SON XƏBƏRLƏR

İranda daha 11 nəfər asılıb

2021.10.20, 07:36
İranda daha 11 nəfər asılıb

Gunaz.tv

GünAz TV: İranda edamlar davam edir. Sentyabrın (September) 17-18-də İranın müxtəlif zindanlarında 11 məhus dar ağacından asılıb.

GünAz TV mətbuat mərkəzinin “Media forum” saytına istinadən yaydığı məlumata görə,  sentyabrın 18-də Kərəc şəhərinin Qızıl hasar zindanında asılan, adları açıqlanmayan 7 nəfərin siyasi motivlərlə (siyasi əngizələrlə) ölümə məhkum olunduğu bildirilir.

Sentyabrın 17-də isə 5 ildir Urmu zindanında saxlanan kürd məhbus Xudadad Rəşidi asılıb. O, dövlət quruluşuna qarşı silahlı mübarizə aparmaqda və Allaha qarşı müharibədə günahlandırılaraq edama məhkum edilmişdi.

Narkotik (müxəddir) maddələrin satışında və qaçaqmalçılığında günahlandırılaraq ölümə məhkum edilmiş 2 nəfər Simnan zindanında, eyni ittihamla ölümə məhkum edilmiş 39 yaşlı məhbus İlyas Babayi Çegini isə Qəzvin şəhərində edam olunub. Sentyabrın 18-də asılan İlyas Babayi Çegini edam ayağına gətiriləndə dar ağacının ipini öpüb.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar