SON XƏBƏRLƏR

Zəncanda 3 nəfər öyrənci fəalın tutuqlandığı bildirilir

2021.10.20, 07:36
Zəncanda 3 nəfər öyrənci fəalın tutuqlandığı bildirilir

Gunaz.tv

GünAz TV: Həftənin 2-ci günü (seşənbə günü) Güney Azərbaycanın Zəncan şəhərində Milli Hərəkatın 3 nəfər öyrənci fəalının tutulduğu ehtimal edilir.

 

Təbriz universitetinin öyrəncisi Mehrdad Kərəmi, Azərbaycan pedaqoji universitetinin (tərbiyyət-i müəllim) öyrəncisi Camal Rzayi və Əbhərin azad universitetinin öyrəncisi Xəlil Qulami Zəncanda hazırda həbsdə olan Səid Mətinpurun doğum günü mərasimindən sonra evlərinə qayıtmayıblar. Ehtimal edilir ki, onlar tutuqlanıb.

 

Adını çəkdiyimiz fəalların yaxalanması bu gün Zəncanda keçiriləcək Kütləvi Etiraz Yürüşü ilə əlaqədar ola bilər.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar