SON XƏBƏRLƏR

Azərbaycanlı fəal Həsən Kərimzadə aclıq aksiyasında (etisab-i ğəza)...

2021.10.20, 07:36
Azərbaycanlı fəal Həsən Kərimzadə aclıq aksiyasında (etisab-i ğəza)...

Gunaz.tv

GünAz TV: Sentyabrın 12-də (şəhrivərin 21-də) təhlükəsizlik qüvvələri tərtəfindən tutulub Ərdəbilin ETTELAAT (İran Kəşfiyyat Nazirliyi) təcridxanasına aparılan azərbaycanlı fəal aclıq aksiyası (etisab-i ğəza) edib.

 

Jurnalist və milli-mədəni fəal cənab Həsən Kərimzadə sentyabrın 14-də (şəhrivərin 23-də) qanunsuz həbs edildiyinə görə aclıq aksiyasına başlayıb.

 

Məlumata görə, adını çəkdiyimiz azərbaycanlı fəal bu barədə telefon vasitəsi ilə öz qardaşına məlumat verib. Həsən bəyin qardaşı onun ağır durumda olduğunu bildirib.

 

Xatırladaq ki, cənab Həsən Kərimzadə bundan öncədə dəfələrlə tutuqlanıb və müxtəlif şəkillərdə təzyiqlərə məruz qalıb.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar