SON XƏBƏRLƏR

İranda koronavirus qurbanlarının sayı artır. Ölənlərin sayı 34 nəfərə çatıb. Virusa yoluxanların isə sayı 388 nəfərə yüksəlib

2021.10.20, 07:36
İranda koronavirus qurbanlarının sayı artır. Ölənlərin sayı 34 nəfərə çatıb. Virusa yoluxanların isə sayı 388 nəfərə yüksəlib

Gunaz.tv

GünazTV: “İranda koronavirusdan ölənlərin sayı 34 nəfərə çatıb, virusa yoluxanların isə sayı 388 nəfərə çatıb”.

 

Bu barədə, İran Səhiyyə Nazirliyinin sözçüsü Kiyanuş Cahanpur fevralın 28-də jurnalistlərə açıqlama verib.

 

Cahanpur deyib ki, təkcə cümə axşamı günündən cümə gününə qədər, yəni bir sutkada koronavirusa yoluxanların sayına 143 nəfər əlavə edilib: “Hesab edirik ki, koronavirus qurbanlarının sayının artması prosesi qarşıdan gələn günlərdə də davam edəcək. Bunun səbəblərindən biri də, vətəndaşlardan koronavirusla bağlı test götürən laboratoriyaların sayının armasıdır.

 

Hazırda koronavirusa yoluxanların orta yaş həddi 50-dən, virusdan ölənlərin yaş həddi isə 60-dan yuxarıdır. Həmçinin bundan əvvəl virusa yoluxanlardan 73-ü sağaldıqdan sonra dünən (cümə günü) saxlandıqları karantin və xəstəxanalardan tərxis ediliblər” -deyə, İran Səhiyyə Nazirliyinin sözçüsü Kiyanuş Cahanpur əlavə edib.

 

 Kiyanuş Cahanpur fevralın 27-də mediaya açıqlamasında koronavirusdan ölənlərin sayının 26 nəfərə, ona yoluxanların sayının 245 nəfərə çatdığını bildirmişdi.

 

 

Qeyd edək ki, İranın Səhiyyə Nazirliyi bu günə qədər ölkədə 34 nəfərin koronavirusdan öldüyünü  bildirsə də, qeyri-rəsmi mənbələr, o cümlədən də İranın tibb mərkəzlərində çalışan müstəqil mənbələr, virusdan ölənlərin və ona yoluxanların sayının qat-qat çox olduğunu və hökumətin ölkədə baş verməkdə olan insani faciənin dəhşətli miqyasını xalqdan gizlətməyə səy göstərdiyini bildirirlər.

 

A.M

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar