SON XƏBƏRLƏR

Bakı-Təbriz arasında uçuşlar başlayır

2021.10.20, 07:36
Bakı-Təbriz arasında uçuşlar başlayır

Gunaz.tv

GünAz TV: Bakıdan Təbrizə birbaşa hava reysi (uçuş, pərvaz) açılıb. Bu barədə Trend-ə Kiş Air aviaşirkətinin (hava şirkəti) Təbriz nümayəndəliyinin rəhbəri Nadir Cəvani bildirib.

Onun sözlərinə görə, sentyabrın (September) 20-də ilk uçuş həyata keçiriləcək. Cəvani bildirib ki, «Kiş Air» şirkəti təşkil ediləcək hava reysləri həftədə iki dəfə - çərşənbə axşamı və şənbə günü uçuş həyata keçiriləcək.

Kiş AİR rəsmisi qeyd edib ki, bu uçuş Təbriz-Bakı və Bakı-Təbriz olacaq. Bu hava reyslərində 150 nəfər tutumu olan «Boinq MD» təyyarəsindən istifadə olunacaq. İlk reys üçün 100 nəfər artıq müraciət edib. Gediş və gəliş üçün biletin qiyməti 250 ABŞ (Amerika Birləşmiş Ştatları) dolları civarındadır.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar