SON XƏBƏRLƏR

Qarabağ münaqişəsi BMT-də müzakirə ediləcək

2021.10.20, 07:36
Qarabağ münaqişəsi BMT-də müzakirə ediləcək

Gunaz.tv

GünAz TV: BMT (Birləşmiş Millətlər Təşkilatı) Baş Assambleyasının (məcmə-i ümumi) 66-cı sessiyasının (iclas) 16 sentyabr (September) 2011-ci il tarixində keçirilmiş plenar (came) iclasında sessiyanın gündəliyi qəbul edildi.

Bu barədə Azərbaycanın BMT yanında Daimi nümayəndəliyindən Trend-ə məlumat verilib.

"Azərbaycanın işğal edilmiş ərazilərində vəziyyət" və "GUAM məkanında davamlı münaqişələr və onların beynəlxalq sülh, təhlükəsizlik və inkişafa təsiri" adlı bəndlər sessiyanın gündəliyinə salındı. Bu bəndlərin "Beynəlxalq sülh və təhlükəsizliyin qorunub-saxlanılması" mövzusu altında Assambleyanın plenar iclasında baxılması nəzərdə tutulur.

 

Ermənistan nümayəndəsi iclasın aparılma qaydası üzrə söz götürərək əvvəlki illərdə olduğu kimi ölkəsinin "Azərbaycanın işğal edilmiş ərazilərində vəziyyət" adlı bəndin gündəliyə salınması ilə bağlı ümumi razılığa qoşulmadığını bildirdi. Beləliklə, Ermənistan bu bəndi dəstəkləməyən yeganə dövlət oldu və öz təcavüzkar siyasətinin mahiyyətini və qeyri-konstruktivliyini (qeyri-yararlı) növbəti dəfə nümayiş etdirdi.

 

Baş Assambleyanın 66-cı sessiyasının gündəliyinə həmçinin Azərbaycanın təklif etdiyi "Türkdilli ölkələrin Parlament Assambleyasının Baş Assambleyada müşahidəçi statusu" və Azərbaycan, Qazaxıstan, Qırğızıstan və Türkiyənin təklif etdiyi "Türkdilli dövlətlərin Əməkdaşlıq Şurasının Baş Assambleyada müşahidəçi statusu" adlı bəndlər salındı. Bu bəndlərə "Təşkilat, inzibati və digər məsələlər" mövzusu altında Assambleyanın hüquqi məsələlərlə məşğul olan Altıncı Komitəsində baxılması nəzərdə tutulur.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar