SON XƏBƏRLƏR

İran amerikalıları girov qarşılığında buraxdı

2021.10.20, 07:36
İran amerikalıları girov qarşılığında buraxdı

Gunaz.tv

GünAz TV: İran ilə Amerika arasında nüvə proqramlarından sonra ən ciddi problem olan məhbuslar məsələsi həllini tapıb.

Lent.az-ın “trtazerbaycan.com” saytına istinadən verdiyi məlumata görə, İran casusluqda ittiham etdiyi iki amerikalını 1 milyon dollarlıq girov qarşılığında azadlığa buraxıb.

Bu girov məbləği Tehrana İordaniyanın paytaxtı Əmmanda olan amerikalı diplomatlar vasitəsi ilə ödənilib. Amerikalı gənclər də həbsxanada diplomatlara təhvil verilib.

Qeyd edək ki, iki il əvvəl İran-İraq sərhədində casusluq etdikləri iddiası ilə İran əsgərləri tərəfindən həbs olunan 3 amerikalıdan biri keçən il 500 min dollar qarşılığında azad edilib.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar