SON XƏBƏRLƏR

İranda daha 23 nəfər dar ağacından asılıb

2021.10.20, 07:36
İranda daha 23 nəfər dar ağacından asılıb

Gunaz.tv

GünAz TV: Məhkum olunmuş şəxslərin 15-i Türbəti Cam zindanında, 5-i Simnan əyalətində (ostanında) icra edilib. Daha 3 nəfər isə Qum şəhərində dar ağacından asılıb.

İranda narkotik maddələrin (müxəddir maddələrin) satışı və qaçaqmalçılığında günahlandırılaraq ölümə məhkum edilən 23 nəfər dar ağacından asılıb.

GünAz TV mətbuat mərkəzinin “Media forum”a istinadən yaydığı məlumata görə, edama məhkum olunmuş şəxslərin 15-nin hökmü sentyabrın (September) 12-si Türbət-i cam zindanında, 5-nin hökmü isə həmin gün Simnan əyalətində icra edilib. Sentyabrın 13-də daha 3 nəfər İranın Qum şəhərində dar ağacından asılıb.

Edam edilənlərin kimliyi açıqlanmayıb.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar