SON XƏBƏRLƏR

“Mahan Air” şirkətinin İranla Çin arasında uçuşları hələ də davam edir

2021.10.20, 07:36
“Mahan Air” şirkətinin İranla Çin arasında uçuşları hələ də davam edir

Gunaz.tv

GünAz TV: “Fligh Radar 24” saytında “Mahan Air” şirkətinin Tehran- Pekin və əksinə istiqamətdə hələ də uçuşlara davam etdiyi müşahidə edilir.

 

Saytda “Mahan”ın W578 saylı reys ilə uçan təyyarəsinin 3 gün öncə saat 4:40 radələrində Tehranın Xomeyni hava limanındə endiyi görünür. Həmin reys üzrə uçan hava gəmisi “Airbus A340” tipli sərnişin təyyarəsi olub.

 

Yanvar ayının 31-də İranın Səhiyyə naziri Səid Nəməki dövlətin koronavirusun yayılmasına görə Çinlə uçuşların dayandırılması ilə bağlı qərar qəbul etdiyini demişdi. Lakin onun bu sözlərinə rəğmən, nəinki uçuşlar dayandırılmamışdı, hətta İran hava yollarına məxsus təyyarələrin Çin vətəndaşlarını İrana, buradan isə öz vətənlərinə daşıdığı barədə mediada məlumatlar yayılmışdı.

 

Ə.A

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar