SON XƏBƏRLƏR

Zaur Qəriboğlu: “Ziyalıların toplu şəkildə güney məsələsinə etiraz etməməsi, məni narahat edir”- Müsahibə

2021.10.20, 07:36
Zaur Qəriboğlu: “Ziyalıların toplu şəkildə güney məsələsinə etiraz etməməsi, məni narahat edir”- Müsahibə

Gunaz.tv

GünAz TV mətbuat mərkəzinin növbəti müsahibi, yazıçı – publisist (qəzetəci), AYB üzvü, Azərbaycan Respublikası (Cümhuriyyəti) Prezidentinin fərdi təqaüdçüsü Zaur Qəriboğludur.

 

 

- Urmu hadisələrini izləyirsinizmi? Sizcə, bu gün Güney Azərbaycanda nə baş verir?

 

- Bəli izləyirəm. Zənnimcə, ümumiyyətlə güney Azərbaycanda hər zaman fars rejimi Azərbaycan türklərinə düşmən mövqedən yanaşıb, bu gün də həmin düşmən mövqeyini açıq-açığına ortalığa qoyub. Rejimdən başqa nəsə gözləməyə dəyməz. Çünki nə qədər ki, Azərbaycan türkləri İranda yaşayırlar, fars rejiminin onlara qarşı eyni münasibətinin şahidi olacağıq. Düşünürəm ki, hadisələrin bunda sonra da gərginləşmə ehtimalı böyükdür.

 

- İran rejimi nədən Azərbaycan türklərinin varlığından bu qədər narahatdır və üstəlik, əsəbini, hirsini Quzey Azərbaycanın üstünə tökmək istəyir?..

 

- Ona görə ki, Azərbaycan türkü hər zaman fars rejimi üçün açıq təhlükədir. Onlar da bu təhlükənin qarşısını almaq üçün hər cür vasitəyə əl atmaqdan çəkinmirlər. İranın müstəqil Azərbaycanın varlığından qorxur və ona qarşı ideoloji-siyasi müharibə elan edib. Tehrandan gələn sərt bəyanatlar da  bunu açıq aydın göstərir. İran üzdə özünü nə qədər dost və mehriban kimi göstərməyə çalışsa da, bunun arxasında səmimi münasibət durmur. Bu gün müstəqil Azərbaycanın var olması, İran rejimi üçün qorxu vahiməsi yaradır.

 

- Bu gün Azərbaycan ziyalılarının güney məsələsində mövqeyi sizi qane edirmi?

 

- Son vaxtlar gənclərin İranın Azərbaycandakı səfirliyinin qarşısında keçirdikləri etiraz aksiyalarını (yürüşlərini) müsbət qarşılamaq olar. Fəqət, ümumi ziyalıların toplu şəkildə bu məsələyə etiraz etməməsi, məni narahat edir. Zənnimcə, burada da təşkilatlanmaq gərəkdir. Çünki biz öyrənmişik ki, kimsə təşkil etsin, biz də hazırnan – hazır, gedək, sözümüzü deyək.

 

- Nə etmək lazımdır ki, ziyalılarımız ümummilli məsələlərdə birlik ortaya qoysunlar?

 

- Yalnız təşkilatlanmaq gərəkdir. Mən inanıram ki, təşkilatlanma olarsa, çox sayda ziyalı bu aksiyaya qoşulacaq. Çünki bütün məsələlərin kökündə bu amil durur.

 

Söhbətləşdi: Elnur Eltürk

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar