SON XƏBƏRLƏR

İftar mərasimi zamanı tutuqlanan azərbaycanlı fəalların 15-i barədə məhkəmə hökmü çıxarılıb

2021.10.20, 07:36
İftar mərasimi zamanı tutuqlanan azərbaycanlı fəalların 15-i barədə məhkəmə hökmü çıxarılıb

Gunaz.tv

GünAz TV: Avqustun 24-ü (şəhrivərin 2-i) Təbrizin Qumtəpə məsəlləsində iftar mərasimi zamanı yaxalanan 29 nəfər azərbaycanlı fəalın 15-i barədə məhkəmə qərarı çıxarılıb.

 

Yusif Sələhşur, Əhməd Əlizadə, Yasir Salmanı Rzayi, Əli İmani, Qadir Növruzi, Məhəmməd Əmiri, Cəlil Ələmdar Milani, Məhəmməd Əli Muradi, Əli Sirnak, Fərzad Məhdəvi, Mehdi Mühaciri, Yaqub Rəməzani, Məhəmməd Mahmudi, Əkbər Purhüseyn və Yaqub Kərimi ölkənin təhlükəsizliyi əleyinə cəhd göstərməkdə ittiham olunublar.

 

Adını çəkdiyimiz tanınmış azərbaycanlı fəalların hər biri, 20 ay həbs qərarının icrası 4 il müddətinə asılı (təliq) qalmaq şərti ilə 2 il azadlıqdan məhrum ediliblər.

 

Xatırladaq ki, yuxarida qeyd etdiyimiz milli-mədəni fəallarla birlikdə tutuqlanan digər fəallar, hazırda naməlum vəziyyətdə həbsdə saxlanılırlar.

 

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar