Səudiyyə Ərəbisttəyyarəsi Tehran hava limanına eniş edib
Müharibə repressiyaları gücləndirib- Mai Sato
Şəbistərdə silahlı insident- Ölən var
SEPAH İraqın şimalında kürd bazalarını vurdu
Ərəb koalisiyası Husilərin raket anbarlarını məhv etdi
Prezident İlham Əliyev BMT-nin Sivilizasiyalar Alyansının ali nümayəndəsini qəbul edib
Azərbaycan sülh sazişi məsələsində son nöqtəni qoymağa hər zaman hazırdır
Azərbaycan QHT-ləri Pezeşkiana müraciət etdi
Azərbaycanla Özbəkistan arasında iki saziş təsdiqlənib
İranın birinci vitse-prezidenti azərbaycanlı qızlarla bağlı fərman verdi
Prezident İlham Əliyev Niderlandın xarici işlər nazirini qəbul edib
Ocanda əfqanistanlılar həbs edilib
ETN: İranlı nazirin Azərbaycanda təhsillə bağlı açıqlaması tamamilə yersizdir, ölkəmizin daxili işlərinə müdaxilə cəhdidir
Nazirlik: İranda Azərbaycan dilində məktəb yoxdur, azərbaycanlılar öz ana dillərində təhsil almaq hüququndan məhrum edilirlər
ABŞ qüvvələri İrana hücum üçün Trampın əmrini gözləyir- CNN
Müharibəyə görə İranda daha dörd nəfər həbs edildi
Zəncanda iş qəzası- Bir nəfər həlak oldu
İbrahim Kalın İrana səfər edəcək
İran ABŞ-yə Pakistan vasitəsilə yeni təklif göndərib
Səmərqənd ətrafında diplomatik gərginlik: Özbəkistan İrana rəsmi etiraz notası verdi
Tahir Nəqəvi məcburi etiraf üçün təzyiqlərlə üzləşir
Salar Taher Əfşarın ikinci doğum günü həbsxanada keçir
Pezeşkian: “Nə müharibə, nə sülh” vəziyyəti insanları çörək dərdinə salıb
Təbriz meriyasının sürücüləri maaş əvəzinə işdən çıxarılmaqla hədələnirlər
Tramp: Ya İran razılaşacaq, ya da işi bitirəcəyəm
“The Hill”: ABŞ ordusu İrana yenidən zərbə endirmək üçün variantlar hazırlayıb
Xəzər dənizinin şimalında bir sıra adalar materiklə birləşib
Bu gün, 25 oktyabr — Azərbaycan Respublikasında Qubadlı Şəhəri Günüdür
BƏƏ Rəs əl-Xeymə əmirliyinin bütün çimərliklərini növbəti xəbərdarlığadək bağlayıb
Qalibaf Hindistanda BRICS-in parlamentlərarası toplantısında iştirak etməyəcək
Almaniya İranın Hamburqdakı Bank Saderat filialının ləğvi barədə qərar verib
Türkiyədə 13 ölkədən 33 şair və yazıçının iştirakı ilə görüş keçirilib: Güney Azərbaycanı təmsil edən şairlər Talasda
“Ayrılıq” şairinin həsrətləri: Şərifə Cəfərinin Fərhad İbrahimi haqqında xatirələri
İranın dəstəklədiyi terrorçuların Məkkə və Mədinəyə raket hücumu
Səkkiz aydır görüntü və səs yoxdur; İran rəsmiləri Müctəba Xamenei ilə görüşdüklərini bildirirlər
Rusiyalı nüvə alimləri İrandan təxliyə edilib?
İranda daxili təyyarə biletləri 45 faiz bahalaşıb
İranda dollar 400 min tümənə yüksələ bilər: hökumət 80–90 faizlik inflyasiyani qəbul edib
Livan şiələri Hizbullahın silahları barədə nə düşünür?
Pezeşkian Moskvaya səfər edəcək
Iranda daha altı məhbus edam edilib
Türkiyə Yunanıstanı Qərbi Trakya türklərinin iradəsinə hörmət etməyə çağırıb
İran agentlərinin ABŞ ərazisində olması ehtimalı yüksəkdir- New York Times
Türkiyə aviasiyasının mayın 1-2-də İraqın şimalındakı Qəndil dağlarına endirdiyi güclü zərbələrdən sonra qaçan PKK liderlərindən biri Ermənistana keçib. ANKA agentliyinin Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargahındakı mənbələrə istinadən yaydığı xəbərə görə, terror təşkilatının hərbi qanadına rəhbərlik edənlərdən Cəmil Bayık bir qrup mühafizəçisi ilə birlikdə Ermənistan sərhədlərini keçmək istəyərkən atışma baş verib və onun mühafizəçilərindən bir neçəsi öldürülüb.
Xəbər verildiyi kimi, Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargahı mayın 10-da rəsmi açıqlama yayaraq mayın əvvəlində aparılmış əməliyyatın təfərrüatları haqda kəşfiyyat mənbələri tərəfindən təsdiqlənmiş rəsmi məlumatları ictimaiyyətə çatdırıb. Bu məlumatlarda deyilirdi ki, Qəndil dağlarındakı PKK düşərgələrinə 150-dən çox terrorçunun öldürülməsi ilə nəticələnən hava zərbələrindən sonra təşkilatın rəhbərliyi pərən-pərən düşüb. PKK liderlərindən Cəmil Bayık bir qrup terrorçu ilə birlikdə qonşu ölkələrdən birinə qaçıb, sərhədi keçərkən həmin ölkənin təhlükəsizlik qüvvələri ilə baş verən atışmada Bayıkın mühafizəçilərinin bir çoxu öldürülüb. Baş Qərargah qonşu ölkənin adını göstərməsə də əvvəlcə söhbətin İrandan getdiyi güman olunurdu. Çünki Qəndil dağlarının cənub hissəsi İranla həmsərhəddir və buradan müntəzəm olaraq PKK-nın qolu olan PJAK-a mənsub yaraqlılar sərhəddi keçir.
Lakin gecə saatlarında Baş Qərargahda jurnalistlərə bildiriblər ki, Cəmil Bayıkın keçdiyi ölkə Ermənistandır. Əməliyyatdan sonra baş verənləri dəyərləndirən hərbi yetkililər əliqanlı terrorçunun sərhəddə baş verən atışmadan sonra bu ölkəyə keçdiyini deyiblər. Bu məlumatın kəşfiyyat mənbələri tərəfindən təsdiqləndiyi də vurğulanır. Məlumatda deyilir ki, PKK-nın Mərkəzi İdarə Heyəti tərəfindən təşkilatın silahlı qanadı olan “xalq müdafiə birlikləri”nin rəhbəri təyin edilən “Bahoz” ləqəbli, əslən suriyalı Fehman Hüseyn isə bir qrup terrorçu ilə birlikdə İraqın içərilərindəki kürd bölgəsinə - Sinad-Haftaninə qaçıb, oradan isə İrana keçib. C.Bayıkın və onu müşayiət edənlərin Ermənistana hansı ölkədən keçdikləri göstərilmir. Çünki İraqın Ermənistanla birbaşa sərhədləri yoxdur. Bu baxımdan terrorçu Ermənistana keçmək üçün ya Türkiyə, ya da İran ərazisindən istifadə etməli idi. Ermənistanın Türkiyə ilə sərhədlərini Rusiya hərbçiləri mühafizə edir. Məlumatlarda deyilir ki, Bayık və onu müşayiət edən terrorçularla sərhədçilər arasında atışma olub. Daha sonra Türkiyənin Mardin bölgəsindən olan şəxsin müdaxiləsi ilə C.Bayıkın Ermənistana keçməsi razılaşdırılıb. Bildirilir ki, Türkiyə tərəfi C.Bayıkın və F.Hüseynin tutulub təhvil verilməsi üçün Ermənistan və İran hökumətlərinə diplomatik kanallarla müraciət etməyə hazırlaşır. Hərbi mənbələrdən onu da bildiriblər ki, Türkiyə ordusunun zərbələri nəticəsində təşvişə düşən PKK-çıların bir hissəsi kiçik qruplar halında Türkiyəyə keçib. Məlumatlara görə, bölgədə kəşfiyyat fəaliyyətləri davam edir və bu terrorçuların da yeri qısa müddət ərzində təsbit edilib məhv olunacaqlar. “Hürriyet” qəzetinin xəbərində isə deyilir ki, C.Bayıkın İrana keçmiş ola biləcəyi haqda xəbərlərdən sonra bu ölkənin təhlükəsizlik xidməti terrorçunu axtarmaq üçün hərəkətə keçib. İran mənbələri bu məlumatı təsdiq edərək Türkiyədən kəşfiyyat məlumatları aldıqlarını və araşdırma getdiyini bildiriblər. İranın Ankaradakı səfirliyindən bildiriblər ki, PKK və PJAK-ın fəaliyyəti barədə Türkiyə ilə müntəzəm olaraq kəşfiyyat mübadiləsi aparılır. Bununla belə İran rəsmi qaynaqları Türkiyə və İran hərbi birliklərinin PKK-ya qarşı ortaq əməliyyat keçirdiyi haqda yayılan bəzi xəbərləri təkzib ediblər. “Cəmil Bayıkın aqibəti məlum olan kimi dərhal bu barədə Türkiyə tərəfini məlumatlandıracağıq. Qısa müddət ərzində nəticə ala bilmək üçün intensiv iş gedir, lakin hazırda konkret nəticə yoxdur”- deyə mənbə bildirib. Türkiyənin Tehrandakı səfirliyindən isə deyiblər ki, son vaxtlar iki ölkə arasında terror təşkilatının fəaliyyətinə dair operativ kəşfiyyat mübadiləsi aparılır: “Lakin hazırda bizdə Bayıkın İran tərəfinin əlinə ölü və ya diri keçdiyi haqda məlumat yoxdur”. Türkiyə mediasının xəbərlərinə görə, xarici işlər nazirinin müavini Ərtoğrul Apakan Baş Qərargahın bir gün əvvəl yayılan rəsmi açıqlamasından sonra təcili toplantı keçirib. Ankara əldə edilən son məlumatlar əsasında İran üzərindən Ermənistana keçdiyi bildirilən C.Bayıkın tutulub təhvil verilməsinə çalışır. Bildirilir ki, rəsmi Ankara F.Hüseynin Suriyaya keçdiyi haqda kəşfiyyat məlumatları əsasında həm də Dəməşqlə diplomatik kanallarla təmasa keçib. Suriya tərəfinə xəbərdarlıq edilib ki, terrorçulara sığınacaq verilməsin və onlar yaxalanacaqları təqdirdə Türkiyəyə təhvil verilsin. Məlumata görə, Türkiyə XİN PKK-nın Murad Qarailandan sonra iki nömrəli şəxsi olan C.Bayıkın Ermənistana keçdiyi haqda Ankarada israrlı məlumatların olduğunu nəzərə alaraq fəaliyyətə keçib. Türkiyənin Ermənistanla diplomatik münasibətləri olmadığına görə Tiflisdəki səfirlik vasitəsilə İrəvanla təmas qurulduğu bildirilir. Qeyd edək ki, Türkiyə hərbi və kəşfiyyat qaynaqları dəfələrlə PKK-nın Ermənistanda, habelə Azərbaycanın işğal edilmiş ərazilərində yerləşmək üzrə olduğu haqda xəbərlər yayıblar. Ötən saylarımızda xəbər verildiyi kimi, terror təşkilatı Dağlıq Qarabağda təlim düşərgələri qurub, burada təlim keçən terrorçular Ermənistan və ya İran üzərindən Türkiyəyə, İraqın şimalına keçir. Həmçinin, PKK öz düşərgələrini Ermənistanın Türkiyə ilə həmsərhəd Ararat bölgəsində yerləşdirib. Bu baxımdan İraqın şimalında sıxışdırılan C.Bayıkın Ermənistana keçməsi təsadüfi deyil. Hələ əvvəldən bildirilirdi ki, İraqın şimalının PKK üçün təhlükəsiz yer olmadığını görən terrorçular Ermənistana və Azərbaycanın işğal edilmiş ərazilərinə yerləşirlər. C.Bayıkın isə Ermənistan və Azərbaycandakı PKK ünsürləri ilə əlaqələri var. Bu günlərdə Türkiyə mediası onun şəxsi mühafizəçilərindən olmuş terrorçunun ifadələrini dərc etmişdi. Ötən ay İraqın şimalından qaçıb Türkiyənin təhlükəsizlik qüvvələrinə təslim olan terrorçu bildirmişdi ki, o, PKK-nın İrəvanda, Tiflisdə, Naxçıvanda siyasi strukturlarının yaradılmasında iştirak edib, daha sonra Azərbaycan üzərindən İrana, oradan isə İraqa keçərək Zap düşərgəsində C.Bayıkın mühafizəçisi olub. Bu ilin əvvəllərində Türkiyə kəşfiyyatının yaydığı məlumatlarda isə deyilirdi ki, C.Bayık M.Qarailan və F.Hüseynlə birlikdə PKK-nın Ermənistanda yerləşməsini müzakirə etmək üçün İrəvana gəliblər. Bu detalı nəzərə alaraq təqib edilən terrorçunun Ermənistandan Naxçıvana, yaxud Dağlıq Qarabağ bölgəsinə keçəcəyi istisna deyil. İkinci variant daha real görünür, çünki Dağlıq Qarabağ nəzarət edilməyən ərazidir. Türkiyə tərəfi C.Bayıkın Ermənistanda olduğunu müəyyən etsə, İrəvan onu saxlaya bilməz və beynəlxalq hüququn qaydalarına görə, tutub təhvil verməlidir. Lakin terrorçu Dağlıq Qarabağa keçsə, burada özünü daha təhlükəsiz hiss edə, terror təşkilatının fəaliyyətinə rəhbərliyi davam etdirə və Azərbaycanın erməni işğalı altında olan ərazilərini terror yuvasına çevirə bilər. Onu da qeyd edək ki, PKK-çıların Qarabağda peyda olması faktının öz təsdiqini tapacağı təqdirdə Türkiyə ilə Azərbaycanın burada birgə hərbi əməliyyatlar keçirəcəyinə dair çoxdan bəri gündəmdə olan məsələ öz aktuallığını artıracaq. Bu isə o deməkdir ki, C.Bayıkın Qarabağda olması təsbit edilsə, Türkiyə və Azərbaycan Silahlı Qüvvələri işğal altındakı ərazilərimizə hərbi müdaxiləni ləngimədən gerçəkləşdirə bilərlər. F.MƏMMƏDOV musavat
Ocanda əfqanistanlılar həbs edilib
ABŞ qüvvələri İrana hücum üçün Trampın əmrini gözləyir- CNN
Zəncanda iş qəzası- Bir nəfər həlak oldu
İbrahim Kalın İrana səfər edəcək
Türkiyə Yunanıstanı Qərbi Trakya türklərinin iradəsinə hörmət etməyə çağırıb
Kürd partiyasının düşərgəsi vuruldu- SEPAH
BMT-nin İrandakı xüsusi məruzəçisi: Müharibə ölkədə repressiyaları daha da gücləndirib
İranda bir ayda 79 məhbus edam edilib
Əhvaz ərəblərinin təşkilatı Azərbaycana dəstək bəyanatı yaydı
Pezeşkian Moskvaya gedir
ABŞ Türkiyə-Livan təklifinin mövcudluğunu təkzib edib: İranın dəstəklədiyi Hizbullah tərksilah olunmalıdır
Urmiya gölünün son vəziyyəti açıqlandı
İranda hicaba görə daha on səkkiz iaşə obyekti bağlandı
İranda daha səkkiz məhbus edam edildi
İki ay ərzində İranda 38 qadın və uşaq öldürülüb
ABŞ diplomatlarını regiondan çıxarır
İranla bağlı Çin və Rusiya ilə əməkdaşlıq edirik- Tramp
İran aviasiyası iflic olub- Səbəb
Həmədanda iş qəzaları- 327 nəfər...
İraq da İranla sərhəddi bağladı
Bahalıq Allahın və mələklərin işidir? İqtisadi məsuliyyətdən dini bəhanələrlə yayınmaq
Tehranda Azərbaycana qarşı aksiya keçirilib
ABŞ-nın İrana hücumu mümkündür - Əraqçı
İran–Pakistan sərhədində ticarət dayandırılıb: minlərlə yük maşını keçid məntəqələrinin açılmasını gözləyir
Beynəlxlq Əfv Təşkilatı İranda edamlarla bağlı bəyanat yaydı
Qəzvin əyalətində daha 39 nəfər həbs edildi
İran Kəşfiyyat Nazirliyi əməliyyat keçirib- Həbs edilənlər var
Sualtı internet kabelləri İranın hədəfinə çevrilə bilər- SEPAH
Həmədanda iş qəzaları- 327 nəfər...
İran aviasiyası iflic olub- Səbəb
Bəjestan adına milli qeydiyyata alınan “doşab bişirmə” ənənəsi: Güney Azərbaycan əyalətlərinin mədəni irsinə laqeydlik
Traxtur klubundan federasiyaya təcili məktub: Etnik şüarlara və futbolçuların ailələrinə qarşı təhqirlərə baxılsın
İki ay ərzində İranda 38 qadın və uşaq öldürülüb
İraq müxalif kürdləri İrana təhvil verəcək- İran səfiri
İraq da İranla sərhəddi bağladı
Təbrizdə iki hüquqşünas həbs edilib
ABŞ diplomatlarını regiondan çıxarır
İranda daha səkkiz məhbus edam edildi