SON XƏBƏRLƏR

Mahmud Əhmədinejad Ərdəbil əyalətinə gəlib

2021.10.20, 07:36
Mahmud Əhmədinejad Ərdəbil əyalətinə gəlib

Gunaz.tv

GünAz TV: İran İslam Respublikasının (Cümhuriyyətinin) prezidenti Mahmud Əhmədinejad ABŞ-a (Amerika Birləşmiş Ştatları) səfərdən qayıtdıqdan sonra bu gün Azərbaycan Respublikası ilə həmsərhəd Ərdəbil əyalətini ikigünlük ziyarətə çıxıb.

 

İranın «Radiopayam» radiosunun məlumatına görə, o, səfərin ilk günü əyalətin Xalxal, Kövsər, Nir rayonlarını (məntəqə, şəhər), ikinci gün isə Parsabad (Muğan), Güney Biləsuvar, Germi, Meşkinşəhr və Nəmində olacaq.

 

Səfərin sentyabrın (September) 16-da yekunlaşması (sona çatacağı) nəzərdə tutulub.

 

 Xatırladaq ki, Urmu gölünün qurumasına Tehran hakimiyyətinin laqeyd münasibətinə etiraz olaraq, əyalətin mərkəzi Ərdəbildə də aksiya (yürüş) keçirilib. Əyalət üzrə çoxlu sayda tutulanların olduğu haqda məlumatlar yayılıb. Lent.az

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar