SON XƏBƏRLƏR

GünazTV March.06.2020: Amerikanın Xarici İşlər naziri Mark Pompeo bu gün Dövlət Departamentində jurnalistlərin suallarını cavablandırdı.

2021.10.20, 07:36
GünazTV March.06.2020: Amerikanın Xarici İşlər naziri Mark Pompeo bu gün Dövlət  Departamentində jurnalistlərin suallarını cavablandırdı.

Gunaz.tv

Amerikanın Xarici İşlər naziri Mark Pompeo bu gün Dövlət  Departamentində jurnalistlərin suallarını cavablandırdı. Karona virusu ilə mübarizə, İran, Əfqanıstan və Türkiyənin Suriyada apardığı əməliyyatlar  mətbuat konfransının əsas mövzusu oldu. Onun acıqlamalarında ən cəlbedici məqam isə Türkiyə barədə dedikləri idi. Amerikanın Dölət katibi açıq  şəkildə söylədi ki,  Nato müttəfiqi olan Türkiyə özünü qorumaq üçün bütün haqlara sahibdir. Pompeo, Rusya, Əsəd rejimi və İranın, hazırladığı hücumlarda, İdlibdəki yüz minlərlə mülki insanın zərər gördüyünü dedi.Onun nitqində əsas vurğusu isə Türkiyə oldu.O, rəsmi Ankaranı  2018-ci ildə   Rusiya ilə imzaladığı Soçi razılaşmasından geri çəkilməyə cağırdı və Suriyada atəşkəs elan etməyi məsləhət gördü. Türkiyənin də Amerikadan bəzi tələbləri olub.  

"Türk höküməti bizdən bəzi tələblər edib.Bu dəqiqiə bütün istəklərini öyrənirk. Müdafiə nazirliyi komandası ilə  bərabər  bütün tələbləri araşdırır. Bölgədə daha az şiddət daha çox sülh əldə etmək üçün bu böyük humanitar böhranının ,dayandırılmasının ən yaxşı  yolunu araşdırırıq. NATO ortağımız Türkiyənin,Əsed rejimi, Ruslar və İranlılar tərəfindən Suriyadkı  risklərə qarşı özünü müdafiə  haqqına sahib olduğuna inanırıq "

Amerikanın  Birləşmiş Millətlər Təşkilatındakı nümayəndəsi  Kelly Craft və  Birləşmiş Ştatların  Suriyə  üzrə xüsusi  təmsilcisi James Jeffrinin  Türkiyədəki təmaslarını   xatırladan  Pompeo, dedi ki, səfirlər  Craft və  Jeffrey, bu dəqiqə  İdlibdə və Türkiyənin güney bölgələrindəki humanitar  böhranı azaltmaq üçün yollar axtarır.Onlar bu mövzuda Amerika  və Avropa mənbələrini bir araya gətirməyin yollarını araşdırır. Amerikanın Dövlət Katibi İran mövzusunda da jurnalistlərin suallarına cavab verdi. Beynəlxalq atom enerjisi üzrə agentliyinin İranla bağlı hesabatına toxunan Pompeyonun dediklərini eşidək.

"Keçən həftə atom enerjisi üzrə agentlik İran  nüvə proqramı və  nüvə fəaliyyətinə dair hesabat açıqladı. Onlar bildirdi ki, İran nüvə materiallarına sahibdir və onlar danışıqlarda nüvə fəaliyyətinə dair məlumatları gizlədirlər. İran İslam rejimnin məlumatlarını gizlətməsi onların Atom Enerji təşkilatı ilə olan razılaşmasını pozur. Rejim dərhal Atom Enerjisi üzrə beynəlxalq təşkilatla  əməkdaşlığa başlamalıdır. "

Pompeyo rəsmi Tehrana xitabən dedi ki, İran Atom enerjisi üzrə beynəlxalq təşkilatın bütün   tələblərinə   uyğun  addımlar atmalıdır. Onun sözlərinə görə, İran barəsindəki son hesabat çox qorxuncdur. Pompeyo İranın nüvə fəaliyyəti ilə bağlı məlumatlarını  gizlətməsini Ukraynaya məxsus sərnisin təyyarəsini vurması ilə də bənzətdi.

Qənirə Ataş, Günaz TV,Vaşinqton.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar