərdə silahlı insident- Ölən var
SEPAH İraqın şimalında kürd bazalarını vurdu
Ərəb koalisiyası Husilərin raket anbarlarını məhv etdi
Prezident İlham Əliyev BMT-nin Sivilizasiyalar Alyansının ali nümayəndəsini qəbul edib
Azərbaycan sülh sazişi məsələsində son nöqtəni qoymağa hər zaman hazırdır
Azərbaycan QHT-ləri Pezeşkiana müraciət etdi
Azərbaycanla Özbəkistan arasında iki saziş təsdiqlənib
İranın birinci vitse-prezidenti azərbaycanlı qızlarla bağlı fərman verdi
Prezident İlham Əliyev Niderlandın xarici işlər nazirini qəbul edib
Ocanda əfqanistanlılar həbs edilib
ETN: İranlı nazirin Azərbaycanda təhsillə bağlı açıqlaması tamamilə yersizdir, ölkəmizin daxili işlərinə müdaxilə cəhdidir
Nazirlik: İranda Azərbaycan dilində məktəb yoxdur, azərbaycanlılar öz ana dillərində təhsil almaq hüququndan məhrum edilirlər
ABŞ qüvvələri İrana hücum üçün Trampın əmrini gözləyir- CNN
Müharibəyə görə İranda daha dörd nəfər həbs edildi
Zəncanda iş qəzası- Bir nəfər həlak oldu
İbrahim Kalın İrana səfər edəcək
İran ABŞ-yə Pakistan vasitəsilə yeni təklif göndərib
Səmərqənd ətrafında diplomatik gərginlik: Özbəkistan İrana rəsmi etiraz notası verdi
Tahir Nəqəvi məcburi etiraf üçün təzyiqlərlə üzləşir
Salar Taher Əfşarın ikinci doğum günü həbsxanada keçir
Pezeşkian: “Nə müharibə, nə sülh” vəziyyəti insanları çörək dərdinə salıb
Təbriz meriyasının sürücüləri maaş əvəzinə işdən çıxarılmaqla hədələnirlər
Tramp: Ya İran razılaşacaq, ya da işi bitirəcəyəm
“The Hill”: ABŞ ordusu İrana yenidən zərbə endirmək üçün variantlar hazırlayıb
Xəzər dənizinin şimalında bir sıra adalar materiklə birləşib
Bu gün, 25 oktyabr — Azərbaycan Respublikasında Qubadlı Şəhəri Günüdür
BƏƏ Rəs əl-Xeymə əmirliyinin bütün çimərliklərini növbəti xəbərdarlığadək bağlayıb
Qalibaf Hindistanda BRICS-in parlamentlərarası toplantısında iştirak etməyəcək
Almaniya İranın Hamburqdakı Bank Saderat filialının ləğvi barədə qərar verib
Türkiyədə 13 ölkədən 33 şair və yazıçının iştirakı ilə görüş keçirilib: Güney Azərbaycanı təmsil edən şairlər Talasda
“Ayrılıq” şairinin həsrətləri: Şərifə Cəfərinin Fərhad İbrahimi haqqında xatirələri
İranın dəstəklədiyi terrorçuların Məkkə və Mədinəyə raket hücumu
Səkkiz aydır görüntü və səs yoxdur; İran rəsmiləri Müctəba Xamenei ilə görüşdüklərini bildirirlər
Rusiyalı nüvə alimləri İrandan təxliyə edilib?
İranda daxili təyyarə biletləri 45 faiz bahalaşıb
İranda dollar 400 min tümənə yüksələ bilər: hökumət 80–90 faizlik inflyasiyani qəbul edib
Livan şiələri Hizbullahın silahları barədə nə düşünür?
Pezeşkian Moskvaya səfər edəcək
Iranda daha altı məhbus edam edilib
Türkiyə Yunanıstanı Qərbi Trakya türklərinin iradəsinə hörmət etməyə çağırıb
İran agentlərinin ABŞ ərazisində olması ehtimalı yüksəkdir- New York Times
17 ildir işğal altındadır Ermənistan silahlı qüvvələri Şuşanın işğalından sonra Laçının işğal planını həyata keçirməyə başladılar. Və 1992-ci il mayın 18-də ən böyük arzularından birinə-Laçının işğalına nail oldular. O gündən bu günə biz, ancaq Laçın haqqında beynəlxalq təşkilatların nümayəndələrindən nələrsə eşidirik. Və uzağı həvəskar operatorların işğaldan sonra Laçın, eləcə də digər rayonlarla bağlı çəkdikləri və bundan biznes məqsədilə istifadə etdərək bizlərə satdıqları görüntüləri seyr edərək ağrı-acıları bir-birimizlə paylaşmaqla məşğuluq. Laçın mənim böyüyüb boya-başa çatdığım Qubadlı rayonu ilə qonşu olsa da, bu gözəl məkanı yalnız uşaq yaşlarımda görmək nəsibim olub. O vaxtdan da Laçın yaddaşıma çox uca və əlçatmaz bir yer kimi həkk olunub. Arzu Şirinova Nə yazıq ki, uşaqlıq xatirələrim alt-üst oldu və uca sandığım bir məkanı qoruya bilmədik. Düzdür, Laçın uğrunda yüzlərcə şəhid vermişik, Əliyar Əliyev kimi oğulları itirmişik, ancaq Laçını hələ də azad edə bilməmişik. Yadımdadır, erməni silahlı qüvvələri Laçını işğal edəndə atam rəhmətlik dedi: "Qubadlı qolunun birini itirdi". Doğrudan da cəmi bir ildən sonra Qubadlı işğala məruz qaldı. Artıq necə illərdir işğal tarixlərimizi yad etməklə məşğuluq. Hələ ki, torpaqlarımızı azad edib, bu bayram tarixlərini yaşamaq nəsibimiz olmayıb. Laçın necə "Berdzor" oldu? Laçın özünün tarixi, coğrafi mövqeyinə görə Azərbaycanın ən qədim və strateji cəhətdən vacib olan yaşayış məskənlərindən sayılır. 1992-ci il erməni işğalından sonra bu ərazinin coğrafi adları və toponimləri ermənilər tərəfindən dəyişdirilsədə, Laçın torpaqlarındakı daş, qaya rəsmləri, mağaralar, kurqanlar və elmə hələ məlum olmayan çoxlu sayda müxtəlif biçimli qədim qala komplksləri, bir sıra memarlıq abidələri bunu deməyə əsas verir. Laçın rayonu Ermənistan silahlı qüvvələri tərəfindən işğal edildikdən sonra ermənilər heç bir tarixi məntiqə əsaslanmadan bu bölgəyə "Kaşataq" vilayəti, Laçın şəhərinə isə "Berdzor" adı verərək, eləcədə digər yaşayış məntəqələrinin tarixi adlarını və toponimlərini dəyişdirərək saxtalaşdırmağa nail oldular. Laçın tarix, mədəniyyət və arxeologiya abidələri ilə zəngin olan bir ərazidir. Rayonun Mirik kəndindəki "Qaranlıq kaha", "Bayqara" mağaraları, Hoçaz kəndindəki mağara məbəd hələ eramızdan əvvəl I-II minilliyə aid edilən Xocavənd rayonundakı Azıx və Cəbrayıl rayonundakı Tağlar mağaraları ilə müqayisə edilə biləcək qədər dəyərli və nadir abidələrdəndirlər. Erməni alimləri təsdiq edir Dünya arxeoloqlarının apardıqları araşdırmalara və gəldikləri ümumi nəticələrə görə müəyyən edilib ki, neolit və eneolit dövrlərində və tunc dövrünün əvvəllərində ölənlərin qəbirləri üzərində torpaq, ağac və daşdan ibarət süni təpələr - kurqanlar yaratmaq adəti olub. Bu baxımdan Laçın rayonunun Güləbird kəndindəki "Qız qəbri" kurqanı və bu ərazidə olan digər adsız kurqanlar, Mirik kəndinin "Təpələr" ərazisindəki kurqanlar və eləcədə Ziyirik kəndi ərazisindəki Rizvan meşələrində və digər yerlərdəki bu tipli kurqanların mövcudluğu və çoxluğu əsas verir ki, bu bölgədə yaşayışın neolit və tunc dövrlərindən başlandığı haqqında fikir söylənilsin. Erməni alimləri də təsdiq edirlər ki, aparılan araşdırmalara və dünya alimlərinin gəldikləri ümumi yekdil rəylərinə görə, dünyada kurqanların düzəldilməsi yalnız və yalnız türkdilli xalqlarda təsadüf edilir. Belə bir məntiqin mövcudluğu təsdiq edir ki, hələ eramızdan əvvəl III-II minilliklərdə Laçın rayonu ərazilərindəki yerli sakinlər yalnız türkdilli etnoslar olublar. Tədqiqatçıların apardıqları araşdırmalara və gəldikləri nəticələrə görə, Azərbaycanda hələ eramızdan əvvəl I əsrdə kəhriz sistemlərindən istifadə edilib. Bu da onu göstərir ki, Laçın ərazilərindəki kəhrizlərin yaşı nə az, nə çox ən azı yüz illərlə ölçülməlidir. Heç də təsadüfi deyildir ki, indiki Laçın rayonu ərazisində Antik dövr daş abidələrindən sayılan qaya, daş üzərində insan, heyvan, quş və digər həndəsi təsvirlərə də rast gəlmək olur. Bu təsvirlər əsasən rayonun Qaragöl yaylağından, Pəri çınqılı adlanan ərazidən, Kəlbəcər rayonunun əraziləri istiqamətində uzanan silsilə çınqıl daşları üzərlərində oyulub. Bu təsvirlərin yaşı, bəlkə də Qobustan qayaları üzərindəki təsvirlərin yaşı qədərdir. Çar Rusiyasının qərarı XII əsrin sonu XIII əsrin əvvəllərində Qarabağın dağlıq hissəsində alban Xaçın knyazlığı yarandı. Bu knyazlıq eləcə də indiki Laçın bölgəsini əhatə edirdi. Ona görə də Dağlıq Qarabağın digər bölgələrində olduğu kimi, bu ərazilərdə də Xaçın adı ilə bağlı yeni adlar, toponimlər əmələ gəlməyə başladı. Buna misal olaraq indiki Laçın ərazisindəki Xaçınyalı kəndini, Bozlu kənd ərazisindəki Xaçın yalı, Xaçın daşı adları ilə adlanan yer adlarını göstərmək olar. Sonralar Xaçın knyazlığının ərazisində Xaçın da daxil olmaqla Qarabağ-alban məlikləri Xaçın, Vərəndə, Dizaq, Gülüstan (Talış) məlikliyi ilə yanaşı, Çiləbörd məlikliyi də yarandı. 1828-ci il Rusiya-İran müharibələrindən sonra bağlanan Türkmənçay sülh müqaviləsinə əsasən, bölgə Şimali Azərbaycanın tərkibində Rusyaya qatılıb. Öz sərhədləri ətrafında təhlükəsiz zona yaratmaq məqsədi ilə çar hökuməti Cənubi Qafqazda Azərbaycan torpaqlarının erməniləşdirilməsinə qərar verib. Bu qərardan sonra Rusiyanın himayəsi altında Osmanlı dövlətindən və İrandan Azərbaycan torpaqlarına ermənilərin kütləvi şəkildə köçürülüb məskunlaşdırılmasına başlandı. Beləliklə, qədim Azərbaycan torpaqları olan Naxçıvan, İrəvan, Zəngəzur və Qarabağ ərazilərinə Rusiyanın müstəmləkəçilik siyasəti nəticəsində xeyli sayda erməni ailələri yerləşdirilsə də, Qarabağın tərkibində olan Laçın bölgəsinə (Gorus, Sisyan, Qafan, Mehri məntəqələri istisna olunmaqla), ermənilərin məskunlaşdırılması mümkün olmadı. Azərbaycanda xanlıqlar ləğv edildikdən sonra, Laçın bölgəsi 1829-cu ildən yeni yaradılan Qarabağ əyalətinə qatılıb, 1861-ci ildən isə indiki Laçın Rus imperiya siyasətçilərinin qərarı ilə ayrıca, Zəngəzur qəzasına çevrilib. Zəngəzur qəzası: - Şimali Azərbaycan torpaqlarında Rusiyanın yaratdığı inzibati ərazi vahidi olub. 1867-ci ildə Yelizavetopol (Gəncə) quberniyası yaradılanda Zəngəzur qəzası onun tərkibinə verilib. Zəngəzurun qəza mərkəzi, İranın Gorus əyalətindən gətirilib yerləşdirilən ermənilərin daha çox məskunlaşdırıldığı Gorus adlandırılan yeni yaşayış məntəqəsi müəyyənləşdirilib. "Qanlı dərə" döyüşü Zəngəzur ərazilərində məskunlaşdırılmış ermənilər, azərbaycanlılara qarşı qırğınlar törətməyə, qəzada say baxımından üstün olmağa, beləliklədə bu torpaqlara yiyələnməyə çox ciddi şəkildə cəhd göstəriblər. Şimali Azərbaycanda, 1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyəti yaradıldıqdan sonra ermənilərin düşmənçilik siyasəti daha da gücləndi. Qarabağı və Zəngəzuru mənimsəmək üçün ərazi iddiaları onların törətdikləri kütləvi qırğınlarla müşahidə olunmağa başladı. Bu qırğınlar Laçın bölgəsinin bütün ərazilərində daim müşahidə olunurdu. Erməni ordusunun komandanı Andronik nə yolla olursa- olsun öz silahlı qüvvələri ilə bərabər Gorus, Laçın, Şuşa istiqamətindən Qarabağa daxil olmaq, oranın erməni əhalisini Azərbaycan hökumətinə qarşı qaldırmaq, təxribatlar törətmək və bölgədə itaətsizlik yaratmaq istəyirdi. Bu məqsədlə Andronik bir neçə minlik ordu ilə Zabux kəndini keçərək Laçın istiqamətində irəliləməyə başladı. Bu məsələdən əvvəlcədən xəbər tutan, bölgənin nüfuz sahiblərindən biri, Qarabağın general qubernatoru Xosrov bəy Sultanovun qardaşı Sultan Bəy, öz partizan dəstəsi ilə Laçın-Zabux yolundakı bir dərədə pusqu quraraq Andronikin qoşununu mühasirəyə saldı. Burada təqribən bir günlük çox qanlı döyüşlər getdi. Bu döyüşlər zamanı general Andronik demək olar ki, bütün qüvvəsini itirərək bir neçə nəfərlə güclə qaçmağa imkan tapdı. Dərə bu döyüşdən sonra xalq arasında "Qanlı dərə" adlandırıldı. Bu məğlubiyyətdən sonra daha da azğınlaşan erməni generalı Andronik Azərbaycanın bu bölgəsində daim sabitliyi pozmaq, Zəngəzur və Qarabağ torpaqlarını işğal etmək üçün Rusiyanın maliyyə dəstəyi ilə yeni-yeni silahlı qruplar yaradırdı. Bölgədə erməni və digər xarici silahlı qüvvələrin iştirakı ilə Azərbaycan Xalq Cümhuriyyətinə qarşı hazırlanan qiyamın qarşısını almaq, ölkənin ərazi bütövlüyünü təmin etmək və əhalini qırğınlardan qorumaq üçün Azərbaycan hökuməti Zəngəzura qoşun hissələrinin göndərilməsini qərara aldı. Bu məqsədlə hərbi nazirlik 1919-cu il oktyabr ayının 30-da xüsusi Zəngəzur dəstəsi yaratdı. Dəstənin rəhbəri 1-ci piyada diviziyasının komandiri, general-mayor Cavad bəy Şıxlınski idi. Dəstə oktyabrın 30-da ilkin mövqelər istiqamətində Xankəndindən Zəngəzura doğru hərəkətə başladı. Müxtəlif istiqamətlərlə hərəkət edən birinci, habelə sağ və sol dəstələr Dığ yaşayış məntəqəsinə doğru irəliləməli idilər. Dığın erməni silahlı qüvvələrindən təmizlənməsi həm Qarabağa aparan strateji yolu, həm də bölgəni nəzarət altında saxlamaq üçün böyük əhəmiyyət daşıyırdı. Dəstənin rəisi Şıxlınskinin əmrinə əsasən, 1-ci dəstə noyabrın 3-də hücuma başlamalı, dəstənin piyada bölmələri 2 ədəd topla Sultanlar kəndi, suvari bölmələri isə Sadınlar kəndi istiqamətində irəliləməli və orada döyüşqabağı mövqe tutmalıydı. Hücum zamanı dəstənin sağdan mühafizəsi Sultan bəy Sultanovun rəhbərliyi ilə yerli partizanlara tapşırıldı. Dığ istiqamətində aparılan döyüşlər Azərbaycan qoşun hissələrinin uğuru ilə başlasa da, onu əldə saxlamaq mümkün olmadı. Zəngəzur qırğınları Zəngəzur qəzasında ermənilərin həyata keçirdikləri talanlar, zorakılıq aktlarını, soyqrımları dayandırmaq mümkün olmadı. Zəngəzur qəzasında 115 müsəlman kəndi ermənilər tərəfindən dağıdılıb. Həmin kəndlərdə 3257 kişi, 2776 qadın və 2196 uşaq öldürülüb, 1060 kişi, 794 qadın və 485 uşaq yaralanıb. Vağadü kəndində erməni vandalları 400-dən çox azərbaycanlı əhalinin sığınacaq tapdığı məscidə əvvəlcə əl qumbaraları atıb, sonra isə ona od vuraraq adamlarla birlikdə yandırıblar. Məhz bu səbəbdən, 1918-1920-ci illər Azərbaycan tarixində Zəngəzur qırğınları kimi qeyd olunur. 1920-ci il aprelin 28-də Azərbaycan Xalq Cümhuriyyətinin süqutundan sonra ermənilərin Zəngəzuru Azərbaycandan qoparmaq siyasəti daha da fəallaşıb, Ermənistanda sovet hakimiyyəti qurulduqdan sonra isə bunu Rusiyanın əli ilə həyata keçirmək mümkün olub. Belə ki, Zəngəzur qəzası torpaqlarının böyük bir hissəsi Ermənistana ilhaq edilib, Ermənistan Xalq Komissarları Sovetinin 1921-ci il 20 iyul tarixli qərarı ilə Ermənistan SSR-də Zəngəzur qəzası yaradılıb. 1920-ci illərin sonlarında həyata keçirilən rayonlaşma siyasəti nəticəsində həmin ərazilərdə Qafan, Gorus, Mehri və Sisiyan rayonları təşkil edilib, Zəngəzur bir tarixi vilayət kimi ləğv olunub. Zəngəzur qəzasının böyük bir hissəsinin Ermənistana birləşdirilməsi Azərbaycana daha bir zərbə vurub, Naxçıvan torpaqları Azərbaycandan ayrı salınıb. Artıq bu dövrdə Zəngəzur vilayətinin Azərbaycanda qalan hissəsində də hansısa bir inzibati idarə mərkəzi yaradılması zərurəti meydana gəlib. Və beləliklə, Laçın və Abdallar kəndləri arasındakı ərazidə rayon mərkəzinin yaradılması qərara alnır. Rayonun adını seçərkən yerli relyefi və əhalinin xarakterini nəzərə alan yazıçı Tağı Şahbazi Simurq təşəbbüs göstərərək rayonun adını Laçın elan etib. 1930-cu ildə Laçına rayon statusu verilib. Azərbaycanın qərb torpaqlarına sahib çıxaraq bu torpaqlar üzərində özlərinə dövlət quran ermənilər artıq Azərbaycana qarşı yeni, daha böyük ərazi iddiaları ilə çıxış etməyə başladılar. Onlar Qarabağı Ermənistana birləşdirilməsi məsələsini ortaya ataraq bir maneə kimi Laçın rayonunu aradan götürməyin yollarını düşündülər. Sovetlər dönəmində ermənilər dəfələrlə Laçın rayonunun bir inzibati mərkəz kimi ləğvinə çalışsalar da, təşəbbüsləri baş tutmamışdı. Bunun əvəzində onlar 1970-1980-ci illərdə Güləbird, Cicimli, Malıbəy, Qarıqışlaq, Sadınlar və digər kəndlərin yüz hektarlarla pay torpaqlarını və bütövlükdə Qaragöl yaylağını mənimsəməyə nail oldular. 1992-ci il mayın 18-də Laçın rayonu erməni-rus ordu birləşmələri tərəfindən işğal edilib. 1835 kv.km. ərazi, 125 kənd və qəsəbə, 14745 yaşayış evi, 891 təhsil, kommunal və kənd təsərrüfatı müəssisəsi, 218 mədəniyyət müəssisəsi, o cümlədən 250 tarix və memarlıq abidəsi, 5 muzey, 6050 mədəniyyət və incəsənət nümunəsi ermənilər tərəfindən mənimsənilib. Bu işğalçılıq siyasətinin nəticəsi olaraq rayonun 262 nəfər sakini şəhid olub, 67 nəfər itkin düşüb, 871 uşaq yetim qalıb, 66 646 min nəfər əhali öz dədə-baba torpaqlarından qovularaq, öz vətənlərində didərgin həyatı yaşayırlar. XALQ CƏBHƏSİ QƏZETİ
Ocanda əfqanistanlılar həbs edilib
ABŞ qüvvələri İrana hücum üçün Trampın əmrini gözləyir- CNN
Zəncanda iş qəzası- Bir nəfər həlak oldu
İbrahim Kalın İrana səfər edəcək
Türkiyə Yunanıstanı Qərbi Trakya türklərinin iradəsinə hörmət etməyə çağırıb
Kürd partiyasının düşərgəsi vuruldu- SEPAH
BMT-nin İrandakı xüsusi məruzəçisi: Müharibə ölkədə repressiyaları daha da gücləndirib
İranda bir ayda 79 məhbus edam edilib
Əhvaz ərəblərinin təşkilatı Azərbaycana dəstək bəyanatı yaydı
Pezeşkian Moskvaya gedir
ABŞ Türkiyə-Livan təklifinin mövcudluğunu təkzib edib: İranın dəstəklədiyi Hizbullah tərksilah olunmalıdır
Urmiya gölünün son vəziyyəti açıqlandı
İranda hicaba görə daha on səkkiz iaşə obyekti bağlandı
İranda daha səkkiz məhbus edam edildi
İki ay ərzində İranda 38 qadın və uşaq öldürülüb
ABŞ diplomatlarını regiondan çıxarır
İranla bağlı Çin və Rusiya ilə əməkdaşlıq edirik- Tramp
İran aviasiyası iflic olub- Səbəb
Həmədanda iş qəzaları- 327 nəfər...
İraq da İranla sərhəddi bağladı
Bahalıq Allahın və mələklərin işidir? İqtisadi məsuliyyətdən dini bəhanələrlə yayınmaq
Tehranda Azərbaycana qarşı aksiya keçirilib
ABŞ-nın İrana hücumu mümkündür - Əraqçı
İran–Pakistan sərhədində ticarət dayandırılıb: minlərlə yük maşını keçid məntəqələrinin açılmasını gözləyir
Beynəlxlq Əfv Təşkilatı İranda edamlarla bağlı bəyanat yaydı
Qəzvin əyalətində daha 39 nəfər həbs edildi
İran Kəşfiyyat Nazirliyi əməliyyat keçirib- Həbs edilənlər var
Sualtı internet kabelləri İranın hədəfinə çevrilə bilər- SEPAH
Həmədanda iş qəzaları- 327 nəfər...
İran aviasiyası iflic olub- Səbəb
Bəjestan adına milli qeydiyyata alınan “doşab bişirmə” ənənəsi: Güney Azərbaycan əyalətlərinin mədəni irsinə laqeydlik
Traxtur klubundan federasiyaya təcili məktub: Etnik şüarlara və futbolçuların ailələrinə qarşı təhqirlərə baxılsın
İki ay ərzində İranda 38 qadın və uşaq öldürülüb
İraq müxalif kürdləri İrana təhvil verəcək- İran səfiri
İraq da İranla sərhəddi bağladı
Təbrizdə iki hüquqşünas həbs edilib
ABŞ diplomatlarını regiondan çıxarır
İranda daha səkkiz məhbus edam edildi