SON XƏBƏRLƏR

İranın Azərbaycandakı səfirliyi qarşısında növbəti etiraz aksiyası (Göstərisi) keçirilib

2021.10.20, 07:36
İranın Azərbaycandakı səfirliyi qarşısında növbəti etiraz aksiyası (Göstərisi) keçirilib

Gunaz.tv

GünAz TV: Aksiya (Göstəri) iştirakçıları İran hökumətindən Urmu gölünün qurudulmasının qarşısını almağı tələb ediblər.

 

Bu gün Azərbaycan Milli İstiqlal Partiyasının bir qrup üzvü İranın Azərbaycandakı səfirliyi qarşısında etiraz aksiyası (Göstərisi) keçirməyə cəhd göstərib. ANS TV-nin məlumatına görə, aksiya Bakı şəhər İcra Hakimiyyətinin icazəsi olmadan keçirildiyindən polis onun qarşısını alıb. Buna baxmayaraq, piket (dəstək göstərisi) iştirakçıları səfirlik binasından aralıda piketin qətnaməsini oxuyublar.

 

Aksiya iştirakçıları İran hökumətindən Urmu gölünün qurudulmasının qarşısını almağı, Təbriz və Urmuda keçirilən aksiyalar zamanı həbs edilənlərin azadlığa buraxılmasını tələb ediblər. Piketin qətnaməsi İran səfirliyinə təqdim edilib.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar