Səudiyyə Ərəbisttəyyarəsi Tehran hava limanına eniş edib
Müharibə repressiyaları gücləndirib- Mai Sato
Şəbistərdə silahlı insident- Ölən var
SEPAH İraqın şimalında kürd bazalarını vurdu
Ərəb koalisiyası Husilərin raket anbarlarını məhv etdi
Prezident İlham Əliyev BMT-nin Sivilizasiyalar Alyansının ali nümayəndəsini qəbul edib
Azərbaycan sülh sazişi məsələsində son nöqtəni qoymağa hər zaman hazırdır
Azərbaycan QHT-ləri Pezeşkiana müraciət etdi
Azərbaycanla Özbəkistan arasında iki saziş təsdiqlənib
İranın birinci vitse-prezidenti azərbaycanlı qızlarla bağlı fərman verdi
Prezident İlham Əliyev Niderlandın xarici işlər nazirini qəbul edib
Ocanda əfqanistanlılar həbs edilib
ETN: İranlı nazirin Azərbaycanda təhsillə bağlı açıqlaması tamamilə yersizdir, ölkəmizin daxili işlərinə müdaxilə cəhdidir
Nazirlik: İranda Azərbaycan dilində məktəb yoxdur, azərbaycanlılar öz ana dillərində təhsil almaq hüququndan məhrum edilirlər
ABŞ qüvvələri İrana hücum üçün Trampın əmrini gözləyir- CNN
Müharibəyə görə İranda daha dörd nəfər həbs edildi
Zəncanda iş qəzası- Bir nəfər həlak oldu
İbrahim Kalın İrana səfər edəcək
İran ABŞ-yə Pakistan vasitəsilə yeni təklif göndərib
Səmərqənd ətrafında diplomatik gərginlik: Özbəkistan İrana rəsmi etiraz notası verdi
Tahir Nəqəvi məcburi etiraf üçün təzyiqlərlə üzləşir
Salar Taher Əfşarın ikinci doğum günü həbsxanada keçir
Pezeşkian: “Nə müharibə, nə sülh” vəziyyəti insanları çörək dərdinə salıb
Təbriz meriyasının sürücüləri maaş əvəzinə işdən çıxarılmaqla hədələnirlər
Tramp: Ya İran razılaşacaq, ya da işi bitirəcəyəm
“The Hill”: ABŞ ordusu İrana yenidən zərbə endirmək üçün variantlar hazırlayıb
Xəzər dənizinin şimalında bir sıra adalar materiklə birləşib
Bu gün, 25 oktyabr — Azərbaycan Respublikasında Qubadlı Şəhəri Günüdür
BƏƏ Rəs əl-Xeymə əmirliyinin bütün çimərliklərini növbəti xəbərdarlığadək bağlayıb
Qalibaf Hindistanda BRICS-in parlamentlərarası toplantısında iştirak etməyəcək
Almaniya İranın Hamburqdakı Bank Saderat filialının ləğvi barədə qərar verib
Türkiyədə 13 ölkədən 33 şair və yazıçının iştirakı ilə görüş keçirilib: Güney Azərbaycanı təmsil edən şairlər Talasda
“Ayrılıq” şairinin həsrətləri: Şərifə Cəfərinin Fərhad İbrahimi haqqında xatirələri
İranın dəstəklədiyi terrorçuların Məkkə və Mədinəyə raket hücumu
Səkkiz aydır görüntü və səs yoxdur; İran rəsmiləri Müctəba Xamenei ilə görüşdüklərini bildirirlər
Rusiyalı nüvə alimləri İrandan təxliyə edilib?
İranda daxili təyyarə biletləri 45 faiz bahalaşıb
İranda dollar 400 min tümənə yüksələ bilər: hökumət 80–90 faizlik inflyasiyani qəbul edib
Livan şiələri Hizbullahın silahları barədə nə düşünür?
Pezeşkian Moskvaya səfər edəcək
Iranda daha altı məhbus edam edilib
Türkiyə Yunanıstanı Qərbi Trakya türklərinin iradəsinə hörmət etməyə çağırıb
İran agentlərinin ABŞ ərazisində olması ehtimalı yüksəkdir- New York Times
Eluca Atalı ( Millətimin fədakar oğlu Əhməd Obalıya anasının vəfatına görə başsağlığı verib və bu hekayəni Güney Azərbaycan uğrunda mübarizə aparan bütün millətçilərin analarına ittihaf edirəm. )
Dəfələrlə həbis olunub, işgəncəyə məruz qalsam da, amma evimizi tərk edib və özümə başqa sakit, əl - ayaqdan uzaq bir yerdə məskən seçmək fikrim yox idi. Lakin son işgəncə əvvəliklərdən betər oldu. Məni İranın xüsusi təhlükəsizlik orqanının nümayəndələri tərəfindən həddələyib bildirdilər ki, ölkəni tərk etməsən, ölümünü gözünün qabağına al! Nə qədər düşünsəm də, hər halda seçim qapıları üzümə bağlı idi. Ağır iqtisadi, siyasi duruma görə, Güney Azərbaycanı tərk etməkdən başqa əlacım qalmırdı. Mənlə çiyin - çiyinə mübarizə aparan onlarla milli fəal artıq ölkəni tərk edib xaricə mühacirət etmişdilər. Əlbəttə, öz xoşlarına yox. Belə demək mümkünsə, rejimin küçə - bazarlarda, ictimai yerlərdə dar ağacı qurub, ölkə gənclərini ana - bacılarının, doğmalarının gözünün qabağında vəhşi kimi asıb, sadiscəsinə ləzzət aldığı, insanın bədənini və ruhunu hər tərəfli təhqir etdiyi səhnəni yaşamadan, bir az da olsa, zirək tərpənib kəndiri boyunlarından çıxarıb qaçmışdılar. Günügündən işgəncənin sayını və növünü artıran hökumət dairəsi istəyirdi ki, əhali onların idarəçilik üsuluna tabe olub, səslərini çıxarmasınlar. Adlarını desəm, o, gedənlər içərsindən yəqin indi siz də çoxsunu tanıyarsız. Bizlə bir məhəllədə böyümüş Əli, xaricdən sığınacaq alıb, Kanadaya köçdü. Onluq olsaydı, yüz il qalsa da, getməzdi. Amma böyük qardaşı Məsud, universitetdə dərs otağında oturduğu yerdə tutulub, sorğu - sualsız, məhkəməsiz - filansız zindanda dörd divar arasında asılandan sonra, atası Həmid kişi dərddən yorğan - döşəyə düşüb xəstələndi. Bundan sonra ikinci oğlunun, əslində bu bir tək oğlunun da qardaşına görə vaxtsız - vədəsiz xüsusi idarəyə aparılıb - gətirilməsi ailəyə növbəti xəbərdarlıq olduğu üçün onu xaricə ötürməyi məsləhət bildilər. Rəsulsa bacısının toyundan iki gün qabaq getməli oldu. Başqa neynəyə bilərdi? Əlirza isə üç dəfə zindana düşüb, ordan çıxandan sonra ağlının kəsdiyi bu oldu ki, ağ - qara, gecə - gündüz, həyəcan - sakitlik, həyat - ölüm arasından özünə yol seçib, işıq gələn tərəfi tutub getməlidir. Tay - tuşlarım seçimlərində yanılmadılar. Vətəni tərk etsələr də, onun məhəbbətini dərdi ilə birgə sevə - sevə özləri ilə qürbətə apardılar! Amma mən anamı buraxıb xaricə gedə bilməzdim. Çünki onun yalnız bir övladı vardı... Məhəllədəki dost - tanışlarımdan hər dəfə kimsə evlərini tərk edib, çıxıb gedəndə anam deyərdi: -- Sən gözümdən getsən, ayrılıq dərdinə mən dözə bilmərəm. Nəhayət, bir gün özümü məcbur edib anamla açıq danışım. Söhbətə belə başladım: -- Özün bilirsən ki, bu rejimə müxalif fikirlərimə görə dəfələrlə tutulub işgəncəyə məruz qalmışam. -- Bilirəm! Hamısını bilirəm, -- dedi. Sakitcə üzümə baxıb, başını bir neçə dəfə silkələdi. Onun sözlərimi təsdiq etməsi imkan verdi ki, fikrimi tamamlayım. Onun üçün də davam etdim: -- Amma indi ölümlə hədələnmişəm. Əgər xaricə getməsəm, gözlənilməz hadisə baş verə bilər... Son sözümü deyib, səsimi içimə saldım. Dinmədim, səsim qısıldı. Anamın üzünün səyriməsi, rənginin avazıması imkan vermədi ki, fikirimi daha artıq açmaq üçün söhbəti davam etdirim, izah edim, sözümü tamamlayım. Amma araya çökən sakitliyi bu dəfə o pozdu: -- Hər şeyi bilirəm, deməsən də bilirəm. -- Nəyi? O isə : -- Ağzıma daş, -- deyib, -- iraq - iraq, bizdən uzaq. Kiş - kişdər olsun... -- Deməklə, bu dəfə qəm - kədəri insan ömründən qovan el deyimlərini bir - bir sayıb qurtarandan sonra, son ayda şəhərdə olan edam olunanların, tutulub uzun müddət zindan alanların adını dilə gətirdi. Sonda isə: -- Nə qal deyə bilirəm, nə də get! Ay oğul, yel vurub sındırıb sünbülümüzü! Sözünü qurtaran anam, bir an dinməz - söyləməz mənə baxdı. Hiss etdim ki, ürəyi doludu, amma bəlkə də ürəyindəkilərini dilləndirməklə məni incidəcəyindən qorxdu. Bilmədim, susması nədən oldu, o boyda dolu ürəklə! Sonra ayağa durub qonşu otağa keçdi. Az keçmədi yanıma gəlib, qarşımda durdu. Sağ əlini qabağa, mənə uzadıb ağlaya - ağlaya dedi: -- Bunları götür, canını qurtar. Çıx get! Qulağımla eşitdiklərinə inana bilmirdim. Doğrudanmı, bunu anam deyirdi? Mat - mat üzünə baxdım. Yəqin elə çaş - baş qalıb, onun nə etdiyini anlaya bilmədiyim üçün daha sonra əlavə etdi: -- Mən sənə deyəndə ki, istəyirəm mənim gözümün qabağında olasan. Səni daim şad və sağlam görüm. Amma mən sənin məzarının göz qabağında olmağını istəmirəm... "Sənin məzarın" kəlməsi anamı kövrəltdi, bu söz onun bərkdən hönkürüb ağlamasına səbəb oldu. Güman etdim ki, bu sözün mənasını canlandırıb yaşadığı üçün kövrəldi anam. Ona sarıldım, onu möhkəm - möhkəm qucaqlayıb ana - bala hər ikimiz qara taleyimizə göz yaşı tökdük. Yadıma gəlir, o gecə məni yuxu aparmırdı. Birdən gördüm anam otağın qapısını yavaşca açıb, başını içəri uzatdı. Hərəkətsiz olub, ona heç bir reaksiya vermədiyimi görüb, yatdığımı güman etdi. Asta addımlarla irəli yeriyib yatdığım çarpayın yanına gəldi. Qurşağa qədər üstümə atdığım yorğanı kürəyimə çəkəndə qəfildən onun əlindən yapışdım. -- Ay ana, mən uşaq deyiləm ki, gəlib üstümü örtürsən. -- Kəlməsini yavaş səslə, bir az da qınayıcı tərizdə dedim ki, mənlə bağlı narahatçılığını azaldım. Anamsa üzünü mənə tutub dedi: -- Sənin əlli yaşın olsa da, mənim gözümdə hələ də o yaşdasan ki, beşikdə bələnmiş körpə tək. Elə bil heç böyüməmisən, beşikdə yırğalanıb lay - lay oxunan çağlarındı... Sübh tezdən Ərdəbildəki ata - baba evimizdən çıxdım. Hava hələ işıqlanmamışdı. O qədər erkən idi ki, səhərin ala - qaranlığında obaşdan oyanıb, öz nəğməsi ilə aləmə səs salan torağaylar belə bahar nəğmələrini gecədən boğazlarında dincə qoymuşdular. Gecənin bitməməsi onların da köklənib avazla oxumamasına səbəb olmuşdu. Fikirləşdim, bəlkə yola çıxmağa çox tələsmişəm ? Görəsən, bir də onları eşitmək mənə nəsib olacaqmı ?.. Anamdan ayrıldım! Burasını danışmağa gücüm yoxdur. Bir də mənə elə gəlir ki, bütün analar balalarından eyni cür, eyni halla ayrılırlar. Son dəfə anamdan ayrılıb yola düşdüm və bir qədər gedəndən sonra dönüb arxaya baxdım. Anam evə getməyib, həyət qapısının kəndərində durub, hələ də arxamca baxırdı. Ürəyim dözmədi, addımlarımı saxladım. Qabağa yox, bu dəfə arxaya addım atdım. Əlimdəki bağlamanı qaldığım yolun yarısında qoyub, qaçıb anamı qucaqladım. -- Ay ana, məgər dünyanın axırıdı?! -- dedim. -- Ürəyimə damıb ki, səni son dəfə görürəm... -- dedi. Yolun ortasından yükümü götürəndə ürəyimdə öz - özümə dedim ki, bir də arxaya baxmayacam. Amma qonşumuz Həsən dayının evinin böyründəki cığırı dönüb böyük yola çıxanda özümdən ixtiyarsız boynumu arxaya çevirdim. Anam təzə - təzə açılmaq istəyən sübh dumanının içində qranit heykəl kimi donub durmuşdu. Anamdan, doğama evimizdən və elimizdən ayrılandan sonra, ağır məhrumiyyətlərə dözə - dözə nəhayət, Avropanın bir ölkəsində yerbəyer ola bildim. Burda da vətənin azad, bir və bütöv olması üçün mübarizəmi davam etdirdim. Əslində mübarizənin bir başqa biçmini tapdım. Amma burda da olsa, sakit həyat yaşaya bilmədim. İran rejiminə qarşı müxalif qüvvə kimi təqiblərimi yerbəyerdən hər vasitə ilə göz önünə çəkib, qorxudub mübarizədən sapındırmağa çalışırdılar. Burda da təqib olunur, yerli - yersiz hədələrə məruz qalırdım. Bir sözlə, rejimə başağrısı olmuşdum. Dəfələrlə İran xüsusi idarəsinin nümayəndələri anamı hədələyib istəmişdilər ki, burdakı fəaliyyətimə son qoyum və mənim ölkəyə qayıtmağıma məni razı salsın. Amma həm mən və həm də anam yaxşı bilirdik ki, mənim geri qayıtmağım şəhər meydanında qurulub yiyəsini gözləyən dar ağacına salam verməyimlə nəticələnəcək. Nəinki ölkəyə qayıtmaq haqqında düşünmürdüm, əksinə anamı yanıma gətirmək haqqında ardıcıl yollar axtarırdım. Hətta turist kimi heç olmasa bir dəfə Avropaya gəlib görüşməyimizi arzulayırdım. Bunun üçün o da çalışırdı. Bir neçə dəfə xarici pasport almaq üçün müvafiq dövlət idarəsinə müraciət də etmişdi. Sözsüz ki, mənə görə ona pasport verilməsi mümkün deyildi. Yadıma gəlir, bir dəfə telefonda ona dedim ki: -- Bu ayrılıq məni çox kədərləndirir. Anadan ayrılıq qədər ağır dərd olarmış? Anam mənə dedi ki: -- Ay oğul, ağbirçək ana yerinə, ana vətənə fikir elə! Ana Vətən azad olmasa, anaların üzü gülməz. Hər dəfə onunla telefon söhbəti edəndə qoyub gəldiyim hər şey haqqında ona sual verərdim. Hər kəsdən, hər şeydən xəbər tutmaq istəyirdim. Hətta, bağımızdakı alma ağaclarının hamısının öz yerində qalıb - qalmaması, necə bar gətirməsi belə qürbətdə Vətənlə bağlı doğan suallarımdan idi. Bu yerdə inanmıram məni hər kəs başa düşsün. Bunu yalnız Vətəndən qürbətə bir zənbillə çıxmaq məcburiyyətində qalanlar bilər. Beləcə nə az, nə çox, düz on dörd il anamı görmədim. Bir gecə telefon zəng çaldı. Uzaqdan idi, amma doğma səs idi. Məhəlləmizin ağsaqqalı Həsən dayıydı. Gözlənilmədən anamın vəfat etdiyini dedi. Mən ona zənginə görə təşəkkür etdim və sonda dedim ki, sabah bilet alıb anamın torpağa tapşırılma mərasimində iştirak edəcəm. Kişi bir az tutulub, dinmədi. Amma sonra peşman olmuş kimi sözünə davam etdi. Dedi ki, anan əvvəllər xəstə idi, amma halı birdən - birə qarışdı. Biz güman etmirdik bu xəstəliklə getsin. O zaman sənə telefon vurub, xəbər vermək istədik. Lakin ananın son vəsiyyəti bu oldu ki, o ölüb torpağa tapşırılandan sonra sənə xəbər verilə. O istəmirdi ki, ona görə sənə çətinlik yarana. O, hətta vəsiyyət etdi ki, torpağa tapşırılma mərasimindən sonra da sən qayıdıb onun qəbrini ziyarət etməyəsən. Sonda Həsən dayı dedi ki, anan öləndə sənin şəklini əlində saxlamışdı, bağrına basdı. Son dəqiqədə üç dəfə sənin adını dilinə gətirib, canını tapşırdı. Bu yerdə danışmaq istədim, dilim topuq çaldı. Mənim səsimin kəsilməsini hiss edən Həsən dayı, sonda əlavə etdi ki, gərək bunu sənə deməyəydim. O peşiman olsa da, amma nə fayda! Ağızdan çıxan hansı söz öz ilk mənzilinə qayıdıb ki, onunku da həmçinin, yerinə qayıtsın, mən də sakitləşim. Anam son dəqiqələrində nə düşünüb, necə yaşamasını öz - özlüyümdə bir xeyli götür - qoy etdim. Demək, anam ölümü ilə də mənim kədərlənməyimi istəmirdi! Həsən dayı ilə söhbətimiz bitəndən sonra əllərim boşaldı, bədənim süst oldu. Əlimdəki telefon oturduğum divanın üstünə düşdü. Ayağa qalxıb anamın divardan asılmış çərçivədəki şəklinə sarı addımladım. Onunla üz - üzə durub bir xeyli sakitcə baxdım. Fikrim on dörd il qabağa, son görüşümüzə getdi. Anam cib yaylığını çıxarıb qara günümüzə yığdığı qara köpükləri mənə uzatdı. Həyəcandanmı, ya nədənsə bilmirəm, əlləri əsdi. Ona görə də pullar yaylığın arasında qalmayıb cingilti ilə yerə səpələndi. Kağız pullar isə yüngül olduqları üçün yerə çatmayıb havada uçuşurdular. -- Götür, get! Çıx get! Təki sən salamat qal!.. -- dedi. Mən ikimizin ayağının altına səpələnmiş pullara nəzər yetirib, hamısı bir yerdə yol xərcini ödəmədiyi üçün təəssüf etdim... 9 Qismət Günü, İşıq Ayı, 30 - cu il 09.05.08 Stokholm azad tribun
Ocanda əfqanistanlılar həbs edilib
ABŞ qüvvələri İrana hücum üçün Trampın əmrini gözləyir- CNN
Zəncanda iş qəzası- Bir nəfər həlak oldu
İbrahim Kalın İrana səfər edəcək
Türkiyə Yunanıstanı Qərbi Trakya türklərinin iradəsinə hörmət etməyə çağırıb
Kürd partiyasının düşərgəsi vuruldu- SEPAH
BMT-nin İrandakı xüsusi məruzəçisi: Müharibə ölkədə repressiyaları daha da gücləndirib
İranda bir ayda 79 məhbus edam edilib
Əhvaz ərəblərinin təşkilatı Azərbaycana dəstək bəyanatı yaydı
Pezeşkian Moskvaya gedir
ABŞ Türkiyə-Livan təklifinin mövcudluğunu təkzib edib: İranın dəstəklədiyi Hizbullah tərksilah olunmalıdır
Urmiya gölünün son vəziyyəti açıqlandı
İranda hicaba görə daha on səkkiz iaşə obyekti bağlandı
İranda daha səkkiz məhbus edam edildi
İki ay ərzində İranda 38 qadın və uşaq öldürülüb
ABŞ diplomatlarını regiondan çıxarır
İranla bağlı Çin və Rusiya ilə əməkdaşlıq edirik- Tramp
İran aviasiyası iflic olub- Səbəb
Həmədanda iş qəzaları- 327 nəfər...
İraq da İranla sərhəddi bağladı
Bahalıq Allahın və mələklərin işidir? İqtisadi məsuliyyətdən dini bəhanələrlə yayınmaq
Tehranda Azərbaycana qarşı aksiya keçirilib
ABŞ-nın İrana hücumu mümkündür - Əraqçı
İran–Pakistan sərhədində ticarət dayandırılıb: minlərlə yük maşını keçid məntəqələrinin açılmasını gözləyir
Beynəlxlq Əfv Təşkilatı İranda edamlarla bağlı bəyanat yaydı
Qəzvin əyalətində daha 39 nəfər həbs edildi
İran Kəşfiyyat Nazirliyi əməliyyat keçirib- Həbs edilənlər var
Sualtı internet kabelləri İranın hədəfinə çevrilə bilər- SEPAH
Həmədanda iş qəzaları- 327 nəfər...
İran aviasiyası iflic olub- Səbəb
Bəjestan adına milli qeydiyyata alınan “doşab bişirmə” ənənəsi: Güney Azərbaycan əyalətlərinin mədəni irsinə laqeydlik
Traxtur klubundan federasiyaya təcili məktub: Etnik şüarlara və futbolçuların ailələrinə qarşı təhqirlərə baxılsın
İki ay ərzində İranda 38 qadın və uşaq öldürülüb
İraq müxalif kürdləri İrana təhvil verəcək- İran səfiri
İraq da İranla sərhəddi bağladı
Təbrizdə iki hüquqşünas həbs edilib
ABŞ diplomatlarını regiondan çıxarır
İranda daha səkkiz məhbus edam edildi