SON XƏBƏRLƏR

Almaniyada yaşıllar partiyası Urmu Gölünün müdafiə edir

2021.10.20, 07:36
Almaniyada yaşıllar partiyası Urmu Gölünün müdafiə edir

Gunaz.tv

GünAz TV: Yaşıllar Partiyasının Almaniya parlamentindəki nümayəndəsi, əslən Güney Azərbaycandan olan Əli Məhcubi Amerikanın Səsi radiosuna müsahibəsində Yaşıllar Partiyasının Urmu gölünün xilası ilə bağlı gördüyü işlər barədə məlumat verib.

İranın daxili və xaricindəki mənbələrin bildirdiklərinə görə Urmu gölünün qurumasına etiraz olaraq Təbriz və Urmu şəhərlərində nümayişlərin qarşısını almaq üçün bu şəhərlərə Tehran və İranın başqa yerlərindən minlərlə rəsmi və mülki paltarda polisin gətirilməsi, çoxsaylı insanın saxlanması, yüzlərlə nümayişçinin təhlükəsizlik qüvvələri tərəfindən döyülməsi, problemə dünyanın diqqət yetirməsinin qarşısını ala bilməyib. Təbriz və Urmu şəhərlərində, o cümlədən  Şərqi və Qərbi Azərbaycan vilayətlərinin başqa şəhərlərində Urmu gölünün xilası məqsədilə təşkil olunan etiraz nümayişləri “ətraf mühiti qoruyaq” devizi altında keçirilir. Güney azərbaycanlılar “Duz sunamisi” adlandırdıqları fəlakətin qarşısının alınmamasının milyonlarla insanın ata-baba yurdunu tərk etməsi ilə nəticələnə biləcəyini deyirlər.

Yaşıllar Partiyasının Almaniya parlamentindəki məsul nümayəndəsi, əslən Güney Azərbaycandan olan  Əli Məhcubi Amerikaın Səsi radiosuna müsahibəsində Yaşıllar Partiyasının Urmu gölünün xilası ilə bağlı bəyanatı, Almaniya hökuməti və Avropadakı digər yaşıllar partiyaları ilə apardığı işlər barədə məlumat verib.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar