SON XƏBƏRLƏR

Qoşaçayda Səccad Cavadi tutuqlanıb

2021.10.20, 07:36
Qoşaçayda Səccad Cavadi tutuqlanıb

Gunaz.tv

GünAz TV: Güney Azərbaycanda azərbaycanlı fəallara qarşı təzyiqlər davam edir. Qoşaçaylı (Miyandoab) milli-mədəni fəal Səccad cavadi həbs olub.

 

Qoşaçayın Çaharbürc qəsəbəsinin sakini Səccad Cavadi bir neçə gün öncə tutuqlanmış qardaşı Əhməd Cavadinin dosyesini araşdırmaq üçün İnqilab məhkəməsinə müraciət edərkən tutuqlanıb.

 

Məlumata görə, Səccad Cavadi yaxalandıqdan sonra, təhlükəsizlik qüvvələri onun ata evinə müraciət edib, evdə axtarış aparıb və qardaşlara aid əlyazmalar, kitab və başqa şəxsi əşyaları özləri ilə aparıblar.

 

Cavadi qardaşları hazırda Qoşaçay zindanında saxlanılırlar.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar