SON XƏBƏRLƏR

“Human Right Watch” Urmu Gölü etirazına görə tutulanlara azadlıq istəyir

2021.10.20, 07:36
“Human Right Watch” Urmu Gölü etirazına görə tutulanlara azadlıq istəyir

Gunaz.tv

GünAz TV: “Human Rayts Votç” beynəlxalq hüquq müdafiə təşkilatı sentyabrın 11-də bəyanat yayaraq Urmu gölünün qurumasına İran hakimiyyətinin laqeyd münasibətinə qarşı dinc etirazlarda yüzlərlə azərbaycanlının tutulmasını pisləyib.

GünAz TV mətbuat mərkəzinin “Media forum”a istinadən yaydığı məlumata görə, “Human Rayts Votç”un Orta Şərq departamentinin (bölüm, bəxş) direktoru Co Stork jurnalistlərə açıqlamasında deyib ki, İran hökuməti dinc etirazlarda tutduğu yüzlərlə azərbaycanlını dərhal azadlığa buraxmalıdır: “İran rəsmiləri Qərbi Azərbaycanda Urmu gölünün qurumasına və hakimiyyətin bu yöndə siyasətinə qarşı dinc etirazlara icazə verməlidir. İran hakimiyyəti Urmu gölünün qurumasına dinc şəkildə etiraz bildirən yüzlərlə azərbaycanlını həbsə salıb. Biz İran hökumətini həmin şəxsləri dərhal azadlığa buraxmağa və onların dinc toplantıların keçirilməsi ilə əlaqədar hüquqlarına riayət etməyə çağırırıq.

Təəssüflər olsun ki, İran rəsmiləri Urmu gölünün quruması ilə bağlı bundan əvvəl istər Azərbaycanda, istərsə də İranın digər yerlərində edilən xəbərdarlıqlara məhəl qoymayıblar. Onlar tənqidə nə qədər dözümsüz olduqlarını bir daha nümayiş etdiriblər”.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar