SON XƏBƏRLƏR

Milli-mədəni fəal Siyamək Mirzayiyə qarşı təzyiqlər davam edir

2021.10.20, 07:36
Milli-mədəni fəal Siyamək Mirzayiyə qarşı təzyiqlər davam edir

Gunaz.tv

GünAz TV: Tanınmış azərbaycanlı fəal Siyamək Mirzayi Muğanlu növbəti dəfə dünən, telefon vasitəsi ilə ETTELAAT (İran Kəşfiyyat Nazirliyi) idarəsinə çağırılıb və təhdid edilib.

 

Məlumata görə, cənab Mirzayi bu çağırışları qanunsuz hesab etdiyi üçün məhəl qoymamaqdadır.

 

Həmçinin son günlərdə ETTELAAT məmurları adını çəkdiyimiz milli-mədəni fəalın ata evinə hücum edib və evdə axtarış aparıblar.

 

Xatırladaq ki, cənab Mirzayi mədəni fəaliyyətlərinə görə keçən illərdə dəfələrcə təzyiqlərə məruz qalıb və həbs edilib.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar