SON XƏBƏRLƏR

GünazTV March.05.2020: Bu Amerika Birləşmiş Ştatlarının Dövlət Departamentində, ölkənin birinci xanımının iştirakı ilə, Dünyanın Cəsarətli qadınlarını mükafatlandırdı.

2021.10.20, 07:36
GünazTV March.05.2020: Bu  Amerika Birləşmiş Ştatlarının Dövlət Departamentində, ölkənin birinci xanımının iştirakı ilə, Dünyanın Cəsarətli  qadınlarını mükafatlandırdı.

Gunaz.tv

Bu Amerika Birləşmiş Ştatlarının Dövlət Departamentində, ölkənin birinci xanımının iştirakı ilə, Dünyanın Cəsarətli  qadınlarını mükafatlandırdı. Dövlət katibi Pompeo və birinci xanım Melena Truampın iştirak etdiyi toplantıda dünyada müstəsna cəsarət göstərən qadınlar toplanmışdı. Dövlət Katibi Pompeo dedi ki, dünyanın harasında olmasından asılı olmayaraq Amerika cəsur qadınlara dəstək olacaq.

 “Qadınlar indi təkcə müzakirələrdə deyil, həm də biznes sahəsində aktiv olmaq istəyirlər.Dünyaya bu gün güclü qadınlar lazımdı. Hansıki o qadınlar hər bir anda risklər götürməyə hazırdılar. Bu gün mükafata layiq  görülənlər məhz o cəsarəti nümayiş etdirənlərdir”.

Mükafat alanlar sırasında Azərbaycanlı vəkil Şəhla Hümbətova da var idi. Amerikanın birinci xanımı ilə  eyni masanı bölüşən Şəhla Hümbətova bu mükafata Azərbaycanda insan hüquqların müdafiəsində  göstərdiyi cəsarətə görə layiq görüldü. 2013-cü ildən vəkil kimi fəaliyyət  göstərən Şəhla Hümbətova daha cox təzyiqlərə məriz qalan insanların haqqını qoruyub.O, bu fəaliyyəti zamanı  təhdidlərə məruz qalsada yolundan dönməyib. Amerika dövlət  departamenitinin açıqlamasında belə deyilir. Xanım, Melana  Truampda bu mövzuda danışarkən qadınları ruhlandıran çağırışlar etdi.

 “Mən 4 ildir bu toplantılara qatılıram. Burda mükafat alan qadınların möhtəşəm və cəsur həyat hekayələrindən qürurlanıram. Bu qadınlar bir çox halda qorxunun hətta  terrorun düz üzünə baxırlar.Bu qadınlar  dünyadakı qadının gücünü göstərir. Amerikanın birici xanımı kimi ölkəmin qadınlar üçün yaratdığı şəraitlə qürur duyuram. Mən fəxr edirəm ki, bu qadınlar dünya qadınlarına, qadın gücünü bir daha nümayiş etditir. Burda mükafat alan xanımlar, başqaları üçün öz  şəxsi təhlükəsizliklərini riskə atıblar”

 Yalnız 12 ölkədən seçilən  cəsarətli qadınlar , dünyada o cümlədən hakimiyyətlər tərəfindən təqib və təzyiqlərə məruz qalmalarına baxmayaraq  yollarından dönməyiblər. Mükafat artıq 14-cü ildir verilir. Məqsəd dünyada sülh, ədalət, insan haqları, gender bərabərliyi, qadınlara səlahiyyət verilməsi üzrə müstəsna cəsarət və liderlik göstərən, bunu adətən böyük şəxsi risk və qurban verərək edən qadınları tanımaqdır. 2007-ci ilin martından bəri Dövlət Departamenti 73 ölkədən 146 qadını bu mükafata layiq görüb.Bu il Beynəlxalq Cəsarətli Qadın mükafatına layiq görülənlər sırasında Əfqanıstandan keçmiş mer Zarifa Qafari, Ermənistandan jurnalist Lüsi Koçaryan, Boliviyadan jurnalist Ksimena Galarza və digərləri var idi.

 

Qənirə Ataş, GünazTV, Vaşinqton.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar