SON XƏBƏRLƏR

İftar mərasimi zamanı tutuqlanan azərbaycanlı fəalların hamısı Təbrizin mərkəzi zindanına köçürülüb

2021.10.20, 07:36
İftar mərasimi zamanı tutuqlanan azərbaycanlı fəalların hamısı Təbrizin mərkəzi zindanına köçürülüb

Gunaz.tv

GünAz TV: Avqustun 24-ü (şəhrivərin 2-i) Təbrizin Qumtəpə məhəlləsində İftar mərasimi zamanı 30 nəfər tanınmış azərbaycanlı fəal, hücuma məruz qalaraq tutuqlanmışdır.

 

Bir neçə gün sonra onlardan 15 nəfəri Təbrizin mərkəzi zindanı, qalanı  isə ETTELAAT təcridxanasına intiqal verilmişdir. Son məlumata görə, sentyabrın 13-də (şəhrivərin 22-də) digər tutuqlularda 20 gün təknəfərlik kameralarda (sellularda) saxlanıldıqdan sonra Təbrizin mərkəzi zindanına köçürülüblər.

 

Qeyd edək ki, bir neçə gün öncə Təbrizin İnqilab Məhkəməsi, sözü gedən tutuqluların 17-ni komanda (tim) evi təşkil etməkdə suçlayaraq, 4 ay həbs və 4 il müddətinə 20 ay asılı (təliqi) həbsə məhkum edib.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar