SON XƏBƏRLƏR

Bir qrup azərbaycanlı fəal, məhbus vəkil Musa Bərzinin ailəsi ilə görüşüb

2021.10.20, 07:36
Bir qrup azərbaycanlı fəal, məhbus vəkil Musa Bərzinin ailəsi ilə görüşüb

Gunaz.tv

GünAz TV: Bir qrup milli-mədəni fəal, hazırda həbsdə olan azərbaycanlı vəkil cənab Musa Bərzinin ailəsi ilə görüşüblər. Görüş Tehranda məhbusun ata evində baş tutub.

 

Sentyabrın 19-da (şəhrivərin 28-də) baş tutan görüş cənab Musa Bərzinin ailəsinin sevincinə səbəb olub və Musa bəyin barəsində olan bəzi nigaranlıqları aradan qaldırıb.

 

Bu günə qədər övladları ilə Təbriz zindanında görüşməyə nail olmayan ailə üzvləri, aclıq aksiyası (etisab-i ğəza) səbəbindən onun ruhi və cismi vəziyyətindən olduqca nigəran olduqlarını bildiriblər.

 

Görüş zamanı Təbriz zindanında cənab Bərzinlə yaxından görüşən soydaşlarımızdan biri, onun barəsindəki ittiham və bəzi xüsusi söhbətləri ilə bağlı məlumat verib və bununlada onun ailəsində nisbi arxayınçılıq yaradıb.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar