SON XƏBƏRLƏR

Suriya əhalisi Rusiyaya qarşı Mitinq keçirib

2021.10.20, 07:36
Suriya əhalisi Rusiyaya qarşı Mitinq keçirib

Gunaz.tv

GünAz TV: Kremlin Əsəd rejimini qoruması kütləvi qırğına məruz qalan suriyalıları qəzəbləndirib.

Rusiyanın aylardır öz xalqını qıran Suriya rejimini müdafiə etməsi suriyalıları boğaza yığıb. Xəbərlərə görə, dünən Suriya müxalifəti Rusiyaya qarşı “qəzəb günü” elan edib və ölkənin bir çox şəhərlərində yüz minlərlə insan küçələrə çıxaraq Moskvanın Əsəd rejimini qorumasına qarşı etiraz bildirib. Etirazların təşkilatçıları Facebook sosial şəbəkəsində bildiriblər ki, Rusiya Suriya rejimini dəstəkləməklə onları öldürür.

“Rusiya hökuməti bizi qətlə yetirir. Suriya rejimini dəstəkləməyin” deyə, internetdə müxalifətçilər adından rus dilində yazılıb. Çağırışda deyilir ki, Rusiya BMT (Birləşmiş Millətlər Təşkilatı) Təhlükəsizlik Şurasındakı mövqeyi ilə suriyalıların qanına bais olur: “Rusiya, sənə inanan insanların kütləvi şəkildə qırılmasına göz yumma! Biz yaraqlı deyilik, dinc insanlarıq! Sadəcə, azad yaşamaq istəyirik! Əsəd rejimi də Stalin rejimi kimidir, axırı çatıb”.

Xəbər verildiyi kimi, Rusiya BMT-də Suriya rejiminə qarşı sərt sanksiyaları (təhrimləri) nəzərdə tutan qətnamənin qəbuluna imkan vermir. Rəsmi Moskva öz mövqeyini belə əsaslandırır ki, hadisələrin Liviyadakı (Libidəki) kimi inkişafını istəmir. Bununla belə, Rusiya Suriyada mümkün rejim dəyişikliyinə də hazır olmaq istəyir və bu ölkədə müxalifət qrupları ilə təmas qurur. Lakin hazırda Rusiya Suriya rejiminin ən etibarlı müttəfiqi sayıla bilər. Rusiya Əsəddən üz döndərsə, onun rejiminin sonu sürətlə yaxınlaşa bilər. Prezident Dmitri Medvedyev bir gün əvvəl Moskvada Britaniya baş naziri Devid Kemeronla keçirdiyi brifinqdə (quzariş) deyib ki, onun ölkəsi Suriyaya qarşı sanksiyalara tərəfdardır: “Lakin elə qətnamə qəbul etmək lazımdır ki, balanslı olsun və hər iki tərəfə-həm müxalifətə, həm hakimiyyətə ünvanlansın”. Prezident Medvedyev Suriya rejimini ilk dəfə onda tənqid edib ki, Hama şəhərində ordu yüzlərlə insanı qətlə yetirib. O zaman Medvedyev demişdi ki, əgər Əsəd xalqın tələblərini eşitməsə onu “acınacaqlı sonluq” gözləyir. Hazırda Suriyada ordunun xalqa divan tutması davam etməkdədir. Əsəd rejimi Homs, Dəraa, Deyr əz-Zor şəhərlərinə yenidən ordu yeridib, son bir neçə gündə onlarla nümayişçinin qətlə yetirildiyi bildirilir.  Yeni müsavat

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar