Türkiyədə 13 ölkədən 33 şair və yazıçının iştirakı ilə görüş keçirilib: Güney Azərbaycanı təmsil edən şairlər Talasda
“Ayrılıq” şairinin həsrətləri: Şərifə Cəfərinin Fərhad İbrahimi haqqında xatirələri
İranın dəstəklədiyi terrorçuların Məkkə və Mədinəyə raket hücumu
Səkkiz aydır görüntü və səs yoxdur; İran rəsmiləri Müctəba Xamenei ilə görüşdüklərini bildirirlər
Rusiyalı nüvə alimləri İrandan təxliyə edilib?
İranda daxili təyyarə biletləri 45 faiz bahalaşıb
İranda dollar 400 min tümənə yüksələ bilər: hökumət 80–90 faizlik inflyasiyani qəbul edib
Livan şiələri Hizbullahın silahları barədə nə düşünür?
Pezeşkian Moskvaya səfər edəcək
Iranda daha altı məhbus edam edilib
Türkiyə Yunanıstanı Qərbi Trakya türklərinin iradəsinə hörmət etməyə çağırıb
İran agentlərinin ABŞ ərazisində olması ehtimalı yüksəkdir- New York Times
Kürd partiyasının düşərgəsi vuruldu- SEPAH
İranda geyim qaydaları sərtləşdirilir
BMT-nin İrandakı xüsusi məruzəçisi: Müharibə ölkədə repressiyaları daha da gücləndirib
"Axios": İran ABŞ-nin xaricdəki diplomatlarına sui-qəsdlər hazırlayır
Dövlət Bağçalı: Türkiyə ilə Azərbaycan arasında etimadın qorunması həyati əhəmiyyət daşıyır
Tramp İrana qarşı yeni hərbi əməliyyat keçirə biləcəklərini açıqlayıb
İranda bir ayda 79 məhbus edam edilib
Tom Barak: Xomeynini 1979-cu ildə biz gətirdik
İranda rabitə xərcləri yenidən artdı
İran ərəblərinin təşkilatı Azərbaycana dəstək bəyanatı yaydı
Pezeşkian Moskvaya gedir
“Cümhuriyyəti-İslami” qəzeti yeni iddia ilə Azərbaycanı yenidən hədəfə alıb
Belçika parlamenti Rza Pəhləvinin rəsmi dəvətini ləğv edib: O, bütün müxalifəti təmsil etmir
Rusiya və Ukrayna arasında atəşkəs razılaşması əldə olunub
Dünya bazarında neftin qiyməti son 5 ayın ən yüksək həddinə çatıb
Azərbaycanın Türkiyədəki səfiri Dövlət Bağçalı ilə görüşüb
Ərdoğanın milli qırıcı KAAN təsvirli qalstuku diqqət çəkib
Traktor İran hakimiyyətinin ayrı-seçkiliyi ilə üz-üzə; Dubaya uçuş üçün 30 milyard tümən tələb edilir
Salmasda sel bir uşağın həyatına son qoydu
Azərbaycan-NATO əməkdaşlığının gələcək perspektivləri müzakirə olunub
Sistan və Bəlucistanda polis polkovniki öldürülüb
İranlı nazir azərbaycanlı qızları ölkəsinə dəvət etdi
Pakistan-İran sərhəddində silahı qarşıdurma olub
Ceyhun Bayramov: Hindistan XİN rəhbəri ilə fikir müxtəlifliklərini açıq şəkildə müzakirə etdik, nəticələrini görəcəyik
"Traktor" daha üç xal qazandı
Azərbaycan Prezidenti İlham Əliyev Hindistanın xarici işlər nazirini qəbul edib
Müharibədən sonra işsiz vətəndaşların sayı artıb-Millət vəkili
ABŞ Türkiyə-Livan təklifinin mövcudluğunu təkzib edib: İranın dəstəklədiyi Hizbullah tərksilah olunmalıdır
Tramp aralıq seçkilərindən sonra İrana yeni zərbələr endirməyi nəzərdən keçirir – The Atlantic
JP: İsrail husilərə hücum üçün ABŞ vasitəsilə Ər-Riyada məlumat ötürür
Tehran yeraltı obyektlərdə raket və dron istehsalını bərpa edib
GünAz TV: Təbriz sakini, azərbaycanlı milli-mədəni fəal Davud Şiri İran rejimi məsullarının Urmu gölü böhranına laqeyd münasibətini kəskin pisləyib.
Fəalın çıxışı internetdə Səs Faylı şəkilində yayılıb. Urmu Gölünü Canlandırma Mərkəzinin Şərqi Azərbaycan Əyaləti üzrə nümayəndəsi Dr. Xəlil Saiyə xitabən danışan fəal hökumət rəsmilərini Urmu gölünü qurutmaqda günahlandırıb.
Fəal ətraf mühitin mühafizəsi ilə bağlı İran konstitusiyasının 50-ci maddəsinə işarə edərək ətraf mühitə ziyan vuran iqtisadi fəaliyyətlərin qadağan olduğunu xatırladıb.
“Mən bir azərbaycanlı mədəni fəal kimi, bölgə əhalisinin əsas problemlərindən olan Urmu gölü böhranı haqda bir neçə məsələyə toxunmaq istəyirəm. Ola bilsin ki, bu sözləri eşidib və bilmək istəyənlər var, baxmayaraq ki, buna şübhəm var. Mən və mənim kimi bir çoxları Urmu gölünə dəstək məqsədi ilə bir çox tədbir və etirazlara böyük məmnuniyyətlə qatılmışıq və gölün taleyi ilə bağlı heç bir güzəştə getmək fikrimiz də yoxdur. Amma siz məsullar gölün ağır vəziyyətdə olduğunu gördüyünüz halda, onun qurtarılması üçün hər hansı tədbir almırsınız. Siz bu istiqamətdə heç bir iş görmədiniz. Ona görə ki, işinizin nəticəsini kimsə görməyib, quruyan suyun yerində toplaşan duzlar da sizin iddialarınızı təsdiq etmir. Əks halda ətraf mühiti dəstəkləyən daxili və xarici qüvvələrlə əməkdaşlıq edərdiniz və bu gün bir çox xəstəliyə səbəb olan duz təpələrinə də şahid olmazdıq. Bu gün ətraf mühiti müdafiə edən adi insanlar məhkəmələrdə bölücülük, milli təhlükəsizliyə qarşı əməl etmək, toplaşma, sözləşmə və s. kimi ittihamlarla üzləşir.
Urmu gölünü fiziki olaraq məhv edə bilərsiniz, lakin onu ürəyimizdən heç zaman silə bilməyəcəksiniz. Bu yanaşmanı nə zamanadək davam etdirəcəksiniz?! Görəsən öz övladınız Urmu gölünün qurumasından dolayı əmələ gələn duzdan xərçəng xəstəliyinə (sərətan) düçar olsaydı, yenə də bu münasibətiniz dəyişməyəcəkdi?! Əgər bir müddət ətraf kəndlərdə yaşasaydınız, o zaman bölgədəki ətraf mühit problemləri, əkin yerləri və bağların quruması, müxtəlif xəstəliklər, həmçinin yoxsulluq və işsizliyi yaxından hiss edərdiniz. Artıq xahiş və təmənna vaxtı keçib. Sözlərimi təhlükəsizlik məsələsi kimi yoza biləcəyinizi və bunun ağır nəticələri olacağını da ehtimal edirəm. Lakin mən özüm və çoxlarının ürək sözlərini bəyan etdim. Mənim həyatım istədiyim kimi keçməsə də, Azərbaycan diyarında yaşayan bir insan kimi hər an hüquqlarımın pozulmasına şahid olsam da, yenə də torpaq yeyib amma torpaq verməyən Şəfizadə, Təcəllayi, Bakiri və Səttarxan kimi böyük insanların oğlu olaraq insanın ibtidai hüquqlarının təmini uğrunda canfəşanlıq edib və fədayi olmağı bacara bilərəm. Cənab Dr. Sai mən sadəcə sözdə və zahirdə sizə xitabən danışdım. Sonda dostlarımdan farsca yazdığıma görə üzr istəyirəm. Mən bununla Pəhləvi dövründən qalan irqçilərə demək istədim ki, bizim ləhcəmiz olsa da, fars dilində onlardan daha yaxşı yazıb, oxuyub və söhbət edə bilərik. Ümid edirəm ki, Urmu gölü ən qısa zamanda yaxşı vəziyyətə qayıdacaq, əks halda qurunun oduna yaş da yanacaq”- deyə azərbaycanlı fəal Dr. Xəlil Saiyə xitabən çıxışının bir hissəsində qeyd edib.
İran prezidenti Həsən Ruhani seçkiqabağı təbliğat-təşviqat dönəmində Azərbaycan türk millətinə Urmu gölünün canlandırılması və türk dili və ədəbiyyatı mədəniyyət evinin yaradılması ilə bağlı vəd verib, lakin aradan 5 ildən çox vaxt keçməsinə baxmayaraq verilən vədlərin heç biri yerinə yetirilməyib. Bu müddətdə Azərbaycan əhalisi ilə yanaşı bəzi millət vəkilləri prezidentə dəfələrlə verdiyi vədləri xatırladıb və bu məsələyə öz etirazlarını bildiriblər, lakin edilən etirazlara bu günə qədər məhəl qoyulmayıb.
Səs Faylı:
https://www.youtube.com/watch?time_continue=166&v=K6LqHi8SUns
N.S
Türkiyə Yunanıstanı Qərbi Trakya türklərinin iradəsinə hörmət etməyə çağırıb
Kürd partiyasının düşərgəsi vuruldu- SEPAH
BMT-nin İrandakı xüsusi məruzəçisi: Müharibə ölkədə repressiyaları daha da gücləndirib
İranda bir ayda 79 məhbus edam edilib
İran ərəblərinin təşkilatı Azərbaycana dəstək bəyanatı yaydı
Pezeşkian Moskvaya gedir
ABŞ Türkiyə-Livan təklifinin mövcudluğunu təkzib edib: İranın dəstəklədiyi Hizbullah tərksilah olunmalıdır
Urmiya gölünün son vəziyyəti açıqlandı
İranda hicaba görə daha on səkkiz iaşə obyekti bağlandı
İranda daha səkkiz məhbus edam edildi
İki ay ərzində İranda 38 qadın və uşaq öldürülüb
ABŞ diplomatlarını regiondan çıxarır
İranla bağlı Çin və Rusiya ilə əməkdaşlıq edirik- Tramp
İran aviasiyası iflic olub- Səbəb
Həmədanda iş qəzaları- 327 nəfər...
İraq da İranla sərhəddi bağladı
İraq müxalif kürdləri İrana təhvil verəcək- İran səfiri
Qəzvin əyalətində daha 39 nəfər həbs edildi
Sualtı internet kabelləri İranın hədəfinə çevrilə bilər- SEPAH
Beynəlxlq Əfv Təşkilatı İranda edamlarla bağlı bəyanat yaydı
Yunanıstanda Qərbi Trakya türk azlığının 8 ibtidai məktəbi bağlanıb
Ekspertlər Məclisi hicabla bağlı bəyanat yaydı
Güney Azərbaycan şairi Yaqub Əhmədvənd vəfat edib
“Güney Azərbaycan” Türkiyənin yeni dərsliklərində: Təbriz bu diyarın ürəyi kimi təqdim olunur
Bahalıq Allahın və mələklərin işidir? İqtisadi məsuliyyətdən dini bəhanələrlə yayınmaq
İranla müharibə düşünüləndən daha tez başa çatacaq - Tramp
SEPAH Husi hücumlarının istiqamətləndirilməsinə kömək edir- Media
İranda İraq vətəndaşı "casus"luğa görə edam edilib
Danışıqlar davam edir, müharibə ehtimalı azdır- Millət vəkili
Tehranda Azərbaycana qarşı aksiya keçirilib
İranda daha beş qadın öldürülüb
Gəncəyə raket hücumunun ildönümü: Mehriban Əliyeva anım mesajı yayıb
“Traxtur” klubunun və sahibinin irqçi təhqirlərlə bağlı rəsmi reaksiyası
Füzulinin işğaldan azad olunmasının altıncı ildönümüdür
ABŞ-nın İrana hücumu mümkündür - Əraqçı
İran–Pakistan sərhədində ticarət dayandırılıb: minlərlə yük maşını keçid məntəqələrinin açılmasını gözləyir
Beynəlxlq Əfv Təşkilatı İranda edamlarla bağlı bəyanat yaydı
İran Kəşfiyyat Nazirliyi əməliyyat keçirib- Həbs edilənlər var