SON XƏBƏRLƏR

İbrahim Savalan (Rəşidi) azadlığa buraxılıb, onun Veblaqı isə qapadılıb

2021.10.20, 07:36
İbrahim Savalan (Rəşidi) azadlığa buraxılıb, onun Veblaqı isə qapadılıb

Gunaz.tv

GünAz TV: Öz ata evində tutuqlanan tanınmış azərbaycanlı fəal, jurnalist və insan haqları müdafiəçisi İbrahim Savalan (Rəşidi) 2 gün saxlanıldıqdan sonra azadlığa buraxılıb.

 

Dünən 3-cü gün (çaharşənbə günü) sərbəst buraxılan milli-mədəni fəal Meşkinşəhr (Xiyav) ETTELAATının (İran Kəşfiyyat Nazirliyi) təcridxanasından azadlığa buraxılıb.

 

Adını çəkdiyimiz azərbaycanlı fəal tutuqlanarkən, onun şəxsi Veblaqı (i-savalan.blogfa.com) təhlükəsizlik orqanları tərəfindən filtr edilib (istifadəsinə qadağa qoyulur), sonra isə təmami ilə serverdən silinib.

 

Xatırladaq ki, İbrahim Savalan sentyabrın 12-ı (şəhrivərin 21-i) öz ata evində təhlükəsizlik qüvvələri tərəfindən tutuqlanıb və naməlum istiqamətə aparılmışdır.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar