SON XƏBƏRLƏR

İranda prezident postu ləğv edilə bilər

2021.10.20, 07:36
İranda prezident postu ləğv edilə bilər

Gunaz.tv

GünAz TV: İran parlamentinin mühafizəkar deputatı (millət vəkili) Həmidrza Katuziyan ölkədə prezident postunun ləğv edilməsi, baş nazir postunun bərpa olunması ətrafında danışıqlar getdiyini açıqlayıb.

1989-cu ildə İran İslam Respublikasının (Cümhuriyyətinin) Konstitusiyasında (anayasasında) dəyişiklik edilərək baş nazir postu ləğv olunub. 1979-cu ildə qurulan İran İslam Respublikasının sonuncu (beşinci) baş naziri hazırda ev dustaqlığında saxlanan Mirhüseyn Musəvi olub. O, 1981-ci ildən 1989-cu ilə qədər baş nazir vəzifəsində çalışıb.

GünAz TV mətbuat mərkəzinin “Media forum”a istinadən yaydığı məlumata görə,  deputat Həmidrza Katuziyan 2011-ci il sentyabrın (September) 21-də jurnalistlərə açıqlamasında deyib: “Son vaxtlar siyasi nəzəriyyəçilər arasında belə bir təklif ətrafında müzakirələr gedir ki, “Vəliyi-fəqih” (dini rəhbər ayətullah Əli Xamneyinin mütləqiyyətə söykənən titulu və vəzifəsi) nemətinə malik olan ölkəmizdə prezidentə ehtiyac yoxdur. Ölkədə icra hakimiyyətinə rəhbərliyi parlamentin seçdiyi baş nazir həyata keçirə bilər.

 

 Bu ideya o baxımdan önəm daşıyır ki, icra hakimiyyəti, onun rəhbəri deputatlar qarşısında cavabdeh ola bilər. Prezident postunun ləğv edilərək yerinə baş nazirin gətirilməsi təklifi haqda hazırda güclü siyasi imici (vəchə) olan deputatlar arasında danışıqlar gedir, məsələ hərtərəfli araşdırılır”.

 

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar