SON XƏBƏRLƏR

Cümə günü Suriyada yenə qan töküldü

2021.10.20, 07:36
Cümə günü Suriyada yenə qan töküldü

Gunaz.tv

GünAz TV: Suriyada cümə günləri keçirilən növbəti "qəzəb günü" də qansız ötüşməyib.

Suriya hüquq müdafiəçiləri assosiasiyasının (qurum,  əncümən) məlumatına görə, ötən gün nümayişlərdə 34 nəfər öldürülüb. "Aljazeera" telekanalı isə azı 20 nəfərin öldürüldüyünü bildirir.

 

Müstəqil mənbələrin məlumatına görə, polislər paytaxt Dəməşqlə yanaşı, Duma, Xoms, Hama, Deyr-əz-Zor şəhərlərində də anti-hökumət nümayişlərini dağıdıblar.

 

 Suriyanın dövlət telekanalı isə ölkədə kütləvi nümayişlər zamanı polislə nümayişçilər arasında hər hansı toqquşmanın və güc tətbiqinin qeydə alınmadığını xəbər verir.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar