SON XƏBƏRLƏR

Yəməndə üsyan yenidən qızışıb, ölənlər var

2021.10.20, 07:36
Yəməndə üsyan yenidən qızışıb, ölənlər var

Gunaz.tv

GünAz TV: Yəmən paytaxtı Sanaada keçirilən yürüş zamanı 26 insanın güllələnməsindən bir gün sonra siyasi iğtişaşlar qızışıb və daha artıq adam ölüb.

Şahidlər deyir ki, təhlükəsizlik qüvvələri yenidən nümayişçilərə atəş açıb. Paytaxt küçələrinə toplaşanlar Prezident Əli Abdulla Salehin istefasını tələb edir.

 

Son zorakı hücumlarda 20-dən artıq insanın öldüyünə dair məlumatlar var.

 

GünAz TV mətbuat mərkəzinin BBC-yə istinadən yaydığı məlumata görə, Hökumət bazar günü törədilmiş qətllərdə əli olmadığını və nümayişçilərə İslamçı qrupun atəş açdığını deyib.

 

Ancaq şahidlər və nümayişçilər hökumətin bəyanatının doğru olmadığını bildirir.

 

Aylardır ki, minlərlə insan cənab Salehi devrimək üçün kampaniya aparır. O, hazırda Səudiyyə Ərəbistanındadır və iyunda (June) törədilmiş bomba partlayışında aldığı yaradan sonra xəstəxanada müalicə olunur.

 

Şahidlər deyir ki, hökumət qoşunları və nümayişçilərə loyal (vəfadar, tərəfkeş) əsgərlər arasında atışma olub.

 

Sanaada yaşayan müstəqil jurnalist Tom Finn Twitterdə yazıb ki, xəstəxanaya gətirilən yaralıların sayı onlarladır və onların çoxunun ayaqlarına güllə vurulub.

 

Reuters agentliyi xəbər verir ki, bazar ertəsi ölənlərdən biri nümayişçilərlə heç bir əlaqəsi olmayan uşaqdır.

 

Onun atası agentliyə (ajansa) deyib: "Mən iki oğlumu avtomobildə qoydum və yemək almaq üçün düşdüm. Böyük uşağın qışqırtısını eşitdim. Balacası başından vurulmuşdu".

 

Frans Press agentliyi şəhərin bir neçə ərazisində zorakılıq hallarının baş verdiyinə, snayperlərin (tək tirəndaz) damlardan nümayişçilərə atəş açdığına dair məlumat yayıb.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar