SON XƏBƏRLƏR

Zəncan Kütləvi Etiraza hazırlaşır, minlərlə ÇAĞIRIŞ Bildirisi yayılıb

2021.10.20, 07:36
Zəncan Kütləvi Etiraza hazırlaşır, minlərlə ÇAĞIRIŞ Bildirisi yayılıb

Gunaz.tv

GünAz TV: Güney Azərbaycanın Zəncan şəhəri Kütləvi Etiraza hazırlaşır. Urmu Gölü ilə bağlı keçiriləcək Kütləvi Yürüşün bu gün keçiriləcəyi gözlənilir.

 

Artıq bu barədə bir neçə gün öncə Bəyanat və son iki gündə Çağırış Bildiriləri yayılıb.

 

Bildirilərdə Azərbaycanın başqa şəhərlərində keçirilən Kütləvi Etirazlara dəstək verilir və Zəncan əhalisi etirazlara dəvət edilir.

 

Kütləvi Etiraz yürüşündə bu şüarlar səsləndiriləcək:

-Səddləri sındırın , Urmu Gölün doldurun

-Urmu Gölü can verir , Məclis onun qətlinə fərman verir

-Gəlin gedək ağlayaq , Urmu Gölün dolduraq

-Azərbaycan aldanmaz , Boş vədlərə inanmaz

-Urmu Gölü susuzdur , Azərbaycan oyanmasa uduzdu

 

Görüş:

Zaman: 4-cü gün (pəncşənbə günü) sentyabrın 22-ı (şəhrivərin 31-i), Təbriz vaxtı ilə saat 18:00

Məkan: Zəncan, Səbzə meydanı

 

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar