SON XƏBƏRLƏR

İftar mərasimi zamanı tutulanların 15 nəfəri yenidən ETTELAATa qaytarılıb

2021.10.20, 07:36
İftar mərasimi zamanı tutulanların 15 nəfəri yenidən ETTELAATa qaytarılıb

Gunaz.tv

GünAz TV: Bir neçə gün öncə mühakimə edilib və barələrində həbs qərarı çıxarılan tutuqlu milli-mədəni fəallar ETTELAAT (İran Kəşfiyyat Nazirliyi) təcridxanasına köçürülüblər.

 

Onlar Dünən Təbriz zindanından ETTELAAT təcridxanasına köçürülüblər. Hələlil bu köçürülmənin səbəbi bəlli deyil.

 

Qeyd edək ki, Sentyabrın 24-ü (şəhrivərin 2-i) Təbrizin Qumtəpə məsəhəlləsində iftar mərasimi zamanı 29 nəfər azərbaycanlı fəal Tutuqlanıb. Sözü gedən 15 nəfər tutuluqlu o sıradandır.

 

Onlardan 5 nəfəri mühakimə günü polis məmurları tərəfindən döyülüb. Nəticədə tutuqlular diş, əl və ayaq nahiylərindən ciddi xəsarət alıblar. Məlumata görə, qeyd etdiyimiz 5 nəfər yenidən ümumi asayişi pozmaq ittihamı ilə mühakimə olunacaqlar.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar