SON XƏBƏRLƏR

Ramin Rzayi Urmunun ETTELAAT idarəsinə köçürülüb

2021.10.20, 07:36
Ramin Rzayi Urmunun ETTELAAT idarəsinə köçürülüb

Gunaz.tv

GünAz TV: Güney Azərbaycanın Tikantəpə (Tikab) şəhərində fəaliyyət göstərən mədəni fəal Ramin Rzayi Urmu şəhərinin ETTELAAT idarəsinə intiqal edilib.

 

Ramin Rzayi sentyabrın 6-ı (şəhrivərin 15-i) Tikantəpənin ETTELAAT (İran Kəşfiyyat Nazirliyi) məmurları tərəfindən tutuqlanıb, 1 həftə saxlanıldıqdan sonra iki gün öncə Urmunun ETTELAAT idarəsinə köçürülüb. Məlumata görə, asma (asm) xəstəliyindən əziyyət çəkən Raminin ailəsi bu günə onun vəziyyəti barəsində heç bir məlumata malik deyillər.

 

Xatırladaq ki, Tikantəpə fəallarından olan Ramin Rzayi, Qoşaçay (Miyandoab) azad universitetinin öyrəncisidir.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar