Səudiyyə Ərəbisttəyyarəsi Tehran hava limanına eniş edib
Müharibə repressiyaları gücləndirib- Mai Sato
Şəbistərdə silahlı insident- Ölən var
SEPAH İraqın şimalında kürd bazalarını vurdu
Ərəb koalisiyası Husilərin raket anbarlarını məhv etdi
Prezident İlham Əliyev BMT-nin Sivilizasiyalar Alyansının ali nümayəndəsini qəbul edib
Azərbaycan sülh sazişi məsələsində son nöqtəni qoymağa hər zaman hazırdır
Azərbaycan QHT-ləri Pezeşkiana müraciət etdi
Azərbaycanla Özbəkistan arasında iki saziş təsdiqlənib
İranın birinci vitse-prezidenti azərbaycanlı qızlarla bağlı fərman verdi
Prezident İlham Əliyev Niderlandın xarici işlər nazirini qəbul edib
Ocanda əfqanistanlılar həbs edilib
ETN: İranlı nazirin Azərbaycanda təhsillə bağlı açıqlaması tamamilə yersizdir, ölkəmizin daxili işlərinə müdaxilə cəhdidir
Nazirlik: İranda Azərbaycan dilində məktəb yoxdur, azərbaycanlılar öz ana dillərində təhsil almaq hüququndan məhrum edilirlər
ABŞ qüvvələri İrana hücum üçün Trampın əmrini gözləyir- CNN
Müharibəyə görə İranda daha dörd nəfər həbs edildi
Zəncanda iş qəzası- Bir nəfər həlak oldu
İbrahim Kalın İrana səfər edəcək
İran ABŞ-yə Pakistan vasitəsilə yeni təklif göndərib
Səmərqənd ətrafında diplomatik gərginlik: Özbəkistan İrana rəsmi etiraz notası verdi
Tahir Nəqəvi məcburi etiraf üçün təzyiqlərlə üzləşir
Salar Taher Əfşarın ikinci doğum günü həbsxanada keçir
Pezeşkian: “Nə müharibə, nə sülh” vəziyyəti insanları çörək dərdinə salıb
Təbriz meriyasının sürücüləri maaş əvəzinə işdən çıxarılmaqla hədələnirlər
Tramp: Ya İran razılaşacaq, ya da işi bitirəcəyəm
“The Hill”: ABŞ ordusu İrana yenidən zərbə endirmək üçün variantlar hazırlayıb
Xəzər dənizinin şimalında bir sıra adalar materiklə birləşib
Bu gün, 25 oktyabr — Azərbaycan Respublikasında Qubadlı Şəhəri Günüdür
BƏƏ Rəs əl-Xeymə əmirliyinin bütün çimərliklərini növbəti xəbərdarlığadək bağlayıb
Qalibaf Hindistanda BRICS-in parlamentlərarası toplantısında iştirak etməyəcək
Almaniya İranın Hamburqdakı Bank Saderat filialının ləğvi barədə qərar verib
Türkiyədə 13 ölkədən 33 şair və yazıçının iştirakı ilə görüş keçirilib: Güney Azərbaycanı təmsil edən şairlər Talasda
“Ayrılıq” şairinin həsrətləri: Şərifə Cəfərinin Fərhad İbrahimi haqqında xatirələri
İranın dəstəklədiyi terrorçuların Məkkə və Mədinəyə raket hücumu
Səkkiz aydır görüntü və səs yoxdur; İran rəsmiləri Müctəba Xamenei ilə görüşdüklərini bildirirlər
Rusiyalı nüvə alimləri İrandan təxliyə edilib?
İranda daxili təyyarə biletləri 45 faiz bahalaşıb
İranda dollar 400 min tümənə yüksələ bilər: hökumət 80–90 faizlik inflyasiyani qəbul edib
Livan şiələri Hizbullahın silahları barədə nə düşünür?
Pezeşkian Moskvaya səfər edəcək
Iranda daha altı məhbus edam edilib
Türkiyə Yunanıstanı Qərbi Trakya türklərinin iradəsinə hörmət etməyə çağırıb
İran agentlərinin ABŞ ərazisində olması ehtimalı yüksəkdir- New York Times
Azərbaycan, Bakı, 07 may / Trend News , müxbir D.Xatınoğlu, E.Tarıverdiyeva, R.Hafizoğlu / Iraq rəsmilərinin İranın bu ölkədə yürütdüyü siyasətə qarşı konkret fikir bildirməkdən boyun qaçırmaları, onların həm İranı, həm də ABŞ-ı əldə saxlamaq niyyətindən xəbər verir. «İraq rəsmilərinin İranın lehinə fikirlər səsləndirməsi rəsmi BağdadınVaşinqton və Tehran arasında balanslı siyasət yürütmək istəyindən irəli gəlir»-deyə iraqlı müstəqil politoloq Salih Kəəbi hesab edir. BBC-nin mayın 5-də yaydığı məlumata əsasən, İraqın hökumət sözçüsü Əli Dabbağ İranın İraqdakı müdaxilələrini dayandırması üçün Tehrana səfər edən iraqlı heyət haqda mətbuata açıqlama verərkən bildirib ki, «İranın İraqda təxribatçılara yardım etməsinə dair heç bir sübut yoxdur» Lakin üç saat sonra keçirdiyi fövqəladə mətbuat konfransında bu sözlərini geri götürüb. «İraqın ABŞ-dan asılı olmasına baxmayaraq, Bağdad rəsmiləri İranın regiona siyasi və dini təsirini gözəl başa düşürlər» -deyə, Kəəbi çərşənbə axşamı Bağdaddan elektron poçtla Trend News-a bildirib. Politoloqun fikrincə, İraq hökumətinin İran əleyhinə və ya lehinə bəyanatlarla çıxış etməsi dövlət rəsmilərinin özlərinin siyasi mövcüdluğunu təsdiq etmək üçün atdığı addımlardır. «İranın İraqda olan terrorçuları dəstəkləməsi haqda bundan əvvəl söylənilənlər Bağdadın deyil, ABŞ-ın sifarişi ilə ortaya atılan bir məsələdir»-deyə Kəəbi qeyd edib. Onun fikrincə, İraq hal-hazırda böyük dövlətlərin öz münasibətlərini aydınlaşdırdığı bir məkan olmaqla yanaşı, həm də dünyanın ən ucuz və çox silah satılan məntəqəsinə çevrilib. «İraq rəsmiləri İranla əlaqədar bəzi təxribatlara göz yumsa da, İranın bu ölkədəki təhlükəli müdaxilələrinə qarşı ciddi mövqe tutub» - deyə Londonda fəaliyyət göstərən İran-Ərəb Tədqiqat Mərkəzinin sədri Əlirza Nurizadə (Alireza Nourizadeh) Trend News-a bildirib. Nurizadə qeyd edib ki, İraqın İrana göndərdiyi diplomatik heyət Tehran tərəfindən təhqir olunub. «İran rəsmiləri səfərin ilk iki günü onlara qarşı çox laqeyd münasibət göstəriblər, iki gün sonra isə Tehranın diplomatları deyil, İranın hərbi təşkilatı sayılan «Sepah Qüds»un nümayəndələri onlarla görüşüb. Bağdad hakimiyyətinin Baş naziri Nuri əl-Malikinin İranın bu ölkədə terrorçulara yardım göstərməsilə bağlı tədqiqat qrupu yaradılacağı barədə verdiyi sərt bəyanat rəsmi Bağdadın İrana qarşı sərt mövqe tutduğunu göstərir» - deyə Nurizadə bu gün Londondan telefonla bildirib. «İran həm İraqın rəsmi güc strukturlarındakı şiələri, həm də müxalifətdəki sünnü və şiələri dəstəkləyir» - deyə ABŞ eksperti Thomas R. Mattair (Tomas Metteyr) Trend News-a bildirib. Onun fikrincə, rəsmi güc strukturlarında olan İraq şiələrinin və İraqın rəsmi təhlükəsizlik qüvvələrinə daxil olmayan yaraqlıların bəziləri İrana səfərlər edir və bu ölkədə Livanın “Hizbullah” təşkilatının hərbi düşərgələrində təlimlər alırlar. «Livanın «Hizbullah» hərəkatı İraqda bir çox qrupları hərbi cəhətdən hazırlamağa çalışır. İraq yaraqlılarının istifadə etdikləri bəzi silahlarda İran nişanları mövcuddur» - deyə ABŞ-ın Orta Şərq məsələləri üzrə müstəqil eksperti Metteyr çərşənbə axşamı Vaşinqtondan elektron poçtla açıqlamasında bildirib. «İran həm hökumətdəki İraq şiələri, həm də İraqda ABŞ-ın hərbi iştirakına qarşı müqavimət göstərən xüsusi qüvvələrin şiə nümayəndələri ilə yaxşı münasibətə malik olmaq istyir. Əməkdaşlıq xüsusi ilə də ABŞ qüvvələrini məhv etmək və İraqda onların şəraitini çətinləşdirmək üçün lazımdır» - deyə o bildirib. Metteyrin fikrincə, bu strategiya Birləşmiş Ştatlarda İrana qarşı hərbi əməliyyatların lehinə olanlara böyük əsas verir. Ekspert açıqlamasında əlavə edib ki, İraq rəsmilərinin bəzən İran haqda müsbət fikir söyləmələrinin də səbəbi var: «Çox güman ki, bununla onlar xoşməram ifadə etmək istəyirlər, yəni İranın təhlükəsizlik sahəsində əməkdaşlıq niyyətini təşviq etmək və ABŞ-ın İrana hücum etməsinin qarşısını almaq məqsədi güdürlər» - deyə Metteyr bildirib. «İraq hökumətinin bu etiraflarının əsl səbəbləri aydın deyil. Amerikalılar İranın üsyançılara təsir etməsini hələ tam sübuta yetirməyiblər» - deyə ABŞ-da fəaliyyət göstərən İran politoloqu Mehran Kamrəva Trend News-a bildirib. «Tez-tez təkrarlanmasından asılı olmayaraq, sadəcə ittiham yürütmək hələ sübut etmək demək deyil. ABŞ-ın işğalçı qoşunları İraqda sabitlik yaradarkən ciddi çətinliklərlə qarşılaşan zaman İranı ittiham edirlər. Onlar bu iddia və ittihamlarında öz xeyirlərini güdürlər» - deyə Qətərin Georgetown Universitetinin beynəlxalq əlaqələr ürzə professoru Kamrəva bu gün elektron poçt vasitəsilə Doha şəhərindən Trend News-a bildirib. Politoloq İran rejiminin Bağdadın mərkəzi hakimiyyətini fəal şəkildə sarsıtmağa can atmasına şübhə ilə yanaşır. İran İraqda Amerika hücum edəcəyi təqdirdə ona kömək edə biləcək kadrlar hazırlayır. «İraq İrana zərbələrin endirilməsi üçün ABŞ hakimiyyətinə haqq qazandırmaq və örnək vermək arzusunda deyil. İraqlılar Tehran və Vaşinqton arasındakı hərbi qarşıdurmanın onlara baha başa gələcəyini çox yaxşı bilirlər» - deyə İran əsilli ABŞ eksperti bildirib. «İraq həm ABŞ, həm də İranla əməkdaşlığı məqsədəuyğun hesab edir» - deyə digər ABŞ politoloqu Tennessee Technological Universitetinin professoru Maykel Qunter (Michael M. Gunter) Trend News-a bildirib. Onun fikrincə, rəsmi Bağdad İranın İraq döyüşçülərini dəstəkləməsini təsdiq etməklə ABŞ-ı təxribata sövq etmək istəmir. «İraqda İran silahlarının mövcud olması faktı hələ Tehranın müqavimət dəstələrinə dəstək verməsi demək deyil. Hər kəsin istənilən silahı əldə edə biləcəyi açıq silah bazarı mövcuddur» - deyə o bildirib. Politoloq hesab edir ki, dünyada bir çox silahlılar ABŞ-ın məhz onlara satmadığı Amerika silahlarına malikdir. «PKK hələ 2003-cü ildə Amerika silahlarına malik idi, lakin bu, ABŞ-ın PKK-nı dəstəkləməsini sübut etmir» - deyə Maykel Qunter vurğulayıb. İranın İraqdakı müdaxilələrini və anti-Amerika hərbçilərə yardımını dayandırmaq məqsədilə Tehrana səfər edən iraqlı heyət mayın 4-də heç bir nəticə əldə etmədən Bağdada geri qayıdıb. ABŞ İranı İraqdakı terrorçulara dəstək verməklə bu ölkədə sabitliyin pozulmasında ittiham edir. Rəsmi Tehran dəfələrlə bu ittihamı rədd edib. trend xəbər
Ocanda əfqanistanlılar həbs edilib
ABŞ qüvvələri İrana hücum üçün Trampın əmrini gözləyir- CNN
Zəncanda iş qəzası- Bir nəfər həlak oldu
İbrahim Kalın İrana səfər edəcək
Türkiyə Yunanıstanı Qərbi Trakya türklərinin iradəsinə hörmət etməyə çağırıb
Kürd partiyasının düşərgəsi vuruldu- SEPAH
BMT-nin İrandakı xüsusi məruzəçisi: Müharibə ölkədə repressiyaları daha da gücləndirib
İranda bir ayda 79 məhbus edam edilib
Əhvaz ərəblərinin təşkilatı Azərbaycana dəstək bəyanatı yaydı
Pezeşkian Moskvaya gedir
ABŞ Türkiyə-Livan təklifinin mövcudluğunu təkzib edib: İranın dəstəklədiyi Hizbullah tərksilah olunmalıdır
Urmiya gölünün son vəziyyəti açıqlandı
İranda hicaba görə daha on səkkiz iaşə obyekti bağlandı
İranda daha səkkiz məhbus edam edildi
İki ay ərzində İranda 38 qadın və uşaq öldürülüb
ABŞ diplomatlarını regiondan çıxarır
İranla bağlı Çin və Rusiya ilə əməkdaşlıq edirik- Tramp
İran aviasiyası iflic olub- Səbəb
Həmədanda iş qəzaları- 327 nəfər...
İraq da İranla sərhəddi bağladı
Bahalıq Allahın və mələklərin işidir? İqtisadi məsuliyyətdən dini bəhanələrlə yayınmaq
Tehranda Azərbaycana qarşı aksiya keçirilib
ABŞ-nın İrana hücumu mümkündür - Əraqçı
İran–Pakistan sərhədində ticarət dayandırılıb: minlərlə yük maşını keçid məntəqələrinin açılmasını gözləyir
Beynəlxlq Əfv Təşkilatı İranda edamlarla bağlı bəyanat yaydı
Qəzvin əyalətində daha 39 nəfər həbs edildi
İran Kəşfiyyat Nazirliyi əməliyyat keçirib- Həbs edilənlər var
Sualtı internet kabelləri İranın hədəfinə çevrilə bilər- SEPAH
Həmədanda iş qəzaları- 327 nəfər...
İran aviasiyası iflic olub- Səbəb
Bəjestan adına milli qeydiyyata alınan “doşab bişirmə” ənənəsi: Güney Azərbaycan əyalətlərinin mədəni irsinə laqeydlik
Traxtur klubundan federasiyaya təcili məktub: Etnik şüarlara və futbolçuların ailələrinə qarşı təhqirlərə baxılsın
İki ay ərzində İranda 38 qadın və uşaq öldürülüb
İraq müxalif kürdləri İrana təhvil verəcək- İran səfiri
İraq da İranla sərhəddi bağladı
Təbrizdə iki hüquqşünas həbs edilib
ABŞ diplomatlarını regiondan çıxarır
İranda daha səkkiz məhbus edam edildi