SON XƏBƏRLƏR

Təbriz şəhərində hərbi təlimlər başlayıb

2021.10.20, 07:36
Təbriz şəhərində hərbi təlimlər başlayıb

Gunaz.tv

GünAz TV: Sentyabrın (September) 13-də sübhdən Şərqi Azərbaycan əyalətinin (ostanının) mərkəzi Təbrizdə hərbi hava təlimləri başlayıb. 

Təlimlərin 3 gün davam edəcəyi bildirilir.

Məlumata görə, İran ordusu baş komandanının (fərmandehinin) canişini general Əbdülrəhim Musəvi və Hərbi Hava Qüvvələrinin komandanı general Həsən Şahsəfinin iştirakı ilə keçirilən təlimlərdə müxtəlif hərbi təyyarələr, o sıradan da “Saiqə” (İldırım) , “F4” və “F5” qırıcıları, eləcə də “MİQ-29” və “SU-24” qırıcıları və pilotsuz (xələbansız) təyyarələr əvvəlcədən nəzərdə tutulmuş hədəfləri vura biliblər.

Qeyd edək ki, rejimin hərbi təlimləri Güney Azərbaycanda Urmu Gölü ilə bağlı həftələrdir həyata keçirilən Kütləvi Etirazlar zamanına təfadüf etməkdədir.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar