Səudiyyə Ərəbisttəyyarəsi Tehran hava limanına eniş edib
Müharibə repressiyaları gücləndirib- Mai Sato
Şəbistərdə silahlı insident- Ölən var
SEPAH İraqın şimalında kürd bazalarını vurdu
Ərəb koalisiyası Husilərin raket anbarlarını məhv etdi
Prezident İlham Əliyev BMT-nin Sivilizasiyalar Alyansının ali nümayəndəsini qəbul edib
Azərbaycan sülh sazişi məsələsində son nöqtəni qoymağa hər zaman hazırdır
Azərbaycan QHT-ləri Pezeşkiana müraciət etdi
Azərbaycanla Özbəkistan arasında iki saziş təsdiqlənib
İranın birinci vitse-prezidenti azərbaycanlı qızlarla bağlı fərman verdi
Prezident İlham Əliyev Niderlandın xarici işlər nazirini qəbul edib
Ocanda əfqanistanlılar həbs edilib
ETN: İranlı nazirin Azərbaycanda təhsillə bağlı açıqlaması tamamilə yersizdir, ölkəmizin daxili işlərinə müdaxilə cəhdidir
Nazirlik: İranda Azərbaycan dilində məktəb yoxdur, azərbaycanlılar öz ana dillərində təhsil almaq hüququndan məhrum edilirlər
ABŞ qüvvələri İrana hücum üçün Trampın əmrini gözləyir- CNN
Müharibəyə görə İranda daha dörd nəfər həbs edildi
Zəncanda iş qəzası- Bir nəfər həlak oldu
İbrahim Kalın İrana səfər edəcək
İran ABŞ-yə Pakistan vasitəsilə yeni təklif göndərib
Səmərqənd ətrafında diplomatik gərginlik: Özbəkistan İrana rəsmi etiraz notası verdi
Tahir Nəqəvi məcburi etiraf üçün təzyiqlərlə üzləşir
Salar Taher Əfşarın ikinci doğum günü həbsxanada keçir
Pezeşkian: “Nə müharibə, nə sülh” vəziyyəti insanları çörək dərdinə salıb
Təbriz meriyasının sürücüləri maaş əvəzinə işdən çıxarılmaqla hədələnirlər
Tramp: Ya İran razılaşacaq, ya da işi bitirəcəyəm
“The Hill”: ABŞ ordusu İrana yenidən zərbə endirmək üçün variantlar hazırlayıb
Xəzər dənizinin şimalında bir sıra adalar materiklə birləşib
Bu gün, 25 oktyabr — Azərbaycan Respublikasında Qubadlı Şəhəri Günüdür
BƏƏ Rəs əl-Xeymə əmirliyinin bütün çimərliklərini növbəti xəbərdarlığadək bağlayıb
Qalibaf Hindistanda BRICS-in parlamentlərarası toplantısında iştirak etməyəcək
Almaniya İranın Hamburqdakı Bank Saderat filialının ləğvi barədə qərar verib
Türkiyədə 13 ölkədən 33 şair və yazıçının iştirakı ilə görüş keçirilib: Güney Azərbaycanı təmsil edən şairlər Talasda
“Ayrılıq” şairinin həsrətləri: Şərifə Cəfərinin Fərhad İbrahimi haqqında xatirələri
İranın dəstəklədiyi terrorçuların Məkkə və Mədinəyə raket hücumu
Səkkiz aydır görüntü və səs yoxdur; İran rəsmiləri Müctəba Xamenei ilə görüşdüklərini bildirirlər
Rusiyalı nüvə alimləri İrandan təxliyə edilib?
İranda daxili təyyarə biletləri 45 faiz bahalaşıb
İranda dollar 400 min tümənə yüksələ bilər: hökumət 80–90 faizlik inflyasiyani qəbul edib
Livan şiələri Hizbullahın silahları barədə nə düşünür?
Pezeşkian Moskvaya səfər edəcək
Iranda daha altı məhbus edam edilib
Türkiyə Yunanıstanı Qərbi Trakya türklərinin iradəsinə hörmət etməyə çağırıb
İran agentlərinin ABŞ ərazisində olması ehtimalı yüksəkdir- New York Times
Qonşu ölkənin Azərbaycanda yayımlanan proqramlarında antiazərbaycan mövqeyi nümayiş etdirilir X.ƏFQANİ İran televiziyalarının ölkəmizdə yayımlanması Azərbaycan cəmiyyəti tərəfindən birmənalı qarşılanmır. İran rəsmiləri nə qədər bu yayımların siyasi motivlərini ört-basdır etməyə çalışsalar da, fakt ortadadır: İran telekanalları daha çox Azərbaycan ictimai mühitinə nüfuz etməyə və burada söz sahibi olmağa prioritet istiqamətlərdən biri kimi baxırlar. Bakıdan baxdıqda bəlkə də İran telekanallarının bu yöndəki səyləri o qədər də hiss edilmir. Amma İranla həmsərhəd rayonlarda bu telekanalların yayımına diqqət yetirdikdə "informasiya kimdədirsə, hakimiyyət ondadır" tezisinin həqiqətə çevrildiyinin şahidi olursan. Nə qədər qəribə olsa da, ölkəmizdə müstəqil informasiya vasitələrinin azlığı və dövlətin KİV-ə ciddi nəzarəti İran telekanallarının xeyrinə işləyən bir amilə çevrilib. Belə ki, Azərbaycan telekanallarının siyasi yüklü verilişlərinin birtərəfliliyi və ölkədəki siyasi-sosial problemlərin müzakirəsindən qaçmaları İran kanallarına bu yöndə açıq bazar verib. İnformasiya "aclığı" keçirən azərbaycanlılar üçün əsas alternativ informasiya məkanına çevrilən bu telekanallarda Azərbaycanda baş verən bütün siyasi hadisələr əks edilir və onların şərhi verilir. Əlbəttə ki, özlərinə məxsus şəkildə. İlk baxışda İrandan yayımlanan "Səhər" telekanalı və "Kompas" verilişi sadə azərbaycanlılar üçün (söhbət Şimali Azərbaycandan gedir) müstəqil telekanal təsiri bağışlaya bilər. Bəli, burada Azərbaycan televiziyalarının göstərə bilmədikləri faktlar, süjetlər, şərhlər verilir. Müxalifət qəzetləri oxunur, müxalif fikirli insanların səsi efirə verilir. Beləliklə, buranı müxalif fikirli insanlar üçün əla tribuna hesab etmək olar. "Kompas"da müxalifətin keçirdiyi aksiyalardan əhatəli reportajlara, onların müsahibələrinə baxmaq, müxtəlif mövqelərlə tanış olmaq mümkündür. Gəlin razılaşaq ki, hazırda Azərbaycanda müxalifət partiyalarının efirə çıxmaq imkanlarının olmadığı bir şəraitdə həm "Səhər", həm də "Kompas" siyasətçilər, həm də narazı elektorat üçün cəlbedici görünə bilər. Təsadüfi deyil ki, "Kompas" verilişi Cənub bölgəsindən tutmuş Muğana və digər yerlərə qədər auditoriya toplaya bilib. "Kompas"ın efirində dünyanın müxtəlif ölkələrindən - Almaniyadan, Rusiyadan, Norveçdən - siyasi səbəblər üzündən Azərbaycanı tərk etmiş həmvətənlərimizin zəngləri qəbul edilir. Onların isə Azərbaycandakı hazırkı üsul-idarəyə münasibətləri bəllidir. "Kompas" böyük məmnuniyyətlə onlara efir verir və bunu ustalıqla müstəqil informasiya siyasəti kimi təqdim edir. Lakin bu o qədər ustalıqla edilir ki, sadə Azərbaycan vətəndaşı öz ölkəsində nə baş verdiyini xarici dövlətin kanalında seyr etməklə özü də bilmədən bu yanlış şərhlərin qurbanına çevrilir. BƏS BU NECƏ BAŞ VERİR? İran telekanallarının hamısının antiazərbaycan mövqeyi tutduğunu deyə bilmərik. Amma burada xüsusi vurğunu "Səhər TV" və onun əsas silahı olan "Kompas" verilişi üzərində saxlamaq lazımdır. Azərbaycana qarşı aparılan efir siyasətinin əsas yükünü bu veriliş daşıyır. Burada Azərbaycandakı siyasi, sosial-iqtisadi problemlər bitdə-bitdə müzakirəyə çıxarılır, Bakı və ətraf rayonlarla canlı efir təşkil olunur, SMS-lər qəbul edilir. Canlı efirə qoşulan şəxslər açıq şəkildə öz mövqelərini bildirirlər. "Kompas", demək olar, bütün məsələlər barədə müzakirə açır: Azərbaycanda korrupsiya, işsizlik, sosial problemlər, təhsil, dini durum, neft və s. Verilişi hazırlayanların çox ayıq və savadlı şəxslər olduğu hiss edilir. Xüsusilə aparıcının mövzu ilə bağlı bilgiləri onun əsl "azərbaycanşünas" olduğunu deməyə əsas verir. Aparıcı Azərbaycandakı korrupsiyadan danışırsa, ölkəmizin bu sahədəki vəziyyəti, bununla bağlı beynəlxalq təşkilatların ciddi tənqidləri və rəqəmləri barədə son dərəcə tutarlı dəlilərlə çıxış edə bilir. Bunu "Kompas"ın harada "qurulması"nın açıq nümunəsi saymaq olar. Ölkəmizdə nəşr olunan aparıcı müxalifət və müstəqil qəzetlərin əksər yazıları efirdən hər gün oxunur. Lazım gəldikdə buna aid videosüjet də göstərilir. Son illərdə bu kanalda maraqlı bir tendensiya müşahidə edilməyə başlanıb. Əvvəl xəbərləri və qəzet yazılarını oxuyan aparıcılar əsasən Cənubi Azərbaycan ləhcəsində danışırdılarsa, bu gün artıq müəyyən qədər Şimali Azərbaycan ədəbi dili üstünlük təşkil etməyə başlayıb. Bu isə virtual təmasın yaradılmasına öz təsirini göstərib. Şimali Azərbaycanda baş verən hadisələr şərh olunarkən ilk baxışda elə təəssürat yaranır ki, İran telekanalı bizim halımıza acıyır və vəziyyətin düzəlməsində maraqlıdır. Amma diqqətlə müşahidə etdikdə bu şərh və yozumlarda seziləcək bir istehza hiss etmək olar. Məsələn, əgər ölkədə korrupsiyanın vəziyyəti ilə bağlı mövzu müzakirə edilirsə, aparıcı rəsmi Bakının ünvanına müəyyən atmacalı sözlər işlədir. Son günlərin aktual mövzusu - İrana nüvə texnologiyalarının Azərbaycan sərhədində saxlanması məsələsi artıq neçə vaxtdır "Kompas"ın diqqət mərkəzindədir. Azərbaycan hakimiyyətini açıq şəkildə hədələmə tonlu çıxışlar və münasibət sərgilənir. Amma belə hədələyici ton adətən İranla Azərbaycanın mövqelərinin kəskin şəkildə fərqləndiyi zamanlar üzə çıxır. Başqa vaxtlarda efir siyasəti bir qədər fərqli qurulur. Belə ki, bu televerilişlərdə əsas məqam aparıcının son dərəcə sakit və işgüzar şəkildə görünməsidir. Yəni efirdən heç vaxt Azərbaycanın əleyhinə açıq şəkildə təhqiredici ifadələr, emosional çıxışlar müşahidə edilmir. Əksinə, bütün şərhlər daha çox sadə tamaşaçılara elə tonda çatdırılır ki, sanki bütün problemlərin həllinin açarı elə "Kompas"ın və onun himayədarlarının əlindədir və ölkədəki bu problemləri həll etmək üçün onlara, sadəcə, müraciət etmək lazımdır. Digər tərəfdən, yayımlanan bütün verişilərin qayəsini Azərbaycanın vaxtı ilə İranın tərkibində olması barədə "çalınmış bayatı" təşkil edir. Buna bir növ "Ana İran" tezisi də demək olar. Məsələn, ötən ilin sonunda bu kanal 1989-cu ilin dekabrında Naxçıvanda və Astarada SSRİ - İran sərhədində dirəklərinin sökülməsi ilə bağlı nümayiş etdirdiyi verilişində həmin illərdə Azərbaycanda çəkilmiş kadrları, insanların sevincini, nisgildən ağlamalarını özünəməxsus şəkildə şərh edirdi. Şərhdən belə məlum olurdu ki, bütün sərhədlər ona görə sökülür, insanlar ona görə şadlanır və qəhərlənirmişlər ki, onlar "ana İrana qovuşmaq həsrətini" yaşayırmışlar. Digər nümunə: ötən verilişlərin birini "Kompas" Azərbaycanda rüşvət və korrupsiyaya həsr etmişdi. Burada əslində hamının bildiyi və hər gün rastlaşdığı faktlar açıqlanır və eyni zamanda canlı efir vasitəsilə Azərbaycan vətəndaşlarının mövqeyi dinlənilirdi. Verilişin məzmunundan belə anlaşıldı ki, Azərbaycanda azad sahibkarlıq və cəmiyyət formalaşa bilmir və burada beynəlxalq təsisatların da böyük günahı var. Əslində dolayı yolla vurğulanırdı ki, Azərbaycan böyük dövlətlər tərəfindən artıq "pay-püş" edilib və ona görə də burada normal dövlət qurmaq xülyadır. Kanalın beynəlxalq şərhlərinə gəlincə, burada əsas etibarı ilə ABŞ və onun müttəfiqləri tənqid olunur. Bölgədə İransız heç nə etməyin mümkün olmadığı aşılanır. Xüsusi ilə NATO-nun Cənubi Qafqazda fəaliyyəti kanalı qıcıqlandıran əsas məsələlərdən biridir. Bir neçə kəlmə də Azərbaycandakı daimi efir qonaqları barədə. Canlı efirə Bakıdan qoşulanlar əsas etibarı ilə İran təsirində olan siyasi partiya nümayəndələri və ictimai təşkilatların rəhbərləri olur. Burada ara-sıra aşağı ranqlı siyasətçilərin mövqeyini də eşitmək olar. Onu da qeyd edək ki, son zamanlar beynəlxalq təşkilatların Cənubi Azərbaycanda yaşayan soydaşlarımızla bağlı qəbul etdiyi bir sıra qətnamə və sənədlər İran televiziyalarını bu məsələdə bir qədər taktikanı dəyişməyə vadar edib. Belə ki, İranda yayımlanan bir sıra televiziyalarda müəyyən yumor proqramları, uşaqlar üçün nəzərdə tutulan tamaşalar və rəsmi xəbərlərin müəyyən bloku Azərbaycan dilində yayımlanır. Əgər tamaşa və yumor proqramlarında şirin cənub ləhcəsi üstünlük təşkil edirsə, bunu xəbərlər barədə demək olmaz. İran telekanallarının Azərbaycan dilində oxuduğu xəbərlərin dili çox qəlizdir və əsas etibarı ilə fars sözləri və fars qrammatik qaydalarına uyğun olaraq səslənir ki, bunu da təsadüfi hesab etmək olmaz. Mövzunu yekunlaşdırmazdan əvvəl qeyd edək ki, İranın ölkəmizin efir məkanına müdaxiləsini əslində Azərbaycan uğrunda gedən geosiyasi savaşın bir həlqəsi saymaq olar. Azərbaycan elektron KİV-i yalnız o zaman bu efir təcavüzünün qarşısına çıxa bilər ki, onun da "Kompas" kimi öz ölkəsinin - Azərbaycanın problemləri haqqında danışmaq imkanı olsun. Belə şərait olarsa, o zaman "Səhər" və "Kompas" öz məqsədlərinə yetişmək üçün alternativ məlumat almaq istəyən vətəndaşlarımızı qurbana çevirə bilməyəcək. .: Ayna :.
Ocanda əfqanistanlılar həbs edilib
ABŞ qüvvələri İrana hücum üçün Trampın əmrini gözləyir- CNN
Zəncanda iş qəzası- Bir nəfər həlak oldu
İbrahim Kalın İrana səfər edəcək
Türkiyə Yunanıstanı Qərbi Trakya türklərinin iradəsinə hörmət etməyə çağırıb
Kürd partiyasının düşərgəsi vuruldu- SEPAH
BMT-nin İrandakı xüsusi məruzəçisi: Müharibə ölkədə repressiyaları daha da gücləndirib
İranda bir ayda 79 məhbus edam edilib
Əhvaz ərəblərinin təşkilatı Azərbaycana dəstək bəyanatı yaydı
Pezeşkian Moskvaya gedir
ABŞ Türkiyə-Livan təklifinin mövcudluğunu təkzib edib: İranın dəstəklədiyi Hizbullah tərksilah olunmalıdır
Urmiya gölünün son vəziyyəti açıqlandı
İranda hicaba görə daha on səkkiz iaşə obyekti bağlandı
İranda daha səkkiz məhbus edam edildi
İki ay ərzində İranda 38 qadın və uşaq öldürülüb
ABŞ diplomatlarını regiondan çıxarır
İranla bağlı Çin və Rusiya ilə əməkdaşlıq edirik- Tramp
İran aviasiyası iflic olub- Səbəb
Həmədanda iş qəzaları- 327 nəfər...
İraq da İranla sərhəddi bağladı
Bahalıq Allahın və mələklərin işidir? İqtisadi məsuliyyətdən dini bəhanələrlə yayınmaq
Tehranda Azərbaycana qarşı aksiya keçirilib
ABŞ-nın İrana hücumu mümkündür - Əraqçı
İran–Pakistan sərhədində ticarət dayandırılıb: minlərlə yük maşını keçid məntəqələrinin açılmasını gözləyir
Beynəlxlq Əfv Təşkilatı İranda edamlarla bağlı bəyanat yaydı
Qəzvin əyalətində daha 39 nəfər həbs edildi
İran Kəşfiyyat Nazirliyi əməliyyat keçirib- Həbs edilənlər var
Sualtı internet kabelləri İranın hədəfinə çevrilə bilər- SEPAH
Həmədanda iş qəzaları- 327 nəfər...
İran aviasiyası iflic olub- Səbəb
Bəjestan adına milli qeydiyyata alınan “doşab bişirmə” ənənəsi: Güney Azərbaycan əyalətlərinin mədəni irsinə laqeydlik
Traxtur klubundan federasiyaya təcili məktub: Etnik şüarlara və futbolçuların ailələrinə qarşı təhqirlərə baxılsın
İki ay ərzində İranda 38 qadın və uşaq öldürülüb
İraq müxalif kürdləri İrana təhvil verəcək- İran səfiri
İraq da İranla sərhəddi bağladı
Təbrizdə iki hüquqşünas həbs edilib
ABŞ diplomatlarını regiondan çıxarır
İranda daha səkkiz məhbus edam edildi