SON XƏBƏRLƏR

Caddə Savədə yeni Etirazlar barədə ÇAĞIRIŞ vərəqələri yayılıb

2021.10.20, 07:36
Caddə Savədə yeni Etirazlar barədə ÇAĞIRIŞ vərəqələri yayılıb

Gunaz.tv

GünAz TV: Urmu Gölü ilə bağlı keçirilən Kütləvi Etiraz Yürüşləri səngimək bilmir. Bu zəmində Tehranın Caddə Savə şəhərciklərinə yaşayan soydaşlarımız yeni ÇAĞIRIŞ vərəqələri yayıblar.

 

ÇAĞIRIŞ vərəqələrində Urmu Gölünün qurudulmasına yönəlmiş qərəzli siyasət şiddətlə məhkum edilib və Azərbaycanın müxtəlif şəhərlərində keçirilən Etiraz Yürüşləri dəstəklənib.

 

Vərəqələrdə Tehranın Caddə Savə şəhərciklərində yaşayan soydaşlarımız bütün azərbaycanlılarla yekdil olduqlarını bildirib və Urmu Gölü ilə bağlı Kütləvi Etiraz Yürüşü keçirəcəklərini vurğulayıblar.

 

Kütləvi Yürüşdə “Urmu Gölü can verir – Məclis onun qətlinə fərman verir”, “Urmu Gölü susuzdu – Azərbaycan oyanmasa uduzdu”, “Haray Haray mən türkəm”, “Türk dilində mədrəsə - Olmalıdır hər kəsə” və ... kimi şüarlar səsləndiriləcək.

 

Görüşün yeri və zamanı:

Əkbərabad _ 3-cü xirabanın başlanğıcı _ Bələdiyyə (Şəhrdari) binasına tərəf...

2011-ci il sentyabrın 20-i (1390-cı il şəhrivərin 29-u) – Təbriz vaxtı ilə saat 18:00

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar