SON XƏBƏRLƏR

Amerika mətbuatı: “Hədəfdə İrandır!”

2021.10.20, 07:36
Amerika mətbuatı: “Hədəfdə İrandır!”

Gunaz.tv

GünAz TV: ABŞ-ın nüfuzlu “New York Times” qəzeti Türkiyədə quraşdırılacaq olan raket əleyhinə müdafiə sistemi ilə bağlı məqalə dərc etmişdir.

Məqalədə sistemin əsas hədəfinin İran olduğu bir daha vurğulanır. Məqalə müəllifi ABŞ (Amerika Birləşmiş Ştatları) və NATO-nun yüksək səviyyəli rəsmiləri ilə bu barədə danışdığını və hədəf ölkə kimi İranın adının açıqca qeyd olunduğunu yazmışdır. Bundan təxminən bir həftə əvvəl ABŞ Raket Əleyhinə Müdafiə İttifaqının sədri Riki Ellison da bənzər açıqlama ilə çıxış etmişdir.

Xatrıladaq ki, ABŞ-ın Avropada quraşdırmaq istədiyi RƏM (Raket Əleyhinə Müdafiə) sistemi ilə bağlı mübahisə və müzakirələr uzun illərdir ki, gedir. Uzun müddət Rusiyanın sərt etirazına görə bu sistemin harada və necə qurulacağı ilə bağlı qərar verilmirdi. Keçən il NATO Zirvə Toplantısında nəhayət ki, məsələ ilə bağlı razılığa gəlindiyi açıqlandı. Sistemin əsas hissəsinin Türkiyədə qurulacağı bildirildi. Bu xəbər həm Türkiyə daxilində, həm də qonşu ölkələrdə müəyyən reaksiyaya (əksüləməl)  səbəb oldu. Xüsusuilə İranın reaksiyası sərt olmuşdur. Öz növbəsində Türkiyə isə sistemin İran da daxil olmaqla heç bir ölkə ilə birbaşa əlaqəli olmadığını iddia etmişdir.

Göründüyü kimi rejim öz siyasəti ilə İranı hədəfə, regionu (bölgəni)  isə gərginlik mənbəyinə çevirməyə davam edir. Araztm

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar