SON XƏBƏRLƏR

GünazTV March.06.2020: Amerikanın Xarici İşlər naziri Mark Pompeo bu gün Dövlət Departamentində jurnalistlərin suallarını cavablandırdı.

2021.10.20, 07:36
 GünazTV March.06.2020: Amerikanın Xarici İşlər naziri Mark Pompeo bu gün Dövlət  Departamentində jurnalistlərin suallarını cavablandırdı.

Gunaz.tv

Amerikanın Dövlət Departamenti dünyadakı insan  haqqları ilə  bağlı illik  hesabatını açıqladı. Dövlət  Departamentində təşkil olunan  mətbuat  konfransıda katib Mayk  Pompeo  çıxış  edərək dedi ki, 44 ildirki Amerika dünyanın ən düzgün faktlarını açıqlayır. Dövlət  Departamentinin əməkdaşlarının  və  diplomatlarının  yerli ekspertlərlə  birlikdə  hazırladığı  sənədi,dünya   üçün gərəkli hesabat adlandıırdı. Çətin bir prosses  keçərək hazırlanan sənəd insanlarən yaşadığı çətinlikləri göstərir. Pompeo dedi ki, məhz  belə missiyalar Amerikanı daha güclü edir və dünyada ədaləti bərpa etməyə kömək olurlar.

“Biz ugurlu  insanlarıq  ki, ölkəmizdə bölünməz  haqqlarımız  var. Amma biz, hamımız bilirik ki, həyat, azadlıq  və xoşbəxtlik  axtarışı  haqqları  təkcə Amerikalılara məxsus deyil. Bu haqqlara hamı sahibdir. Bu gün bu hesabat, insan haqqlarınınn pozuldugu  yerlərə işıq salır. Mən bir necə  misal da deyə  bilərəm. İnsan haqqları pozuntusuna  xüsusən  Çin, Venesuella, İran və Kubada   rast gəlinir”

Pompeyo dedi ki, Çin hökuməti insanların dini azadlıqlarına müdaxilə edərək onları həbsə salır. Dövlət  Katibi Uyğur  Türklərini nəzarət  komplarına yerləşdirən Çin hökumətini kəskin tənqid  etdi

“Çinin komunist partitasının Xinjanda  etdiyi hərəkətlər əsirin qara ləkəsidir. Onlar  orda etdiklərini jurnalistləri hədələməklə gizlədirlər. Daha azad  gələcək istəyən insanlar  isə bu zorakılıqlarla  üzləşir.Məsələn Vanq Menyu adlı sadə çinli sadəcə polis  departamentinin qarşısında dayanaraq azad  seçki istəmişdi. Polis onu həbsə atdı  və 3  aydan sonra onun ailəsinə öldüyü  barədə  xəbər gəldi.”

Mayk Pompeo  Iran Islam Respublikasında insan haqllarının dözülməz olduğunu söylədi. O, İran rejiminin dünya və insanlıq  üçün təhlükəli davranışlarını faktlarla açıqladı. Məsələn, dünyanın da qətlinə üzüldüyü Pouya Bəxtitarinin façiəsindən danışdı. Sülh sevər gənc  mühəndis,  haqqını tələb etdiyi ücün SEPAH qüvvələri tərəfindən ölüdürülüb.

Belə zorakılıqlar  İranda çoxdur. Bir  neçə  ay əvvəl Bəxtiyari haqqında danışmışdım. O gənc  mühəndis  idi. O, da minlərlə etirazçı  ilə  birgə  rejimə qarşı  etiraz  edirdi. Onun anası Nahidi  də oğulunun yanında idi. Günün sonunda isə artıq  o, anasının yanında addımlamırdı. Nahid  27  yaşlı oğlunun bədənini qolları arasında saxlayırdı. Rejim qüvvələri Bəxtiyarini başından gülələmişdirlər. İran hakimiyyəti  onun dəfininə  belə şərait  yaratmadı. Ailə  üçün dəhşətli yuxu  davam etdi. O dəfn olunarkən onun 14  yaşlı qohumu da  daxiil olmaqla  bütün ailəsi həbs edildi. İndi isə ailə ev  həbsində  saxlanılır.

Pompeo  İiran əhalisinə və xüsusən də gənclərə  səslənərək dedi ki, möhkəm olun!Amerika  Bəxtiyari kimi insanların haqqının pozulmasını  unutmur  və onların  mücadiləsi üçün çalışır.

Qənirə Ataş, Əhməd Haşimi,GünAz TV, Vaşinqton.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar