SON XƏBƏRLƏR

Yəməndə üsyançılar hərbi bazanı (payqahı) ələ keçiriblər

2021.10.20, 07:36
Yəməndə üsyançılar hərbi bazanı (payqahı) ələ keçiriblər

Gunaz.tv

GünAz TV: Yəməndə qanlı qarşıdurmanın miqyası genişlənir. Onlarla üsyançının öldüyündən sonra hərbi baza (payqah) ələ keçirilib.

Lent.az-ın “mignews.com” saytına istinadən verdiyi məlumata görə, sentyabrın (September) 19-da prezident Əli Abdulla Salehin istefasını tələb edən minlərlə müxalifətçi Respublika (Cümhuriyyət) Elitar Qvardiyasının (qardının) hərbi bazasını (payqahını) ələ keçirib.

Xatırladaq ki, bir gün öncə hökumət qüvvələri silahsız aksiya (yürüş) iştirakçılarına atəş açıb, nəticədə 26 nəfər ölüb, yüzlərlə insan yaralanıb. Dünən isə müxalifət tərəfə keçən birinci zirehli diviziya (bölmə, bəxş) Respublika Elitar Qvardiyasına məxsus bazaya hücum çəkib və atəş açmadan baza ələ keçirilib. Qvardiya əsgərləri müqavimət göstərməyərək qaçıblar.

Yəmən ticarət və sənaye naziri Xişam Şaraf hökumət qüvvələrinə qarşı döyüşən silahlıları “əl-Qaidə” terror təşkilatı ilə əlaqəli olmaqda ittiham edib. Müxalifət öz növbəsində baş verənlərə görə hökuməti günahlandırır.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar