SON XƏBƏRLƏR

Türkiyə İranı vecinə almadı

2021.10.20, 07:36
Türkiyə İranı vecinə almadı

Gunaz.tv

GünAz TV: ABŞ (Amerika Birləşmiş Ştatları) Türkiyədə raket əleyhinə müdafiə radarı quraşdıracaq.

Dünən Türkiyə və ABŞ (Amerika Birləşmiş Ştatları) arasında Türkiyənin Malatya şəhəri yaxınlığında NATO-nun raket əleyhinə müdafiə radarının quraşdırılması barədə saziş bağlanıb.

ANS PRESS “Todays Zaman”a istinadən bildirir ki, Suriya ilə sərhədin yaxınlığında tikiləcək radar İran ərazisindən raketlərin buraxılması barədə erkən xəbərdarlıq üzrə Avropa radar sisteminə daxil olacaq.

 

 Radar Amerika hərbi gəmilərinə yaxınlaşan təhlükə barədə məlumatlar verəcək. Onlar isə raketlərin məhv edilməsi üçün tədbirlər görəcəklər.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar