SON XƏBƏRLƏR

Rəsmi Tehran amerikalılarla bağlı qərar vermədiyini deyir

2021.10.20, 07:36
Rəsmi Tehran amerikalılarla bağlı qərar vermədiyini deyir

Gunaz.tv

GünAz TV: İran casusluqda ittiham olunan iki amerikalının dərhal azad olunacağına dair qərarın verilməsi barədə məlumatları təkzib edib. Bu barədə İranın dövlət mediası xəbər yayıb.

 

İranın ingilis dilli Press TV kanalı ölkə rəsmisinə istinadla xəbər yayıb ki, iki amerikalı - Shane Bauer və Josh Fattal həbsxanada hələ bir müddət saxlanacaqlar.

 

Prezident Mahmud Əhmədinejad çərşənbə günü bəyan etmişdi ki, amerikalılar bir neçə gün ərzində buraxılacaqlar.

 

Onlar 2009-cu ildə həbs olunublar və ötən il oxunmuş hökmlə casusluqda təqsirli bilinərək 8 il müddətinə həbs cəzası alıblar. BBC

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar