SON XƏBƏRLƏR

Sentyabrın 10-da (şəhrivərin 19-da) tutulan Sulduzlu fəallardan hələdə xəbər yoxdur

2021.10.20, 07:36
Sentyabrın 10-da (şəhrivərin 19-da) tutulan Sulduzlu fəallardan hələdə xəbər yoxdur

Gunaz.tv

GünAz TV: Urmu Gölü ilə bağlı Sulduzun İmam xiyabanına toplaşan etirazçılar, Sentyabrın 10-da (şəhrivərin 19-da) tutuqlanıblar.

 

Tutuqlanan azərbaycanlı fəallardan hələdə xəbər yoxdur və qanunsuz şəkildə həbsdə saxlanılırlar.

 

Tutuqlananların kimliyi Omran Hüseyni, Əjdər Hacızadə, Haşim Ədib, İskəndər Əli Mirzayi (Araz Sulduzlu), Zeynal Oruci, Həsən Badpeyma, Daryuş Təbbaxi, Əkbərəli Fəthipur (2006-cı il may hadisələri zamanı canını fəda etmiş azərbaycanlı şəhid Hüseyn Fəthipurun atası) və Kərim Fəthipurdan (adını çəkdiyimiz əziz şəhidin qardaşı) ibarətdir.

 

Qeyd edək ki, yuxarıda adlarını çəkdiyimiz tutuqluların əksəriyyəti daha öncə dəfələrlə tutulub və həbs ediliblər.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar