SON XƏBƏRLƏR

Əhmədinejada görə Kolumbiya Universitetinin rektoruna cinayət işi açılacaqmı?

2021.10.20, 07:36
Əhmədinejada görə Kolumbiya Universitetinin rektoruna cinayət işi açılacaqmı?

Gunaz.tv

GünAz TV: İran prezidenti Mahmud Əhmədinejad  BMT-nin (Birləşmiş Millətlər Təşkilatı) baş toplanısında iştirakı çərçivəsində Nyu-Yorka səfəri zamanı yerli Kolumbiya Universiteti tələbələrinə nahar süfrəsi açıb.

Universitetdəki BMT modelinə uyğun beynəlxalq münasibətlər şurasının 15 iştirakçısı bu yeməyə dəvət edilib.

 

Qonaqlığa dəvətlilər sırasında  universitetin rektoru (rəisi) Li Bollinger də olub. Yaxınları terror qurbanı olan yəhudi ABŞ (Amerika Birləşmiş Ştatları) vətəndaşları bu ali təhsil ocağının rektoruna xəbərdarlıq məktubu ünvanlayıblar. Onlar bildirib ki, universitet təhrəbliyinin İran prezidenti təntənəli qəbulu ilə bağlı mülki və cinayət işinin qaldırılmasına hazırlaşırlar.

 

Zərəçəkənlərin müraciətində İran prezidentinin universitetə dəvəti terroru dəstəkləyən Tehran rejiminin təbliğinə yardım etmək məqsədi güdüldüyü vurğulanıb.

 

Xatırladaq ki, 4 il öncə də oxşar olay baş vermişdi.İran prezidenti Mahmud Əhmədinejadı Nyu-Yorkda, Kolumbiya Unversitetində qarşılanmışdı. Onda universitetin rektoru Li Bollinger demişdi ki,rəqibin də fikrini öyrənmək lazımdır.

 

Əhmədinejad bu universitetdə sərt fikir və etirazlarla deylimişdi.Həmin universitetdə Əhmədinejada verilən suallardan biri insan haqları, o cümlədən cinsi azlıqlarla bağlı olmuşdu. İran və Amerika mətbuatında bu məsələyə geniş yer ayrılmışdı.

 

Qeyd edək ki,  Amerika səfərindən sonra İranın hökumət başçısı «İsraili SSRİ-nin (keçmiş Şurəvi) aqibəti» gözləyir demişdi.

 

Universitetdə uyğun suala cavabında o, «İranda cinsi azlıq yoxdur»-deyə söyləmişdi. Bu auditoriyanın (iclas iştirakçılarının) gülüşünə səbəb olmuşdu.

 

Yeri gəlmişkən xatırladaq ki, universitetdə cinsi azlıqların edam olunması ilə bağlı sualı cavablandıran Əhmədinejad yalnız ağır cinayət işlədənlərin və narkotik maddələrin (müxəddir maddələrin) alveri ilə məşğul olanların bu hökmlə cəzalndığını demişdi.

Sədrəddin Soltan

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar